Bakıda “Müstəqil Kino Platforması” təsis edildi – Nə istəyirlər?

Bakıda “Müstəqil Kino Platforması” təsis edildi – Nə istəyirlər?
27 yanvar 2020
# 18:50

Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə “Müstəqil Kino Platforması” təsis edib.

Bu barədə Kulis.aza məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkədə az büdcəli, müstəqil qeyri-kommersiya filmləri" ilə bağlı konsepsiya hazırlayaraq müraciətdən sonra bununla kifayətlənməmək və yerli kinomuzda ciddi dəyişikliklərə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyə qərar verib və bu məqsədlə də Müstəqil Kino Platforması təsis ediblər.

Müstəqil Kino Platformasının məramnaməsində deyilir

Bu gün dünya kino industriyası sürətlə inkişaf edir, Azərbaycan kinosu isə hələ də qlobal kino mühitində gedən proseslərlə ayaqlaşa bilmir. Biz hələ də kino sənayemizi formalaşdıra bilməmişik. Məsələ ilə bağlı illərdir müzakirələr aparılsa da, islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bir neçə filmin dünyadakı film festivallarına çıxması, hansısa uğur qazanması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.

Mədəniyyət Nazirliyinin balansında olan “Nizami” Kino Mərkəzini nəzərə almasaq, hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar fəaliyyət göstərir. Onların repertuarları isə çoxbüdcəli yerli və xarici kommersiya filmlərindən ibarətdir. Bu hal həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur.

Müstəqil Kino Platformasının yaradılmasında məqsəd ölkəmizdə kinonun inkişafı istiqamətində prosesi hərəkətə gətirmək, dünya kinosu ilə ayaqlaşa biləcək kinoindustriya yaratmaqdan ötrü gərəkli islahatların aparılmasına nail olmaqdır. Müstəqil Kino Platforması - ölkəmizdə normal kino industriyasının olması, qeyri kommersiya filmlərinin istehsalı anlayışının ortaya çıxması, kino sahəsində çalışanların müstəqil, maneəsiz şəkildə fəaliyyət göstərməsi, təkcə kütləvi tamaşaçıya ünvanlanmayan, eyni zamanda, Azərbaycan kinematoqrafiyasına töhfə verəcək filmlərin çəkilməsi və bilet satışları təmin edilməklə kinoteatrda göstərilməsi üçün çalışan, kinomuzun, sözün əsl mənasında, inkişafına xidmət edən konsepsiyaları dəstəkləyən bir qrup müstəqil kinematoqrafçı tərəfindən təsis olunub.

Məqsədimiz “Müstəqil Kino Platforması” altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kinoindustriya qurmuş ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır.

# 3700 dəfə oxunub

Oxşar xəbərlər

"Anora"nın rejissorundan yeni film: "Ti Amo!"

"Anora"nın rejissorundan yeni film: "Ti Amo!"

13:40 15 aprel 2026
"Dyun" seriyasının növbəti hissəsi nə vaxt yayımlanacaq?

"Dyun" seriyasının növbəti hissəsi nə vaxt yayımlanacaq?

13:20 15 aprel 2026
"Elden Ring"  bədii filminin çəkilişlərinə start verildi

"Elden Ring" bədii filminin çəkilişlərinə start verildi

12:00 15 aprel 2026
Kann:  "Rejissorların iki həftəsi"ndə yarışacaq filmlər - Siyahı

Kann: "Rejissorların iki həftəsi"ndə yarışacaq filmlər - Siyahı

11:38 15 aprel 2026
“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olunacaq

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olunacaq

10:43 15 aprel 2026
“Hörümçək adam: Yeni gün”  filminin əlavə çəkilişləri başladı

“Hörümçək adam: Yeni gün” filminin əlavə çəkilişləri başladı

12:12 14 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər