writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock12:22 calendar-gray 21 Dekabr 2012 view-gray3759 dəfə oxunub
view-gray3759 dəfə oxunub

Bə nooldu ?

Oğlum səhər saat 7-də yuxudan oyanıb dedi ki, ata doğrudan da qaranlıqdır. Dərsə getmək qaldı deyəsən. Dedim, dünən səhər saat 7-də günəşi görmüşdün ki, bu gün onun olmadığından danışırsan?! Dur hazırlaş!

Beləliklə həmişəki qaydada məktəbə hazırlıq prosesi çaydanın qaynaması ilə başlayıb avtobusun tüstüləməsi ilə bitdi. Amma öz aramızdı, bu gün avtobusda xeyli boş yer var idi. Nə isə, uşağı məktəbə buraxıb piyada qayıtdım evə. Yəni, təxminən Səməd Vurğun bağından Füzuli meydanına. Yolda hava işıqlaşdı.

Evdə televizorda türklər dedi ki, "Mayya tutmadı". Gəldim işə. Binanın qabağında Qan Turalı və Mirmehdi Ağaoğlu ilə ayaqüstü söhbətləşirdim. Yaxın dostum zəng edib-sən ürək yeyəsisən-dedi.
Sən demə səhər tezdən iş dalınca Atatürk liseyinə gedib və orada oğlumu dəhlizdə özü kimi sinif yoldaşları ilə danışıb-gülən görüb. Dostum özü hər ehtimala qarşı bu gün uşağını məktəbə aparmayıb. Onunla telefonda təzəcə halallaşıb ayrılmışdım ki,

Qabil Abbasoğlu gəldi:

-Yaxşı bir köşə yazmaq olar- dedi.

Soruşduq - o nə köşədi elə ?

-"Bə nooldu?"-deyib getdi. Sonra dağılışdıq. İndi Qan Turalı və Mirmehdi Ağaoğlunun öz dairələrində nə etdiklərini bilmirəm, amma mənim nə etdiyim göz qabağındadır. Demirəm ey, yaxşıdır. Deyirəm yəni görmək mümkündür. Yəni, olmadı qaranlıq.

"Bə nooldu ?"

Bəlkə də dünən telefon açıb borcları dost-tanışa halal edənlər, bu gün zəng edib hər kəsə öz qiymətinə şam və konserv təklif etdilər...

Bəlkə də bir həftədir Allahın ətəyindən sallaşıb-bu qəzanı adlatsam bir də kimsəni incitməyəcəm-deyənlər, bu gün o ətəyi unudub yenə də günaha batmağa tələsdilər...

Amma yəqin ki, yaxşı şeylərdə oldu və ya olacaq...

Yeri gəlmişkən, mən xəmir yeməklərini, xüsusilə də spagettini çox xoşlayıram. Həmişə olmasa da hərdən bazar günü evdə xahiş edirəm xəngəl, ya da spagetti hazırlasınlar. Yeməyə başlamazdan əvvəl bütün ailə (cəmi üç nəfər) süfrə başında əl-ələ tutub dua etdiyimiz də olur...


Məncə dünən bütün gecəni öz canından ötrü dünyanın xilası üçün dua edənlər, bundan sora da dua etməkdə davam etsinlər. Heç olmasa axşam süfrəsində, onlara yetirdiyi ruziyə görə Tanrıya minnətdar olmaq olar. Bununla biz olmayanı zərəri olan xeyrə çevirmiş olarıq. Beləliklə bizim də birlikdə dua etmək mədəniyyətimiz formalaşar...

Amma hələ ki, doğrudan da:

-Bə nooldu?

-Heç nə, sadəcə çoxlu şam və konserv oldu...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021