news-inner
clock14:18 calendar-gray 08 İyun 2021 view-gray952 dəfə oxunub
view-gray952 dəfə oxunub

Məsciddən, oteldən, məktəbdən... – Yazıçılarımız hardan kitab oğurlayıblar?

Kulis.az kitab oğurluğunun gündəm olduğunu nəzərə alıb tanınmış yazarlara “Heç kitab oğurladınızmı?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

Səfər Alışarlının "İşıq" hekayəsi

- Doğrusu, kitab oğurlamağım yadıma gəlmir. Uşaq vaxtı kənddə kitabxanaçı xala kitabları bizə tapşırıb gedirdi evə, işlərinin dalınca. Biz də hansı kitabın şəkilləri xoşumuza gəlirdisə, onu xaladan xəbərsiz götürüb evə aparır, sonra yenə qaytarıb gətirirdik. Böyüyüb kitabın əsl dəyərini başa düşəndə isə, adətən, pulla alırdım. Sonra Bakıya gəldim, burada kitabxanalardan istədiyin kitabı alıb oxumaq mümkün idi. Oğurlamağa ehtiyac qalmırdı.

Mənim bir hekayəm var, orada bir dənə mal təzəyi üstündə dava gedir. Güman edirəm ki, bizim cəmiyyət o vaxtdan bəri çox da dəyişməyib. Ona görə, kitabsatanın kitabını oğurlamaq bəzən ən gözlənilməz pis aqibətlə yekunlaşa bilər. Ancaq bu işin yetərincə humanist və gərəkli dünya təcrübəsi var. Ondan faydalanmaq bizim cəmiyyət üçün də yaxşı olardı.

Fəxri Uğurlu

- Uşaqlığım kitab mağazalarında keçib. O mağazaların spesifik qoxusu olurdu, o qoxudan ötrü çox darıxmışam. İndiki kitablar nəsə o cür qoxumur, yəqin texniki məsələdir. Ancaq kitab oğurladığım yadıma gəlmir. Kitabxanadan alıb qaytarmadığım olub. Həm də amanat kitabı oxuya bilmirəm, gərək, özümünkü ola. Bir neçə dəfə məndən kitab alıb qaytarmadılar. Ondan sonra özümə söz verib and içdim ki, daha heç kimə kitab verməyəcəm. Mərdimazarlar məni belə bir mərdimazar əmələ vadar elədilər...

Qismət

Qismət Rüstəmov — Vikipediya

Heç vaxt kitab oğurlamamışam, mənim doğulduğum ailədə babalarımın, atamın böyük kitabxanası olub, onların kitabxanasından özümə lazım olanları götürürdüm. Kitab oğurluğu qeyri-rəsmi olaraq elə kitabçıların özünün bildiyi kimi "müqəddəs cinayət" sayılır. Bununla bağlı, çox araşdırmalar aparılıb.

Yadıma gəlir, İstanbul Kitab Yarmarkasında bir dəfə bu mövzu müzakirə olunurdu. Çünki, TÜYAP kitab Yarmarkası ən çox kitab oğurlanan yerdir. Bir neçə jurnal bu barədə dosye hazırlamışdı. Ümumi qənaət belə idi ki, oğurluq cinayət olsa da, kitabı oğurlayacaq qədər sevmək başqa cinayətlərdən fərqli qiymətləndirilməlidir. Həmid Herisçi kitablarından birinin əvvəlində oxucuya müraciət edirdi ki, pulun yoxdursa, oğurla bu kitabı! Bizdə hüquqi əsası necədir, bilmirəm, Türkiyə jurnallarından birindəki araşdırmada bir hüquqçu təxminən belə yazmışdı: "əsər" və "əsər sahibi" anlayışlarının şərtiliyinə görə, kitab oğurluğu məsələsi qeyri-müəyyəndir. Məsələn, kimsə bir kitab evindən bir kitab oğurlayır, kitab evi, lap tutalım, kitabı satış üçün dükana verən nəşriyyat da şikayətçi qismində dəvət edilir. Bəs bu prosesdə müəllif harda qalır? İndi detallarını əfsus ki, unutmuşam, sual təxminən beləydi: hansı müəllif gəlib kitabı oğurlandığı üçün şikayət edər? Bu işin bir tərəfidir, o biri tərəfi də, adətən, deyilməyən, üstündən keçilən, amma tərəfidir. Naşirlər nə qədər boyunlardan atsa da, əslində, kitabın üzərindəki vergiyə görə bizdə kitablar çox bahadır. Bunu özləri də yaxşı bilirlər. Camaat ona görə xaricdən kitab sifariş verir.

Nəşriyyat sistemində kardinal dəyişiklik olmasa, müğənnisinin villasını 5 milyon manata satışa çıxardığı, amma redaktə işinin səhifəsinə 80 qəpik, bir araşdırma yazısına ən uzağı 50 manat təklif olunan ölkədə kitab oğurluğunu ittiham obyekti etmək gülməlidir.

Mirmehdi Ağaoğlu

Kitab mağazalarından yox, amma kitabxanalardan, qohum-əqrəbadan o qədər kitab oğurlamışam. Əmilərimin kənddə böyük kitabxanası vardı, nə vaxtsa qoyub getmişdilər. Onların içində "Azərbyacan" jurnalının 60-cı illərdən 80-cı illərin sonrlarına qədər olan sayları da vardı. Kəndə gedəndə nənəmdən birini götürməyin icazəsini alanda, böyründə üç-dördünü də çırpışdırırdım. Onsuz da bilirdim ki, çoxu istifadə müddətini bitirmiş bu kitab-jurnalların vərəqinə ya yumurta büküb Bakıya bizə göndərəcək, ya da ocağı alışdıracaq. Bir də Sabunçu qəsəbəsində yerləşən uşaq kitabaxanasından Vaqif Cəbrayılzadənin əl boyda bir kitabını (ilk kitabını) götürüb geri qaytarmamışdım.

Elvin Abbasbəyli

Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Nazirliyin sənədi olmadan  küçəyə çıxa bilmirik” – Müsahibə

- Etmədim, amma əla fikirdir. Oğurluq sayılırmı bilmirəm, Brüsseldə oteldə çəkməcədə 5 dildə İncil vardı, onu götürdüm. Bəlkə elə onun üçün qoyulmuşdu. Dini yaymaq üçün. Yəni, 5 dildə dini terminologiya üçün günaha batdım.

Sevinc Çılğın

Sevinc Çılğın ARB-də baş redaktor oldu

- “Çərpələng uçuran” romanında belə bir fikir var: “Dünyada bircə günah var, o da oğurluqdur. Qatil olanda da sən kiminsə həyatını, yaşama haqqını oğurlayırsan” - təxminən belə bir şey. “Oğru” sözü məndə ikrah yaradır; 2 il əvvəl evimi oğurladılar, dərin izi qaldı məndə. Yəni, nə olursa-olsun, oğurluq rəzillikdir. Kitab aparıb, gətirməyənlərin sayəsində, heç kəsə kitab verməyə tövbəliyəm, lazımdırsa, yenisini alıb verirəm, amma öz kitabxanamdan, əsla! O ki qaldı gündəmdəki kitab oğurluğu məsələsinə, bəlkə də, PR-dır. Bildik ki, gənc oğlan Türkiyədə kino təhsili alıb, ciddi-ciddi filmlər çəkirmiş, hazırda da tammetrajlı film çəkir, dolayısıyla əməlli- başlı PR olundu. Bizim ölkənin adamlarının diqqətini çəkmək üçün ciddi təhsil, sənət lazım deyil, yanında qarnir kimi şou lazımdır.

Cəlil Cavanşir

Cəlil Cavanşir: ELÇİBƏY mənim VƏTƏNimdir! » Qadinkimi.com

- Çox cəhd elədim, yadıma sala bilmədim. Böyük ehtimalla oğurlamamışam. Çünki uşaqlığımdan oğurluqla bağlı iki xoşagəlməz xatirə var, ikisini də utancla xatırlayıram. Çox kiçik, ziyansız da olsa, bu oğurluqlar yadımdan çıxmır. Mən düşünmədən son qəpiyimi də kitaba verən əfəllərdənəm. Ancaq dostların kitablarını alıb qaytarmadığım çox olub. Eyni zamanda, istədiyim kitabı bir göz qırpımında tapıb, hədiyyə edən dostlar da olduğu üçün, kitab oğurlamaq barədə düşünməmişəm. Bu yaşdan sonra da belə bir şansım olmaz. Ancaq məndən çox kitab oğurlayıblar. Kitab yarmarkalarında müxtəlif nəşriyyatlara kitab satışında kömək etmişəm və dəfələrlə "kitab oğruları" ilə qarşılaşmışam. Hətta, bir dəfə Gənc Tamaşaçılar Teatrının qarşısında, "Qanun" Nəşriyyatının endirimli satış yarmarkasında gözümün qabağında "Underground sevgilər" kitabımın 2 ədədini tələbələr "çırpışdırdı". Şübhəsiz, onlar nə məni tanıyırdı, nə də kitabımı oxumaq istəyirdi. Kitablarım "1 manatlıq" səbətdə olduğu üçün, mən də göz yumdum, sonra da kassaya öz cibimdən ödəniş elədim. Yəni, kitabımı gözüm görə-görə oğurlatdığımı Şahbaz Xuduoğluna da demədim. O vaxt o gənclərin yerinə həyəcanlanmışdım. İndi yadıma düşəndə, ləzzət eləyir.

Kitab oğrularının necə cəzalandırılmalı olduğuna gəldikdə, düşünürəm ki, bu məqamda mənim fikrim önəmli deyil, bunu qanunlar tənzimləyir. Ancaq oxumaq üçün bir kitab oğurlayanı tənbeh etmək daha yaxşıdır. Hər halda, istənilən halda oğurluğu xoş qarşılamıram. Ancaq mənim kitabımı oğurlasalar böyük ehtimalla göz yumaram.

Sahilə Yaya

May be a close-up of 1 person and standing

- Nə vaxtsa, nəsə oğurladığımı xatırlamıram. Hətta, bir fikir bildirəndə, nəsə yazanda, bacardığım qədər çalışıram başqa kiməsə aid olmasın. Hərdən, beynimiz başqasının fikrini öz duşüncəmiz kimi qəbul edir, qəsdən olmasa da, söz oğurluğu edirik. Bunu belə sevmirəm, qəbul etmirəm.

Şəhriyar del Gerani

Ağlama, əlləri nağılım mənim... - Şəhriyar del Gerani (ŞEİRLƏR)

- Şagirdlik vaxtları rayon kitabxanasından, tələbəlik çağları Axundov kitabxanasından bir neçə dəfə kitab oğurlamışam. Amma deyim ki, kitab oğurluğu da qanuni oğurluqdur, polis dəstək verməlidir belə işlərə.

Sevda Sultanova

- Mən, ümumiyyətlə, oğurlamağı sevirəm. Bir az kleptomaniya xəstəliyim var. Dostlarımdan qələm, pozan, xırda bloknot və dekor oğurlamışam. İstəsəm, əlbəttə, hədiyyə verərlər. Amma bu, zövq vermir. Kitab oğurlamağı o qədər də yaxşı bacarmıram. Əli İsa Cabbarovdan bir-iki dəfə kitab oğurlamaq istəsəm də, yaxalanmışam. Ona görə Kino İttifaqdan çıxanda hərdən çantamı yoxlayır ki, kitab götürmüşəmmi? Amma yaxınlarda Tahir Tahiroviçin ofisindən italyan neorealizmi haqda kitabı oğurlamışam.

Rəbiqə Nazimqızı

Sizə ən çətin sualı verirəm: Dunqa kimdir? – Rəbiqə Nazimqızı yazır »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

- Kitab, şeir, söz oğurluğu yeganə oğurluqdur ki, məndə qəzəb əvəzinə təəccüb və heyrət doğurur. Bu da cəmiyyətin gunahıdır. Cəmiyyət başqa oğurluqları norma edib. Kitaba baxan da yoxdur. Bu baxımdan, kitab hörmətsizdi, onu oğurlamaq divident deyil, əksinə, mənasızdır.

Mən kitab yox, Leninin səklini oğurlamışam məktəbdə oxuyanda. Bu da oğurluqdur, yaxşı şey deyil. Satmayacaqdım, təbii ki... Yandıracaqdım

Ömər Xəyyam

“O xatirələr, travmalar gətirib məni ədəbiyyata“ - Ömər Xəyyam

Dörd dəfə kitab oğurlamışam.

Birinci dəfə İsmayıllıda məsciddən - ibn Teymiyənin kitabını oğurlamışam. Oğurluğun üstü açılsa da, günahımdan keçdilər və haman kitabı mənə bağışladılar.

İkinci dəfə Zaqatalada dostumun evindən. Beş kitab. Hələ də məndədir. Düzdür, dostum dəfələrlə o kitablardan ötrü yanımda söyüb, fəqət elə bilirəm, kitaba görə söyüş götürmək olar.

Üçüncü dəfə, Asəf Zeynallı adına musiqi məktəbindən çox dəyərli üç kitab oğurlamışdım. Birinin içində disk də vardı. Musiqi və muğam tarixinə aid. Bu oğurluğu özüm etiraf etdim. Böyüklərdən kimsə gələcəkdi. Hamı əl-ayağa düşmüşdü. Dedim, bəs belə-belə... Bərk danladılar məni, etiraf eləməyimə peşman oldum. Kaş, kitabları qaytarmayaydım...

Sonuncu dəfə dostum Səfiyar Məcnunun fotostudiyasından Vaqif Səmədoğlunun kitabını oğurlamışam. Qaytaran da deyiləm.

Jalə İsmayıl

Ha fikirləşdim, kitab oğurlamağımla bağlı bir fakt xatırlaya bilmədim. Bəyəndiyim bir kitabı deyib, götürmüşəm kimdənsə. Oxumağa alıb, verməmişəm. Yadımdan çıxıb yəni.

Amma istəyib, ala bilmədiyim kitablar çox olub. Ya pulum çatmayıb, ya ağır olub, ya da evdə yer tapa bilməmişəm...

Məlum kitab oğurluğu məsələsinə gəlincə, şişirdilmiş, lakin maraqlı hadisədir. Daha da maraqlı şişirdilə bilərdi. Oğrularımız hər halda çox da ciddi bir hadisə hesab etməyiblər bu oğurluğu. Dörd tərəfdə baş verən oğurluqların fonunda məsum panda qədər şirin bir hərəkət kimi görünür.

Mağaza da öz PR-ı üçün kreativ gedişlər etmək əvəzinə onun əleyhinə işləyən addım atıb. Bir-iki təklifim var. Gələcək oğurluq hadisələri üçün.

1 – oğruların üzünü qapayaraq, onların çıxıb getməsinə susmaq - “kitab oğurluğuna sevinirik” kimi bir mesaj.

2 – oğruları tutaraq, götürdükləri kitabı bağışlamaq – təki kitab oğurlayın.

3 – həmin kitabı reklam etmək – hətta oğrular da bu kitabı seçir.

4 – ümumiyyətlə, kitab oğruları bizi seçir!

Ümid edirəm, bu təkliflər kitab satışına faydalı olacaq.

Orxan Həsəni

- Akademiya kitab evindən Kortasarın "Xana-xana oyunu" və Lyosanın "Kelt yuxusu" romanlarını oğurlamışdım. O vaxt yeni açılmışdı. Nəzarət zəif idi. O kitablar indi masaüstü kitablarımdır və hələ də mütaliə edirəm, tez-tez qayıdıram. Bir dəfə də Baku Book Centerdən Coysun "Uliss"ini oğurlamışdım. Sonra o kitabı kimsə məndən oğurladı. Coysla bağlı qüssəli xatirələrim var.

news-inner-user

19115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021
Mədəniyyət Nazirliyindən yeni kampaniya
18:44 23 İyun 2021
Dodaqların əriyən şamdır - Yeni şeirlər
18:03 23 İyun 2021
Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
17:15 23 İyun 2021
Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:28 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021