Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar
23 sentyabr 2026
# 12:51

Kulis.az Ceyhun Ərmən Vedilinin bayatılarını təqdim edir.

***
1.

Doğmasıyam puludur,
Türklüyümdür uludur!
Ulusumu sevmişəm,
Yenisey bol suludur.

Doğma*- Bu bənddə əziz mənasında işlədilir.
Ulus*- Cəngiz (Çingiz) xan dövründə böyük fateh, Türk oğlu öz imperiyasını bir neçə bölünən ulus adlanan ərazi vahidi sonralar müasir Türkiyənin rəsmi dövlət ləhçəsində millət anlayışında işlədilir.

***
2.

Neçə-neçə qurumdur,
Kəngər* Eli Urumdur*,
Yaşayış yeri tikdik.
Güclüsünə durumdur*.

Kəngər* - Azərbaycan Respublikasında yaşayan Kəngərlilər tayfası hələ Qədim Şumer mənbələrində özlərini “kiengir” yəni kəngər adlandırıblar. Bu bayatıda kəngər bildirildikdə şumerlilər nəzərdə tutulur.
Ur*-Şumer şəhər dövlətidir. Həmçinin Urmu (Urmiya), Ural, Urumçi (Uyğur regionu) da var.
Durum*- Qardaş dövlət Türkiyədə qəbul edilmiş rəsmi İstanbul ləhçəsində işlənən sözün Müasir Azərbaycan Dilindəki alınma qarşılığı “vəziyyət” sözüdür.

3.

Ulusallıq* baxışım,
Tanrımdakı axışım,
Tanınmalı incimi.
Ərmənlilik* taxışım*.

Ulusal*- Sözün kökü ulus sözündəndir. Bu söz millət mənasını verir. Ulusal sözü isə milli sözünün qarşılığıdır.
Ərmən*- Azərbaycan tarixən üç ərazi vahidinə bölünüb. Şimal (Aran/Ərən, Alpan), Qərb (Ərmən/Ərməniyyə/Armaniya), Cənub (Mada/Midiya, Odravan/Atropat) vilayətləri sanki, konfederativ dövlət kimi uzun dövrlər ərzində idarə edilib. Ərmən sözü qədim Türk dilində iki sözün birləşməsindən yaranıb. Ər-Ərən, qorxmaz, igid, qoçaq sözlərinin mənalarını verir. Mən-mənəm, adam/insan sözlərinin mənalarını verir. Necəki, Türkmən sözünün olması kimi bu anlayışlar çoxdankı anlayışlardır.
Taxış*- Sözün kökü taxmaq felidir. Bu söz “ləqəb” mənasını verməkdədir.

***
4.

Adı bildir, Ceyhundur,
Çaylar ad da Seyhundur,
Adımdır, ulusalca,
Səsləyim, o, Ey Hundur.

Burada adımın Ceyhun olduğunu, milli ad daşıdığımı fəxrlə elan edirəm. Digər ad isə Seyhundur. Bu adlar Türküstanda iki çayın Ceyhun (Amudərya) və Seyhun (Sırdərya) və ərəblərin Məvanəhr adlandırdıqları yerdir. Bu adların ey və hun sözləri olduqca mühümdür. Digər məsələ isə ulusalca sözünün kökünün ulus yəni millət olduğunu bilirik. Bu söz də 1 saylı bayatının açıqlanmasında bildirilib.

***
5.

Öntürkçəmiz yayılmış,
Yaşlı çağım sayılmış,
Öncəgörmə Qorqudum,
Məndən yuxum ayılmış.

Burada milli adımı bildirməklə yanaşı, iki adın Ceyhun və Seyhun adlarının Türk dillərində olduğunu anlamaq olar. Onların yerinə Amudərya və Sırdərya deyə işlədilməsinə azacıq tənqidi yanaşıram. Burada da adların C/S-ey-hun açıqlaması verilibdir.
Sonrakı bənddə isə qədim dillərdən biri olan prototürk dilindən söz açır. Yaşlı çağımıza söz yetirilir. Qorqud Dədəmizin qamçılığı (şamanizmi) və öncəgörməsinə yer verilir. Yuxumu məcazi mənada Qorqud Dədənin yozmağı üçün ayıldığımı bildirmişəm.

***
6.

Qafqazdan Altaya gəl,
Ərgənəqon* dəmir dəl,
Deyənlərdir, divmişəm*,
Əsənləş*, səndə var əl.

Urmu nəzəriyyəsinə görə Türk irqi Urmiya gölü hövzəsində millət kimi formalaşıb. Amma, digər sübutlara baxılanda Gəmiqaya-Qobustan abidələrində qədim damğalar (heroqriflər) bunu göstərir.
Ərgənəqon*- Qədim Türk dastanıdır. Rəvayətə görə Türklər qırğına məruz qalır. Az qalanlar bir dağda əsir-yesir vəziyyətdə yaşayırlar. Sonralar bir börü (canavar) gəlir oradan bir dəlikdən çıxıb, gedir. Dəmirçilər yaxından müşahidə edəndə görürlər ki, dağ dəmirdəndir. Od yandırıb, dağı əridirlər. Beləcə Ərgənəqondan çıxış günü bayramı yaranır.
Divlər*- Azərbaycan şifahi və yazılı ədəbiyyatında rastlaşdığımız məxluqlardır. “Cırtdan”, “Məlikməmməd”, “Tapdıq”, “Dədə Qorqud”da da qarşılaşırıq.
Əsən*- Müasir Azərbaycan Dilində “salamat” mənasında işlənir.

***
7.

Birlər, minləri yenər,
Göydən, Turanmı enər?
Damğalar* nəyi söylər?
Türkçədə sözlər En, ər.

Birinci misrada necə azlar necə çoxları məğlub etdiklərini bildirmişəm. Həmçinin məcazi mənada göydən yəni Tanrı qatından Turanın enməsini gözləmədən həyata keçirilməli olduğunu bildiyimizdən artıq gerçəkləşəcəyini bilməkdəyik. Damğalar*- Türk heroqrifləridir.
Türk dilində qafiyəyə uyğun en və ər şəkildə işlədilir.

***
8.

Şanlı keçmişim çağır,
Göydən də yağış yağır,
Altın Orda, Göytürklər,
Hunlar, Xəzərlər ağır.

Birinci misrada “şanlı keçmişim çağır” bildirdikdə unutdurulan Türk tarixini qaraçı millətlərinin, samilərin yiyələnməyə çalışdıqlarını bildiyimizdən, yenidən araşdırmaların aparılmasına çağırıram. İkinci misrada “göydən də yağış yağır” ifadəsi sanki, Türk tarixinin Allahın nuru olduğunu bilməkdəyik. Üçüncü və dördüncü misralarda isə nəhəng imperiyalardan söz açılır.

***
9.

Vuruşqan idükdür*, can,
Yurdumdan tökdürən qan,
Sübaşı* eşitdin, səs,
Silinməz, keçənməz, an!

İdük* - Qədim Türk sözü olub, müasir Azərbaycan Dilində mənası da “qurban” sözüdür.
Sübaşı* - Qədim Türk Dilində hərbi vəzifə rütbəsidir. Oğuz Yabqu dövləti vaxtında sonradan Səlcuqlu dövlətinin qurucu Səlcuq bəy bu rütbənin daşıyıcısı idi.

***
10.

Qılqamış, Manas, öyür*,
Dədəm Qorqudu söyür*,
Ərəndir, Xatundur, çoş,
Ürəkmi, tez döyür?

Öyür* - Türkiyə ləhçəsindən alınmış sözdür. Öymək sözü müasir Azərbaycan dilindəki qarşılığı tərifləmək sözüdür.
Söyür* - Azərbaycanın bəzi regionlarında işlədilən söymək kök sözü müasir Azərbaycan dilində sevmək kimi başa düşmək olar.

***
11.

Türkəm, Azərəm, dağım,
Bozqurd ulayar, sağım,
Qardaşlıq edər, ellərim.
Qara* ağalar ağım?

Qara* - Qədim Türk xalqlarının inancında rənglərə mənalar yüklənilməklə yanaşı həmçinin ölçü də bildirməkdədir. Qara boyası böyüklüyü bildirir. Tutalım ki, Qarabağ-“Böyük bağ”, Qaradağ-“Böyük dağ” mənalarında açıqlamaq olar.

***
12.

Qardaşım oyan! Siz?
Qanını öyrən, çat, iz.
Oxu, öyrət, öyrən də.
Türklükdən qayayıq biz.

Birinci misrada qardaşın qardaşa məsləhəti olaraq, milli şüurunun oyatmasını istəyir. O, da bunun qarşılığında özünün də oyatmalı olduğunu bildirir. İkinci misrada da qanını öyrənməli olduğunu, məqsədə çatmağın yollarını axtarır. İz sürməyin vacibliyini bildirirəm. Oxuyub, öyrədilib, öyrənilməsi çox vacibdir. Axırıncı misrada isə Türklük qayaya oxşatmışam.

***
13.

Gedin, sizdə tək önəm,
Yolumuz Turan! Yönəm,
Türk Birliyi hayana?
Olduqca sevmiş, dönəm.

Yön* - Müasir Azərbaycan Dilindəki qarşılığı “istiqamət” mənasını verir.

***
14.

Yorulmaz, qollar anmış,
Pislər tamuda* yanmış,
Türklər başa qayıdış,
Doğrular artıq Xanmış.

Tamu* - Arxaik söz olmaqla, Türk irqinin qapalı və milli dini olan Göy Tanrıçılığın əsas dini terminidir. Müasir Azərbaycan dilindəki qarşılığı cəhənnəm sözüdür.

***
15.

Doğru indi dönəkmi?
Odlanıb, vurub, sönəkmi?
Vuruşma anı yetdi.
Yağı çoxlu dönəkmi*?

Dönək* - Qədim Türklərdə arzuolunmaz şəxs sayılırdı. Beləki, bu şəxslər dostlarının çətin günlərində üz döndərən, xəyanət edənlər sayılırdı.

***
16.

Ulusdaş*, qardaş, Elim,
Çayda coşacaq, selim,
Batırır, ağırca daş.
Altın* çıxarmış, belim.

Ulusdaş* - Eyni millətə mənsub olan şəxsə verilən addır.
Altın* - Mənası indiki dildə qızıl deməkdir.

***
17.

Mənə yaxın olanı,
Yurdu, ulusu dolanı,
Sevirəm, ayranaşı*,
Göyərti yemə, yalanı.

Ayranaşı* - Cəlilabad rayonunda dovğa yeməyinin Türk dilindəki adıdır. İki Türk sözlərinin birləşməsindən yaranmışdır. Ayran sözü ayrılmaq kökündən yaranmışdır. Nehrə yağının hazırlanması vaxtı yağ mayedən ayrılır. Həmin maye ayrana çevrilir. Aş sözü isə qədim Türk dilində yemək deməkdir. Aşpaz, Aşçı sözləri həmin kök sözdən yaranmışdır.

***
18.

Gedirsən, dağa xanım,
Daralmaz, Türkan anım,
Demə, nələr edəcəm.
Özümə demiş, şanım.

Birinci misrada bir xanımın dağa yəni yaylağa getdiyini öyrənirik. İkincisində Türkan adlı bir Türk qızına anların daralmadığını bilirik. Üçüncü və Dördüncü misralarda isə hər hansı bir işin edəcəyini demək əvəzinə etmək və bunu da ad-şanın özünə dediyini etiraf edir.

***
19.

Çəkinməz, bizdə ərən,
Ağacdan alma dərən,
Titrə özünə qayıt,
Xalçanı yerə sərən.

Birinci misrada qoçaq bir ərənin heç nədən çəkinmədiyini, ikincisində məcazi olaraq, ağacdan alma dərən dedikdə, əziyyətinin bəhrəsini dərməyi, üçüncüsündə titrəyib özünə, qan yaddaşına qayıtmağı, dördüncüsündə isə Xalçanı Azərbaycanın milli zənginliyini və göz oxşayan bəzəkli el sənətkarlıq məktəbinin barından söz açır.

***
20.

Sülərdir önə* qaçan,
Yışıq* tezcənə saçan,
Ölməzliyə qalxıbmış.
Uçmaqda* qapı açan.

Ön* - Müasir Azərbaycan Dilindəki mənası da “qabaq* sözüdür.
Yışıq*-Müasir Azərbaycan Dilində olan işıq sözü ahəng qanunu pozur. Amma ki, Ortaq Türk Dilində isə istisnalara yer olmayacaqdır.
Uçmaq* - Qədim Türk Dilində səmavi dinlərdən qabaq milli dinimizdəki mənası cənnət olmuşdur.

***
21.

Çoxdan məndəki daşam,
Yeməkdən başda aşam,
Təklikdə olmaz, Dursun.
Yerimdə kükrər, daşam.

Birinci misrada məcazi mənada özümdən daş olduğumu yəni daş kimi bərk, sarsılmaz deməkdir. Yeməkdə başda aş mənası yeməklərin şahı söylənib. Təklikdə Dursun olmaması yəni ki, Kitabı Dədə Qorqudda əhəmiyyətli adla yanaşı həm də durmaq felini işlətmişəm. Yerimdə kükrəyərək, daşaram kimi məna verə bilər.

***
22.

Vurun, keçin, döyüşdə,
Qanımız ol, öyüşdə,
Artıraq, malı, barkı*,
Yağıya* gen söyüşdə.

Bark* - Hələ porotürk dilindən qalma sözdür. Qədim Qaratorpaq (Misir) və İkiçayarası (Mesopatamiya) sivilizasıyaları dövründə “məbəd” mənasında işlədilib. Üstəlik hər iki sivilizasiyada eynji heroqrif ilə işarələnib. Qardaş Türkiyədə “evli, barklı olsun” duası var.
Yağı* - Azərbaycan dilində “yağı düşmən” ifadəsi olsa da əslində hər iki söz eyni mənanı verir.

***
23.

Tanrı olardı, bizlə,
Yanımız arxa sizlə.
Quraq, tinimiz* qızsın,
Əsgi* gücümüz izlə.

Tin* - Bu söz də milli dinimizdəki vacib yeri olan indiki qarşılığı “ruh” sözüdür. Dini termindir.
Əsgi* - Qədim və köhnə mənalarını verir.

***
24.

Yılanın* başını kəs,
Yelə dönüşüb, əs,
İdüyü düzgün ada*.
Quruşu* arıdıb*, səs.

Yılan* - Ortaq Türk Dilində ahəng qanununa dəyişikliklər edilməsi yaxşı olardı. Bu dildə alınma söz olmayacağı üçün eyni səsli sözlər üstünlük təşkil edəcəkdir. Mürəkkəb sözlər və adlardakı saitlər eyni və ya qarışıq ola bilər. Bu sözün müasir Azərbaycan Dilində ilan olduğunu nəzərə alanda istisnaların dilimizə düşmən olduqlarını bilirik.
Adamaq*-İndiki Azərbaycan Dilində “həsr etmək” sözünün yerinə işlədilə bilər.
Quruş* - Bizim dildə qəpik-quruş ifadəsinin olması ilə yanaşı Qədim dövlət olan Əhəmənli imperiyasının şah adı olmuşdur.
Arı* - “Aydan arı, sudan duru” ifadəsindəki arı sözünün mənası “təmiz” deməkdir.

***
25.

Bayatı oxşar, yazım.
Çoxuna çatar, Azım,
Dolma keçmişə oyan.
Sözüm ağzımda, sazım.

Bayatıya oxşadaraq,yazmaqdan danışmışam. Çoxuna çatar Azım dedikdə isə həm azlıq, həm də Az tayfasına ithaf edilib. Hayların tolma dedikləri, milli mətbəximiz dolmaya da tərif edilir. Üstəlik dolma olaraq da doldurma mənası kimi nəzərdə tutmaq olar. Dördüncü misrada isə saza müraciət edilərək, sözün ağzımda olduğunu bilmək olur.

***
26.

Yeriyər, asta, ləng,
Tayımı tapdım, dəng*,
Tələsik durmadan, cəld.
Sonda udarıq, cəng*.

Dəng* - Bu sözün bilinən mənası “dəng etdi-bezdirdi” olmaqla yanaşı həmçinin də “bərabər” deməkdir.
Cəng* - Bu söz Minqol-Türk dillərində “müharibə”, “hərb” mənalarını verir.


***
27.

Batraq* basdırdıq, sayı,
Asmanlı* Yurdum Qayı,
Çəkilər, qorxaq gizlin.
Qurdun önündən ayı.

Batraq* - Bayraq sözünün qədim deyiliş şəklidir. Batraq sözü batırmaq felindən yaranması ilə yanaşı Batraq-Batıraq kimi də başa düşmək olar.
Asmanlı* - Asman adından yaranmışdır. Samilər uzun dövrlər ərzində Türk irqi ilə müəyyən və yaxın əlaqələri olub. Bu əlaqələr iki dil arasında da olubdur. Asman-Osman adı Türk adı olmaqla yanaşı sami dillərinə də keçməsi normaldır. Çünki, bu iki irq bir-birinə qonşu olmuşdur. Asman adı As və Man sözlərinin birləşməsindən yaranmışdır. As/Az/Aza-Asur/Aşşur-Aslı/Oslu-Asman/Azman-Aztek-Azər/Azərbaycan və yazmağı unutduğum bu sözlərin kökləri eyni olmaqdadır.

***
28.

Dırmaşaq, qalxaq, dağa,
Solunu sıçrat, sağa,
Qışlaqdan, yaylağa uç,
Deməyək, qara ağa.

Bu bayatının birinci misrasında məcazi mənada dağa yəni yüksəliyə və zirvəyə dırmaşıb qalxmaqdan, ikinci misrasında soldan sağa sıçradılmaqdan, üçüncü misrasında qışlaqdan yaylağa qartal kimi uçmaqdan, dördüncü misrasında isə ağa qara deməməkdən söz açılır.

***
29.

Gecdir, unutmaz, onda,
Yaxında yanaş, donda,
Düşün, ölçərək, biç.
Örtməli, şaldan sonda.

Birinci misrada səmimi və əbədi eşqdən yazmışam. Gec olsa da, ümidin ölmədiyini bildiyimizdən dolayı gec addım atılmasının heç atılmamamasından yaxşı olduğunu bildirmişəm. Soyuq, ayaz və don olsa belə yanaşılmalı və sevdiyinə sahib çıxılmalı olduğunu bilirik. Atalar sözlərindən biri olan “yüz ölç bir biç” ideyasına əsaslanaraq, düşünməyin nə qədər vacib olduğunu bilirik. Burada bir banuya (ərə getməmiş qız uşağına) veriləcək ən yaxşı sovqatlardan birisi namus və əxlaqın xarici göstəricilərindən şal olmasına inanmışam.

***
30.

Cəngləri apar, qanlı,
Çalış, vuruş, sən şanlı,
Ordun orduyla üzləş,
Cəngini çalan, banlı*.

Ban* - Balaban bu musiqi alətimizin adına fikir versək, görərik ki, iki sözün birləşməsindən yaranıb. Bala və ban sözləri Türk sözləridir. Bala-Balalamaq-Balaca, Ban-Banlamaq (səsləmək), Balaban (övlad, kiçik səs) deyə anlamaq olar.

***
31.

Gözəgörünməz qaçaq,
Otları arıt, açaq,
Açar əlimdə gizli.
Yıldırımlar* da saçaq.

Yıldırım* - İldırım deməkdir. Ortaq Türk Dilində ahəng qanunu problemi belə həll edilə bilər.

***
32.

Yada salaq, günləri,
Tikdir, qurdur, dünləri*,
Türkçəmiz dünənmiş bil,
Gəlir, bu gün ünləri*.

Dün* - İstanbul ləhçəsidir. Mənası Müasir Azərbaycan Dilində isə “dünən” sözüdür.
Ün* - Bu söz də İstanbul ləhçəsində işlədilir. Müasir Azərbaycan Dilində “tanınmış” mənasında işlədilir.

***
33.

Öldü, deyilməz, mənə,
Ölməzəm*, anlam sənə,
Bir əldə yaraq*, biri,
Yazan* tutdurdu, ənə*.

Ölməz* - Bu söz olduqca müqəddəs söz sayıla bilər. Müasir Azərbaycan Dilindəki qarşılığı “şəhid” sözüdür.
Yaraq* - Bu söz Müasir Azərbaycan Dilində az-çox işlədilir. Tutalım ki, “əliyaraqlı”, “yaraqlı əsgər” kimi də işlədilməkdədir. Yaraq sözü “silah” mənasını daşıyır.
Yazan* - Bu sözü Ortaq Türk Dilinə qazandırdığım üçün şərəf duyuram. Müasir Azərbaycan Dilində mənası da “qələm” sözüdür.
Ən* - Söz Müasir Azərbaycan Dilində “ən çox”, “Ənkə” kimi də işlədilir. Prototürk-Şumer dillərindən qalmalıdır.


***
34.

Doğrula, yalan getdi,
Yoldakı uzun yetdi,
Dönülməz, qayıdılmaz,
Yolçudur, düzcə etdi.

Yalanın doğru qarşısında sınması və davam gətirməyib getməsinə işarə edilir. Həmçinin doğrulamaq, isbat etmək vacib əməllər sırasındandır. Uzun məsafəli yolların sonunu görəndə sevindiyimiz kimi bu yolun məcazi mənada həyat, fəaliyyət yolu olduğunu ölümü isə Allaha qovuşulması üçün vacib olduğunu bilməliyik. Eləcə də məqsədlərdən, ideyalardan, xəyallardan və hədəflərdən dönmək və qayıtmaq olmaz.

***
35.

Gizlincə yaxarmışmı*?
Yaraqdır, taxarmışmı?
Desənə, neyləmisən?
İticə axarmışmı?

Yaxarmaq* - Müasir Azərbaycan Dilində “yalvar-yaxar” kimi də işlənən söz eyni mənanı verir.

***
36.

Qonaq getsin, evimmi?
Gizlincə yağar, sevimmi?
Analar deyər, söylər.
Mazda, əkin devimmi*?

Dev* - İstanbul ləhçəsində də işlənən söz Müasir Azərbaycan Dilində “div” kimi olaraq da işlənməkdədir.

***
37.

Qardaşım, denən, yana,
Odladım, gözlət, sana,
Qaranlıq aydınlanar!
Doğmamdır, doğan, ana.

Birinci misrada əsgərin qardaşına müraciətdə sevdiyinin sevgisinin odunun daima yanılı saxlamasının vacib olduğunu bildirir. İkinci misrada müharibədə düşmənə qarşı silahının odlaması yəni atəş açmasından söz açır. Üçüncü misrada da qaranlığın aydınlanması yəni ki, müharibədən sonra qələbə və sülhü nəzərdə tutur. Sonradan sağ-salamat anasının yanına, doğmasına baş çəkəcək. Analığın necə müqəddəs varlıq olduğunu bildiyimiz üçün hamıya öz anası əzizdir.

***
38.

Düşünmə, istənir, öl,
Çörəyi doğmanla böl,
Torpaqların bölünməz!
Çaylar da axaraq, göl.

Birinci misrada vətən üçün düşünmədən ölməyi, yəni ki, şəhidlik bulağından içilməsinə istəndiyini bilirik, ikinci misrada çörəyi doğma bildiyin, dost bildiyinlə bölünməsindən, üçüncü misrada müqəddəs torpaqlarımızın bölünməyəcəyini, dördüncü misrada isə çayların axa-axa gölə çevrildiyini anlayırıq.

***
39.

Yurdundur, bax, çatışma,
Yarağından atışma,
Uçmağa sarı uçdu,
Yerləridir, yatışma.

Birinci misrada 90-cı illərin əvvəllərində Azərbaycanın birinci və ikinci prezidentlərinin hakimiyyətlərinin vaxtında siyasi hərc-mərcliyinin və silahlı qarşıdurmalarından, ikinci misra da birinci misranın davamı, üçüncü misrada cənnətə yüksələndən, dördüncü misrada isə məzarların sanki yataq olması, yataqda yatmaqlarından söz açılır.

***
40.

Uşaqlar öyündükcə,
Ürəklər döyündükcə,
Torpaqlar qaytardılar!
Gülərək, söyündükcə*.

Söyünmək* - Azərbaycanda dialektiv söz olmaqla yanaşı, Müasir Azərbaycan Dilində “sevinmək” kimi də başa düşmək olar.

***
41.

Yurdlarınız yaxınlar,
Uyduruldu, axınlar*,
Türkçü deyillər, Göylü,
Axmışdılar, axınlar*.

Axın* - Müasir Azərbaycan Dilində “çay axını”, “dəstə-dəstə axınlar”, “elektrik axını” mənalarında işlədilməkdədir.

***
42.

Necəsini varmayım*?
Gecəsini yarmayım,
Yanılqılar* ucalmış,
Tənimizi* sarmayım*.

Varmaq* - Bu söz Türkiyənin rəsmi ləhçəsində işlənməkdədir. Eləcə də Ortaq Türk Dilində də işlənəcəkdir. Həmçinin, Müasir Azərbaycan Dilində isə “çatmaq” kimi mənasını verir.
Yanılqı* - Müasir Azərbaycan Dilindəki qarşılığı “xəta” sözüdür.
Tən* - Orta Dünya Tarixində (Orta Əsrlər Tarixində) ana dilli ədəbi əsərlərdə tez-tez qarşılanmaqdadır. Müasir Azərbaycan Dilindəki qarşılığı “dəri” sözüdür.
Sarmaq* - Türkiyənin rəsmi ləhçəsində işlədilən sözdür. Müasir Azərbaycan Dilində “bükmək” sözü ilə qarşılığını işlədirik.

***
43.

Sığınmışlar, yönümə,
Keçmişdilər, dönümə*,
Qapıları aça-aç
Açılmazmı önümə?

Dönüm* - Müasir Azərbaycan Dilində “dönüş” sözünə qarşılığını verir.


***
44.

Yurdumuzdur, gözüm də!
Qanlılara dözüm də,
Çıxardaraq, hayları*,
Qovarammı özüm də!?

Hay* - Müasir Azərbaycan Dilindəki qondarma mənası “erməni” sözü olmaqla yanaşı bu söz Hindistandan buraya məskunlaşmış milli kimlikdən çox dini kimliyi ifadə edən sözdür.

***
45.

Ey Türkümsən, qovuşsan,
Ayrılıqdan sovuşsan,
Soyuma bağlılığım!
Əllərini ovuşsan.

Birinci misrada burada Türk millətinə səslərək, qovuşacaqlarını, ikinci misrada ayrılıqdan sovuşaqlarını, üçüncü misrada öz soyuma bağlılığını, dördüncü misrada isə əllərini ovuşdurub, ittifaqın yaradıldığı günü gözləyəcəklər.

***
46.

Ulularımız danılmaz,
Tütəklərdə anılmaz,
Təklikdə coşqulanmaz,
Uydurmalar yanılmaz?

Birinci misrada ulularımızın danılmadıqlarını, ikinci misrada tütəklərin ilham mənbəyinin çoban musiqisinin olduğunu, lakin, heç anılmadığını təkcə qobuzla, sazla anılacağını, üçüncü misrada təklikdə coşqu olmadığını və bu sözün kökünün coşmaq olduğunu, dördüncü misrada isə uydurmaların yanılıb, yanılmadığını soruşmuşam.

***
47.

Yağıları devirim,
Alt-üstünə çevirim.
Uzanan qara əli,
Susmamışdan, evirim*.
Evirmək* - Müasir Azərbaycan Dilində olan qarşılığı “təkamul etdirmək” olaraq, işlədilir.


***
48.

Sığındınız, qalandır,
Şunlarını* alandır,
Bayrağım öndədir.
Uduşumuz balandır.

Şu* - Müasir Azərbaycan Dilindəki qarşılığı “bu” sözü olan söz Türkiyənin rəsmi danışıq ləhçəsində də işlədilir.

***
49.

Qarabağı alarıq,
İrəvanda qalarıq,
Ərmənçilik edilmiş,
Ölməzliklər dalarıq*.

Dalmaq* - Qardaş dövlət Türkiyə Respublikasının rəsmi danışıq ləhçəsində sıxlıqla işlədilir. Bizim dildə də bəzən işlədilməkdədir.

***
50.

Qaraqan oxusana,
Xanımım toxusana,
Qanlı bayraqları,
Toxunsan, qoxusana.

Birinci misrada müğənni və yazıçı Qaraqanın maarifçiliyini kəsməməsini və davam etdirərək, mahnı oxumasına dəstək olmağım, ikinci misrada xanımıma toxumağını, üçüncü və dördüncü misralarda isə qanlı bayraqlara qoxumağa çağırmışam.

# 51 dəfə oxunub

Oxşar xəbərlər

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

12:30 19 sentyabr 2026
"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

11:30 19 sentyabr 2026
"Tanrı sığalıdır sənin həyatın..." - Şeirlər

"Tanrı sığalıdır sənin həyatın..." - Şeirlər

15:37 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər