Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradıldı

Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradıldı
20 may 2020
# 15:14

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.

Dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir. Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.

Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyiyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru, Şuranın sədri.

Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu:

Fikrin Bektaşi – hüquqşünas;

Orxan Əliyev – kino maliyyəçisi;

Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi.

Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu:

Yavər Rzayev – rejissor, ssenarist;

Mirbala Səlimli – rejissor, ssenarist;

Fariz Əhmədov – rejissor, prodüser;

Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü;

Roman Orkodaşvili – ssenarist, redaktor, «Что? Где? Когда?» (Rusiya) komandasının üzvü;

Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu;

Mansur Şəfiyev – rejissor-animator;

Aygün Aslanlı – kino tənqidçisi;

Aydın Talıbzadə – teatrşünas.

Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru;

Rüfət Həsənov – “Debüt” studiyasının direktoru;

Balakişi Qasımov – İctimai Televiziyanın baş direktoru;

Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru;

İlqar Nəcəf – “Buta Film” prodüser mərkəzinin təsisçisi;

Əli-Səttar Quliyev – “Mozalan” studiyasının direktoru;

Elmar İmanov – “Color of May” (Almaniya) prodüser mərkəzinin direktoru;

Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

13:00 13 may 2026
99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

12:00 13 may 2026
79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

11:30 13 may 2026
Bursada “Qaynana”  filmi nümayiş olundu

Bursada “Qaynana” filmi nümayiş olundu

16:30 12 may 2026
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

09:43 12 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər