Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn

Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
29 mart 2020
# 11:41

1972-ci ildə çap olunmuş, tərcüməçisi Talat Sait Halman olan “Antik Misir şeiri” kitabında dünyanın ən qədim şeirləri toplanıb. Onlardan biri də, demək olar ki, 4000 il əvvəl yaşamış misirli din xadimi və şair Ankhunun “Çürük nizam-intizam" adlı bir şeiridir.

Kulis.az dünyanın ən qədim şeiri sayılan Ankuhunun "Çürük nizam-intizam" şeirini təqdim edir.

Olub keçənlər adamı divara dırmaşdırır,
Qıvrılır əzab içində o baş bu baş yurdumuz.
İldən-ilə hər şey olub lap alaşıq-dolaşıq.
Əvvəlkinə şükür oxutdurur ötən hər il
Hərc-mərclik var ölkədə, məhv olacaq hər nə var.
Tutdular qulağından atdılar bayıra ədaləti
Haqsızlıq gizli-gizli ayaq açıb idarələrə
Allahların planları olub kəllə-mayallaq
Allahın buyruğunu yoxdur vecinə alan
Yurdumuzun vəziyyəti bərbaddır ki bərbaddır
Hansı səmtə baxsaq, cəfa
Xalq yasa batıb, şəhərdə də kənddə də
Millətin belini qırıb kasıblıq
Adamlarda qalmayıb nə hörmət, nə də sevgi
Asayiş sultanları da təpinirlər yerində
Dan yeri qızarır başımızı o yana çeviririk
Gecə vaxtı olanları görməmək üçün
Olub-keçənlər adamı divara dırmaşdırır,
Dərd-sərimiz topa-topa gəlir üstümüzə
Günü səhər iztirabların seli qopub gələcək
Əndişə içindədir o baş bu baş yurdumuz.
Fəqət yoxdur açıb ağzın söz söyləsin bir kimsə
Təmiz adam da qalmadı bu gözəl məmləkətdə
Hamının işi-gücü pisniyyətlik etməkdir
Qəlblərimiz yas içində, əzab içində
Əmr verən, əmr qulu ikisi də eyni şeydir
Almırlar veclərinə düzü dünyanı
Hər səhər oyanan kimi görürük biz hər zadı
Amma barmaq dəbərtmirik düzəldək nələrisə
Dünən nədisə bu gün də həmin şeydi
Miskinlik yuva salıb insanların üzünə
Heç kim söz-kəlam qanmır
Başa düşənlər də ki, elə bil, dilin udub.
Dəhşətli ağrılarla aramsız qıvranıram:
Acizdir kasıblar hər an varlı qabağında
Dəhşətlidir bunu görüb fəryad etməmək
Di gəl, qanmayanlara dil tökmək nə yamandır
Adam ki səs-sədasını qaldırmayan zamanda
Başlayır gerçəkləri bilməyənləri qəzəbi
Bu günlərdə hamı sırf özü-özünü dinləyir
Özü-özündən özgəsinə inanan yoxdur
Qopdu bütün əlaqələr gerçəklə söz arasında…


Türkcədən tərcümə: Tanhu M.

# 4994 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər