Bakıda rəssam və fotoqrafların sərgisi açılıb

Bakıda rəssam və fotoqrafların sərgisi açılıb
6 mart 2020
# 12:29

Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılıb.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası hər zaman Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımları təbrik etmək üçün belə sərgilər təşkil edir. Bu sərgi qadınlara, onların gözəlliyinə həsr olunub. Təsviri sənətdə rəssamlar hər zaman qadın obrazına müraciət ediblər. Azərbaycan qadını müasir cəmiyyətimizdə çox böyük yer tutur.

Qalereyanın direktoru deyib ki, bu sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunur.

Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara uğurlar arzulayan Qalib Qasımov onların Azərbaycan rəssamlıq sənətində öz sözlərini deyəcəklərinə inamını ifadə edib.

Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov və Azərbaycan Dövlət Rəsm Qalereyasının baş elmi işçisi Vaqif Muğanlı sərgidə əsərləri nümayiş olunan müəlliflərə uğurlar arzulayıblar.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyinin üzvləri musiqi nümunələri ilə çıxış ediblər.

# 3295 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yapon xoreoqraf  Bakıda ustad dərsləri keçdi

Məşhur yapon xoreoqraf Bakıda ustad dərsləri keçdi

14:00 18 iyun 2026
Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti

13:25 18 iyun 2026
Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi

12:38 18 iyun 2026
"Guya mən getmə desəm, getməyəcəkdin?" -  Nihat Pir

"Guya mən getmə desəm, getməyəcəkdin?" - Nihat Pir

12:00 18 iyun 2026
Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

11:30 18 iyun 2026
Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

10:03 18 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər