writer1

Səhər Əhməd

Məqalə sayı

169
clock12:42 calendar-gray 26 Noyabr 2012 view-gray2235 dəfə oxunub
view-gray2235 dəfə oxunub

Namuslu olmaq azdır...

Qatil də Allah quludur, Əzrail da mələk olduğu kimi...

***

Gücü gizlətmək də sirr saxlamaq kimi çətindir.

***

Təkrar biliyin anası deyil, balasıdır.

***

Ümid–pul kimi bir şeydir.

***

Özünü cilovlama, eybi yox, qoy nadanlar səni “kobud” adlandırsın.

***

Xatirələrin yaşadığı yerlər köhnə tanışlara bənzər, hərdən yadına ya bir dalan düşər, ya bir kitabxana...

***

Yaşamaq-susamaqdır, ancaq heç ölüm də su deyil.

***

Əgər yaddaşın qarışıqdırsa, xatirələrin köhnəlibsə, acı dadırsa, onları heyfslənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz ev.

***

Kiminçünsə darıxa bilirsənsə, bəsindir, qoy sənin üçün heç darıxmasınlar.

***

Ən iddialı adamlar ən adi adamlar olur.

***

Dostun yoxdursa, özündən küs, sədaqətin yoxdur, demək.

***

Yer- göyün səhnəsidir; epizodik rolları oynayanlara acıyıram. Onlar yalnız dramatizmi bir qədər gücləndirmək üçün mövcuddurlar.

***

Tanrının əfvimi böyükdür, qulun səhvimi?!

***

Nadanlar haqda düşünmək onlara uduzmaq deməkdir.

***

Din Allaha sitayiş yollarından biridir, düzdür. Hamını eyni yolla getməyə vadar etmək isə düz deyil.

***

Mövsümlərin dəyişməsi adamların özünü xatırlaması üçündür.

***

Arzu ürəyin nəfsidir.

***

Zəhmli adamlar pisliyi əzbər bilən adamlardır.

***

Dilənçilərə acımaq bizim borcumuzdur, dəxli yoxdur onlar acdılar, ya yox, dilənçi olmaq ac olmaqdan daha acınacaqlıdır.

***

Ən yoxsul adam duzsuz adamdı.

***

Təkcə namuslu olmaq azdır, həm də ləyaqətli olmaq lazımdır, çünki namusluluq bir qədər məcburi, ləyaqətlilik isə tamamilə könüllüdür.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

XXI əsrin hekayəsi: Həyəcanlı an
18:20 21 Avqust 2019
Tarantino Allahdır!
18:01 21 Avqust 2019
Azərbaycanlı aktyor vəfat etdi
17:55 21 Avqust 2019
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
17:09 21 Avqust 2019
Dram Teatrında yeni tamaşa nümayiş olunacaq
16:18 21 Avqust 2019
Flora Kərimovanı ağladan, Seymur Baycana yazmamaq üçün qonorar verən Rəşad Məcid – Maraqlı Faktlar
15:31 21 Avqust 2019
Kütlə zay məhsulu sevir... – Ruslan Mollayevin essesi
14:40 21 Avqust 2019
“Matriks” filminin dördüncü hissəsi çəkiləcək
13:23 21 Avqust 2019
Netflix Bill Qeytsin həyatı haqda film çəkir
12:30 21 Avqust 2019
Uşaqların xatirinə kəsmirəm biləklərimi... - Cəlil Cavanşirdən Yeni Şeirlər
11:47 21 Avqust 2019
Azərbaycanlı aktyor hind filminə çəkilir
11:00 21 Avqust 2019
Qadınlar susaraq getməz
10:30 21 Avqust 2019
Son “Rembo” filminin nümayiş vaxtı bəlli olub
09:45 21 Avqust 2019
İsa Muğannanın qızı od püskürdü: “Bu, atama və bizim ailəyə qarşı təhqirdir!” – Müsahibə
08:48 21 Avqust 2019
Xristianlığa meyl edən gənclərimiz
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019