writer1

Yalçın İslamzadə

Məqalə sayı

11
clock14:17 calendar-gray 01 İyun 2020 view-gray1482 dəfə oxunub
view-gray1482 dəfə oxunub

Azərbaycanlı valideynin hakimiyyət iddiası

Bir müddət əvvəl dostlarla parkda gəzişirdik, bir az uzaqda əcnəbi ailə balaca uşaqlarını gəzməyə çıxarmışdı. Uşaq qaçdı, yıxıldı, dostlardan biri uşağı qaldırmaq üçün uşağa tərəf atıldı. Saxlamaq istəsək də refleksləri işə düşmüşdü.

Niyə saxlamaq istədik, çünkü o xarici vətəndaşın təxminən nə deyəcəyini bilirdik, "Təşəkkür edirəm, ancaq imkan verək özü qalxsın. Hər problemdə kənardan həll gözləməsin" (belə də dedi). Bir çox valideyinin hədsiz qoruyucu davrandığı, uşaqlarda problem həll etmə bacarıqlarını formalaşdırmadığı (valideyinlərdə də bu bacarıqlar bir çox hallarda əvvəlki nəsil tərəfindən formalaşdırılmayıb, problem həll etmə yolu-qohumluq, tanışlıq, hörmət olub-burda əsas rolu təhsil sistemi oynamalıdır) uşaqlıq, yeniyetməlik və hətta böyüklük dövründə onlar adına qərar verib həm də onları məsuliyyətdən azad etdiyi cəmiyyətlərdə, uşaqlar bioloji olaraq böyüyürlər ancaq psixoloji valideyn asılılığı davam edir, problemlər qarşısında özlərini çarəsiz hiss edirlər.

Normal pensiya sistemi qurulmasına nail olmamış valideynlərə isə bu asılılıq sərf edir, övladları onlar üçün həyatına müdaxilə edib eqosunu doyuracaq varlıqlardan əlavə, pensiya fondudur. Burda sanki açıqca ifadə olunmamış mənfəət münasibəti var: "Mənim üçün hakimiyyət, sənin üçün məsuliyyətdən azad olma!"

Bu səbəbdən saysız hesabsız yaradıcı uşaq dəyər yaratma prosesindən kənarda qalır, böyüyəndə artıq cəmiyyətin təqdir etdiyi beş-on populyar ixtisasdan birini seçmiş olurlar.

Uşaqları daha çox mələklərə bənzədirlər, mələklər real həyatda hansı fenomenə qarşılıq gələn modellərdir bilmirəm, ancaq uşaqlar mələklərdən daha mürəkkəb, özlərinə məxsus prioritetləri, taktikaları, manipulyasiya metodları olan canlılardır və heç də sadə klişelərlə və davranışlarla onlara yanaşmaq məhsuldar nəticə verməz.

Uşaqlara məsum, oyuncaq, hər addımda qorunmağa möhtac (xüsusən böyüməyə başladıqları dövrdə) varlıqlar kimi baxmaqdansa, onların böyüklər kimi ciddiyə alınmaları özlərinə daha xoş gəlir. Planlarından, məqsədlərindən, sevdikləri qəhrəmanlardan, onları niyə sevdiklərindən həvəslə danışırlar.

Uşaqla onun dünyasıyla kontakt qurub rabitə yaratmaq olar, klişelərlə yox.

Digər problem, ən çox tərəfdarı olan "mənim balalarım var" ideologiyasıdır. Bir çox valideyn bu arqumentlə ədalətsizlik edir, cəmiyyətdə ədalətsizliyin nisbi çəkisi artır, sonra bu işdə öz rollarını görməyərək övladlarına, "xaricə get, burda yaşamaq olmur" deyirlər. Halbuki uşaqların gələcəyi üçün ədalətli cəmiyyət qurmaq hamının xeyrinədir.

Uşaq tərbiyəsində başqa bir problem, adətən məclislərdə "vətənə layiq övlad olsun" deyən müdriklərin uşaqlara əksini aşılamalıdır. Nəticədə Danning-Kruger sindromundan əziyyət çəkən, tez zamanda varlanmaq, vəzifədə yüksəlmək, status qazanmaq istəyən və bunun üçün qabiliyyətdən başqa bütün performansları sərgiləyən insanların yetişməsidir.

Nəticədə əsl bacarıq sahibləri fəaliyyət sahələrindən kənarda qalır, cəmiyyətin dərinliyi, professionallığı, tərəqqisi zərər görür. Bizim bütün fəaliyyət sferalarındakı davranış və düşüncələrə skeptik yanaşıb bu praktikalarımızın həqiqətən doğru və faydalı olub-olmadığı haqqında intensiv refleksiyalara ciddi ehtiyacımız var.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021
Çingiz Aytmatovun xanımı vəfat etdi
17:30 20 Aprel 2021
“Kurtlar vadisi”nin Güllüsü Qənimətlər parkında - Foto
17:16 20 Aprel 2021
“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb
16:25 20 Aprel 2021
Məşhur roman əsasında film çəkilir
15:40 20 Aprel 2021