news-inner
clock08:58 calendar-gray 20 Yanvar 2020 view-gray10116 dəfə oxunub
view-gray10116 dəfə oxunub

Bayraqdar Elman: “Elçibəyin adamları mənə daş yığmağı öyrətdilər” – Müsahibə

Kulis.az-ın “İşdən kənar” layihəsinin budəfəki qonağı bayraqdar Elman Türkoğludur.

- Bayraq haqqında bir çox şeir yazılıb. Sizin üçün ən dəyərlisi hansıdır?

- Bəxtiyar Vahabzadənin “Bayraq”, Əhməd Cavadın “Azərbaycan bayrağına” şeirləri mənim üçün əzizdir. Bir çox şairlər yazıb. Azərbaycan şairləri dünya ədəbiyyatında birinci yerdədirlər. Nədənsə Allah dünya şairlərinin içində böyük şeiriyyat beynini Azərbaycan, türk millətinə verib. Bizdə 5 yaşında uşaq belə şeir yaza bilir. Bu, hansı millətdə var?! Rusda, ingilisdə yaxud fransızda?! Heç birində yoxdur, ola da bilməz!

- Səhv eləmirəmsə, siz də bayraq haqda şeir yazmısınız...

- Əlbəttə, yazmışam.

- Ən çox hansı şairimizi sevirsiniz?

- Sevdiyim şairlər çoxdu. Məsələn, Məmməd Araz.

- Demək, Məmməd Araz ən çox sevdiyiniz şairdir.

- Bəli. Onun ən çox sevdiyim şeiri “Dünya sənin, dünya mənim”dir. Əzbərdən deyə bilərəm. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Əhməd Cavad, Əliağa Vahid, Füzuli, Nəsimi də sevdiyim şairlərdir. Azərbaycanda nə qədər şair varsa, canım qurban olsun onlara. Pisinə də, yaxşısına da!

Gallery

- Bəs dünya poeziyasından?

- Klassik şairlərin yeri başqadır. Sergey Yeseninin, Mayakovskinin şeirlərini çox sevirəm. Nə olsun, rusdular. Yazıblar da.

- Elman müəllim, sizcə ədəbiyyatın milliyyəti olur?

- Xeyr, ədəbiyyatda millət olmur. Orta məktəbdə ən yaxşı oxuduğum fənn ədəbiyyat olub.

- Tutaq ki, erməni yazıçıdan bir əsər oxuyardınız?

- Düşmənin əsərini oxumaram. Erməni kimdir ki?

- Axı dediniz, ədəbiyyatın milləti olmur.

- Erməni ədəbiyyatı yoxdur axı. Erməni ədəbiyyatı bizim ədəbiyyatdan çox oğurlayıb.

- Nümunə çəkə bilərsiniz?

- Şeirimizi, musiqimizi oğurlayırlar. Yalandan öz adlarına çıxardırlar. Onların nə torpağı var, nə də mədəniyyətləri.

- Müasir şairlərimizdən kimlərin adlarını çəkərdiniz?

- Bir çox şairlər deyə bilərəm. Məsələn, Rüstəm Behrudi. Rüstəm bu dünyanın şairi deyil. O, göylə yer arasında qalan ruh şairidir. Sonra... Aha yadıma düşdü, Nüsrət Kəsəmənli. Onun sevgi şeirlərini xoşlayıram. Allah rəhmət eləsin. Sağ qalsaydı bu gün çox böyük şeirlər yazardı. Salam Sarvanın, Aqşin Yeniseyin adını çəkə bilərəm. Çox gözəl yazırlar. Oxuyuram həmişə. Ən çox sevgi haqqında şeirləri sevirəm. Elə bilirəm, mənim həyatımdır. Bir də bayraq, millət, vətən haqda şeirləri...

- Niyə məhz sevgi?

- Hər insanın həyatında bir sevgisi olur. Sevgi şeirləri mənə ilk məhəbbətimi xatırladır.

- Maraqlıdır, necə olub sevgi tarixçəniz? Yəqin buna görə siz də şeir yazmısınız...

- Sevgi insanı şair edir. Orta məktəbdə daha çox şeir yazmışam. İndi də yazıram. Daha çox sevgi şeirləridi.

Gallery

- Sevdiyiniz qıza kasıb olduğunuz üçün qovuşa bilmədiniz və başladınız şeir yazmağa...

- O vaxt qızları alimlərə, universitet bitirənlərə verirdilər. Bu gün belə sevdiyim qızı xatırlayıram. Unuda bilmirəm.

- Qayıdaq ədəbiyyat söhbətinə. İlk oxuduğunuz kitab hansı olub?

- Kitab oxumağa şeirlərlə başlamışam. Səməd Vurğunun “Azərbaycan” şeiri ilk oxuduğum mətn olub.

- Bəs nəsr əsəri?

- Süleyman Rəhimovun “Saçlı” romanı. Dördüncü sinifdə oxumuşdum. Dərslərimi yaxşı oxuyurdum. Əlavə vaxtım qalanda bədii ədəbiyyat mütaliə edirdim. Bəzən sinifdə də əsər oxuyurdum. Belə olanda, müəllimlər məni danlayırdı. Kitablar zehnimi, yaddaşımı inkişaf etdirdi.

Məktəb illərində aktyor olmuşam. Masallı Dram Teatrında çalışmışam. Yeni il şənliklərində Şaxta baba olurdum. Teatrda da fəaliyyət göstərmişəm. Kefli İsgəndər rolunda oynamışam.

- Dünya nəsrindən hansı əsərləri oxumusunuz?

- Viktor Hüqo. “Səfillər”. Möhtəşəm əsərdir. Tolstoyun, Markesin, Dostoyevskinin romanlarını oxumuşam.

- O dövr Xəlil Rza ilə münasibətiniz vardı?

- Xəlil böyük ustaddır. Mənim üçün vətən haqda şeir yazan dörd böyük şair var.

- Kimlərdi?

- Əhməd Cavad, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz. Bunlar əlçatmazdır. Zirvədirlər.

- Elman bəy, sizin üçün Azərbaycanın ən böyük yazıçısı kimdir?

- Mirzə Cəlil.

- İstəyirəm, bir az da mərhum prezidentimiz Elçibəydən söhbət açaq. Elçibəylə necə tanış olmusunuz?

- 1976-cı ildə. Vəziyyət gərgin idi. Onuncu sinfi bitirib, instituta sənəd verdim, amma imtahanlardan məni kəsdilər. Hərbi xidmətə getməyimə bir il yarım qalmışdı. Daş karxanasında fəhlə kimi işə düzəldim. Həmin ərazidə hündür bir adamın gəzişdiyini görürdüm. İşlədiyimiz yerdən dəmir yolu keçirdi. Möhkəm də yağış yağmışdı. Mən də bilmirdim ki, relslər elektrik keçirdir. Ayağımdakı yaş ayaqqabıyla relsin üstünə çıxdım. Elektrik məni vurdu, yıxıldım, başım kərpicə dəydi, huşumu itirdim. Ayılanda gördüm ki, hündür boy bir kişi başımın üstünü kəsdirib.

Gallery

- O kişi kim idi?

- Hələ onuncu sinifdə oxuyanda qəzetlərin birində belə bir xəbər çıxmışdı qarşıma. Antisovet fikirlərinə görə Əbülfəz Əliyevi həbs ediblər. Bizə də atamız uşaq vaxtından türkçülüyü öyrədirdi. Atama bu xəbəri oxudum. Dedi, deyəsən nəsə eləsə, elə bu Əbülfəz edəcək. Çünki o vaxtlar atam məni məscidə aparardı. Məsciddəki mollalar, axundlar imkan düşəndə üstörtülü də olsa sovet rejiminin tezliklə dağılacağından danışırdılar.

Qayıdaq, yıxıldığım həmin günə. Yadımdadır ki, pulumu verməmişdilər. Ayılıb o hündürboy kişini başımın üstündə görəndə, ətrafımdakı hamı dağılışımışdı. Saçlarım da o vaxtın dəbinə uyğun, uzun idi. O kişi əlləri ilə başıma sığal çəkib, dedi ki, uzun saç sənə yaraşır. Adımı soruşdu, dedim, Elman Həsənbəyli. Mən də onun adını soruşdum. Dedi, Əbülfəz Əliyev. Onda bildim ki, o həmin həbs olunan milliyətçidir. Sonra mənə onun dostları daşları necə yığmağı öyrətdilər. Daha sonra Əbülfəz bəy soruşdu ki, başqa nə problemin var? Dedim, pulumu vermirlər. Tapışırdı ki, pulumu versinlər və verdilər də.

- Elçibəy həm də ədəbiyyatı, sənəti sevirdi. Hansı yazıçıları, şairləri sevirdi?

- Bəy ən çox tarixi sevirdi. Şeiriyyata böyük dəyər verirdi. Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin şeirlərini sevirdi. Mən ona Füzulişünas, Nəsimişünas da deyərdim. Xəlil Rza Ulutürkün, Əliağa Vahidin də şeirlərini oxuyardı.

- Dilindən düşməyən şeiri hansı idi?

- Vətən, millət haqda yazılmış şeirlər. “Sakarya türküsü” şeirini tez-tez deyərdi. Ən çox sevdiyi şeir idi. Başqa şeirlər də var. Xəlil Rzanın “Yaşa Xalq Cəbhəsi”, dissident şair İsfəndiyar Coşğunun “Vətən” şeiri və s.

- Ədəbiyyatın, kitabın insana təsirinə, gücünə inanırsınız?

- Ədəbiyyat insanın həyatını dəyişə bilir. Məni bu gün yetişdirən əsərlərdir.

- Bayraqdar olmasaydınız yəqin ki, sərkərdə olardınız.

- Bu, mənim taleyimdir. Dediyiniz kimi olardı. Düşmənlərə qan uddurardım!

Gallery

- Sizcə ictimai-siyasi hadisələrin bədii əsərdə görünməyi vacibdir?

- Əlbəttə, çox vacibdir. Çünki bir millətin taleyi, ictimai yükü əsərdə yoxdursa, o, nə əsər olacaq?!

- Deyirlər, ədəbiyyat vicdanı yada salır, insanı vicdanlı edir, yalan danışmağa qoymur...

- Var yalan yazan ədəbiyyat, var düzgün yazan ədəbiyyat. Ədəbiyyat bir çox insanları tərbiyə edir. Doğru, həqiqətləri yazan ədəbiyyat bizim həyat tərzimizi dəyişir.

- Qarabağ haqda yazılmış əsərlərdən hansı xoşunuza gəlir?

- Aqil Abbasın “Dolu” romanı. Filmini də yaxşı çəkiblər.

- Gənc nasirləri oxuyursunuz?

- Oxumuram.

- Niyə?

- O dövr yazıçılar iki ilə bir roman yazırdılar. İndi yerindən duran roman yazır. Açıb oxuyursan, heç nə yoxdur. Mən “Eşq və atəş” adlı romanımı 33 ildir yazıb bitirə bilmirəm.

- Roman yazırsınız?

- Bəli, yazıram.

- Mövzu Meydan hərəkatlarındandır?

- Ondan əvvəl və sonrakı dövrü əhatə edir. Olmuş hadisələrdən yazıram. Şişirtmə yoxdur.

- Siyasi roman deyə bilərik?

- Siyasət də, sevgi də, xaos da var. Avtobioqrafik romandır.

- Nə zaman bitəcək?

- Bu yaxınlarda yekunlaşdıracam.

news-inner-user
Oğuz Ayvaz

208 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020