Bizsə hələ də küçədə öpüşə bilmirik...

Bizsə hələ də küçədə öpüşə bilmirik...
24 dekabr 2019
# 11:27

Kulis.az Rəvan Cavidin “Niyə sevə bilmirik?” yazısını təqdim edir.

Gündəlik münasibətlər, yatağa qədər olan həvəs, həyəcan, sonda otel otaqlarından yorğun, tək küçəyə atılan biz. Ən böyük sevgi dastanlarının yarandığı Şərqdə aşiq olmağın bənövşəyi həyəcanı getdikcə sönür.

Bizi sıxan maddi problemlərin, mənəvi əzginliklərin başında aşiq ola bilməməyimiz gəlir. O həyəcanı, o ritmi cinsi istəklərimiz, cəmiyyətin aqressiyası basdırır.

Nə çatışmır bu gün Bakıda? Gülən adamlar, sevən adamlar. Rasional münasibətlərin sonunda ya nikah şəhadətnaməsinin, ya da mental həlqələrə ilişən ayrılıqların dayandığı sevgi hekayələri nə qədər çoxdur. Ağrıyla sevə, gözləyə bilən məcnunvari sevgililərin adı şəhərin balaca tarixinə qovuşur.

Zaman, dövr sosial şəbəkələrin hörümçək toruna keçər-keçməz adamların bir-birinə təslim etdikləri ruhları, bədənləri qolları ilə özlərini qucaqladı. Fərd və onun yalnız şəxsiyyəti formalaşdı. Bu günün şeirlərinə diqqət edin; tək adamlar üçün, tək oxuna biləcək şeirlər... Ən pozitiv musiqilərin mətnlərinə baxın, təpədən dırnağa eqoist misralarla silahlanmış. Rəsm əsərlərinin süjetləri, rəng çalarları - hamısı bizi otağımıza çəkilməyi, saatlarla divara, sonra telefonun ekranından beynimizə dolan informasiya selinə tamaşa etməyə sövq etmirmi?

Gün boyu yaşadığımız problemlərin aqressiyası sevgilərimizin də rəngini dəyişir. Sosial problemlərə səsini çıxara bilməyən bizlər münasibətlərimizdə dominant olmağa çalışırıq. Öz iqtidarımızı heç olmasa burada nümayiş etdirmək istəyirik. Faciə də elə burada başlayır.

Sevgi məsuliyyət yükləməməli. Yük olmamalı. Bizim qafqazlı kişisinin qıra bilmədiyimiz stereotipləri qarşı tərəfi bəzən incidir. Nə isə gözləməməli. Gözlədiklərimiz sevginin metafizikasını dağıdır. Onun sehrli tərəfini sadələşdirir. Sıradan edir.

Sevginin genetikası dəyişir. Hər şey kimi o da indi daha təəccüblü, daha həyəcanlı olur. Sevginin bütün rənglərini ağ köynəyimizə bulaşdırmalı.

Biz isə hələ də küçədə qucaqlaşa, öpüşə, bir-birimizi oxşaya bilmirik.

# 6402 dəfə oxunub

Oxşar xəbərlər

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
#
#
# # #