news-inner
clock08:59 calendar-gray 06 Yanvar 2021 view-gray1267 dəfə oxunub
view-gray1267 dəfə oxunub

Əli İsa Cabbarov: “Sevdiklərimizlə qucaqlaşmağımızı istəmirlər”- Müsahibə

Mədəniyyət və ədəbiyyat dünyasına pandemiya necə təsir edir? Koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlər hansı nəticələr meydana çıxaracaq? Kulis.az bu suallara cavab tapmaq üçün mədəniyyət və ədəbiyyat dünyasının tanınmış simaları ilə müsahibələr təqdim edir. Budəfəki qonağımız rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovdur.

- Əli İsa bəy, pandemiyanın bütün sektorlara mənfi təsirləri oldu. Amma ən çox duğrunluq mədəniyyət sahəsində gözə çarpdı və bütün dünyada mədəniyyət, kino, teatr bu vəziyyətdən zərər çəkdi. Azərbaycanda pandemiyanın kino sahəsinə hansı təsirləri oldu?

- Pandemiya kino istehsalından daha çox kino nümayişinə zərbə vurdu. Bilirsiniz ki, bütün dünyada kino nümayişlərinə xüsusi qaydalarla icazə verilsə də, bizdə buna icazə verilmədi. Dünyada bir çox ölkələr bu qaydalar kinoteatrların yüksək gəlirini təmin etməsə də, tamaşaçıları itirməyin qarşısını qismən aldı. Bu, həm də bir mədəniyyətdir. İnsan yemək yeməklə yanaşı mədəni aksiyalarda iştirak etmək ehtiyacı duyur. Əgər Operativ Qərargah düşünrsə ki, Azərbaycan kinoteatrları itirdiyi tamaşaçını bir ayda yenidən toplaya biləcək, yanılır. Gərək pandemiyadan sonra dövlət kino teatrlara böyük güzəştlər etsin və film istehsalının artmasına dəstək versin. Nə qədər çox yeni film yaransa, tamaşaçıları kinoteatrlara yenidən qaytarmaq bir o qədər asan olacaq.

- Amma gəlin etiraf edək ki, pandemiya dövrü kino sənətinə xeyli yeni, orijinal mövzular qazandırdı.

- Bəli, bir tragikomik aspekt bundan ibarətdir ki, pandemiya həddindən çox mövzu, süjet, personaj verir bizə. Situasiya ondan ibarətdir ki, insanlar birdən-birə evlərinə qapadılıblar. Bu vəziyyət insanlarda müxtəlif psixoloji situasiyalar yaradıb və bu da filmlər üçün mövzu olur.

- 2020-ci ildə kinomuz üçün yaxşı heç nə baş vermədi?

- Kino şöbəsinin rəhbərliyi dəyişdi və onlar yeni layihələr, kinonun inkişafı konspesiyasının son variantının hazırlanması, kinoya ayrılmış vəsaitin bölüşüdürülməsi mexanizmi üzərində işləyirlər. Uğurumuz ondan ibarət oldu ki, pandemiyaya qədər çəkilmiş Hilal Bayradarovun, Rüfət Həsənovun filmləri məhz pandemiya dövründə beynəlxalq festivalda iştirak etdi. Hətta, Rüfət Həsənovun filmi qalib oldu. Yəni, film istehsalına pandemiya şəraitində də davam etmək olar. Hazırda əsas dərd kinoteatrlara tamaşaçıların qayıtmasıdır. Bu zərbədən qurtulmaq üçün dövlət kinoteatrlar şəbəkəsinə xüsusi diqqət ayırmalıdır.

- Dünyada kino nümayişində yeni ənənələr yarandı. Məsələn, Çində səyyar kinoteatrlar fəaliyyət göstərdi. İnsanlar maşınlarda oturub film izlədilər. Biz necə, vəziyyətdən çıxış yolu üçün nəsə edə bilmərik?

- Dediyiniz yeni metodlar müvəqqəti və effekti olmayan metodlardır. Azərbaycan üçün bunların heç bir ciddi əhəmiyyəti olmayacaq. Kino nümayişi sahəsinin dirçəlməsi real gəlir gətirməyə başladıqca minlərlə Azərbaycan vətəndaşının iş yerinə çevrilmişdi. Yüz minlərlə Azərbaycan vətəndaşı bu sahənin istehlakçısı idi. Yenə deyirəm, Azərbaycanda kinoteatrların tamamilə bağlanması səhv addım idi. Çünki bu mədəniyyəti biz addım-addım yaratmışdıq. İnsanlar indi-indi kinoteatrlara gəlməyə, yerli filmlərə baxmağa başlamışdı. Aktyorlarımız, rejissorlarımız indi-indi yüksək qonorarlar almağa başlamışdı.

- Bayaq qeyd etdiniz ki, pandemiyadan sonra kinoteatrlara əvvəlki tamaşaçını toplamaq çətin olacaq. Yəqin, bunun üçün yeni metodlar lazım gələcək.

- Təbii ki, kinoteatrların marketoloqları təbliğat kampaniyalarını daha effektli etməlidir. Məsələn, bizim kinoteatrların repertuar siyasəti çox primitivdir. Moskvada oturan şirkətlərdən filmləri alırlar, onların tərtib etdiyi repertuardan asılıdırlar. Orijinal repertuar siyasəti yoxdur. Bir çox problemlər var. Amma məncə, dövlət pandemiyadan sonra kinoteatrlara vergi və kommunal ödənişlərdə güzəştlər etməlidir.

- Ümumiyyətlə, bu dövrün Azərbaycan kinosuna mövzu və yaradıcılıq baxımından konkret nə kimi müsbət təsiri oldu?

- Yaradıcı baxımından mütləq müsbət təsiri olmalıdır. Ruhi praktikada, xəlvətiyyə təriqətində bağlı yerə qapanıb özün-özünlə qalıb fikirləşmək ciddi məqam sayılır. İnsanlar illərlə öyrəşdiyi vərdişləri etmədikdə onların tək bədənləri deyil, ruhları da şok yaşayır. Belə şoklar yeni sənət əsərlərinin meydana çıxmasına stimul verir. Pandemiya həm də bizim Vətən müharibəsi ilə, qələbələrimizlə eyni vaxta düşdü. Bunlar da sənət üçün böyük mövzudur. Yəni, sənət etibarilə kinomuz mövzular qazansa da, bazar etibarilə istehlakçısını itirdi.

- Pandemiya şəxsən sizin yaradıcılınıza necə təsir etdi?

- Son illər mən daha çox administartiv işlərlə məşğul olduğum üçün pandemiyanı fəaliyyətimdə yox , psixoloji keçirtdiyim şoklarda hiss etdim. Dünyada nüfuz və güclər var, onların yazdığı ssenaridə sənə həmişə rol ayrılır. Ola bilər ki, sənə yazılan roldan hər dəfə çıxa bilməyəsən, yaxud da əksi olsun.

- Karantin gülərində evdə izləmək üçün film tövsiyələri edənlər çox oldu. Necə düşünürsünüz, bu kinoteatrların dövrünün bitdiyini və inkişaf edən texnologiya ilə birlikdə film sektorunun da rəqəmsallaşdığını göstərirmi?

- Netflixin onlayn kino platforması pandemiyaya qədər 20 milyard film istehsalına vəsait ayırıb. Bu məbləğ mütəxəssisləri şoka saldı. İndi məlum olur ki, nəyə görə imiş. Məqsəd insanları onlayn nümayişə cəlb etmək idi. Təbii ki, Google, Amazon, Netflix, Facebook və digər sosial şəbəkələr pandemiyadan milyardlar qazandılar. Onların arzusu odur ki, siz sevdiyinizi, yaxınınızı bağrınıza basmayasınız, onun yazdığı statusları bağrınıza basasınız. Yaxınlarınızı ziyarət etməyəsiniz, onlara mesaj yollayasınız. Çünki onlar bundan yaxşı pul qazanırlar. Netflix kimi onlayn platformalar istəyərdi ki, kinoteatr şəbəkələri olmasın, onlara baxan tamaşaçılar çoxalsın. Amma onlar çox şey istəyir. İnsanın öz təbiəti var. İnsanı yaradan varlıq onlara bir-birini bağrına basmaq, sevmək, qısqanmaq hissləri bəxş edib. Ona görə də rəqəmsal diktatura sahibləri də gördülər ki, bu xətt elə də inkişaf etmir. Məsələn, Ceyms Bond silsilə filminin yaradıcıları onlayn nümayişdən imtina edib, kinoteatrda nümayiş gözləyirlər. Bu o deməkdir ki, dünya kinoteatral nümayişdən imtina etməyib. Çünki bu, təkcə biznes deyil, həm də cəmiyyətin mədəniyyətidir. Böyük ekranda, iri planda aktrisanın oyununa baxmaq effektini evdə kompüterdən, telefon monitorundan ala bilmərik. Eləcə də teatrlar... Teatrların vəziyyəti ümumiyyətlə faciəvidir. Onlayn teatr kimi idbar bir şey ola bilməz. Absurd idi bu. Teatra canlı baxılmalıdır.

- Karantin bir sənət adamı üçün nə dərəcədə çətindir?

- Bu dövrü daha çox düşünərək keçirirəm. Düşüncələrimin nəticəsi odur ki, indi rəqəmli texnologiyaların inkişafı insan qarşısında bir imtahan qurur. İnsan manipulyasiyaya davamlı olmalıdır. Əvvəl tayfa rəhbərləri, dini liderlər, şamanlar insanları manipulyasiyaya edirdisə, indi sosial şəbəkə sahibləri edir. Onların rəhbərliyi altında milyonlarla insan var. İnsanlar bilməlidir ki, onlara hədə-qorxu gəlirlər, ya aldadırlar. Yəni, bu informasiya selində baş çıxarmağı bacarmalıyıq. Manipulyasiyaya getməməliyik.

Zəmanəmizin ən böyük imtahanı budur. Özünlə, vicdanınla, yaradanınla öz səmimi xəttini yaratmalısan. Ətrafın, beynəlxalq şəbəkələrin, dünya xəbərlərinin səndə yaratmaq istədiyi illüziyaya aldanmamalısan. Karantin ötəridir, insan və onun arzuları daimi. Zəif görsənə bilən, zəif qəbul edilən şəxsin ekstremal situasiyada özünü göstərən gücü sevdiyim mövzudur. Sonda onu da deyim ki, bu il həm də Qələbə iolə yadda qaldı. Və sizi əmin edirəm, illər sonra 2020-yə pandemiya ili yox, Qələbə ili deyəcəyik.

news-inner-user
Günel Musa

116 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar: “Məndən Təhminənin telefonunu istəyirlər”
13:30 04 Avqust 2021
Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
12:30 04 Avqust 2021
Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
12:03 04 Avqust 2021
Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
11:12 04 Avqust 2021
Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
10:47 04 Avqust 2021
Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
10:03 04 Avqust 2021
İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
09:37 04 Avqust 2021
Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
09:01 04 Avqust 2021
Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021