news-inner
clock17:20 calendar-gray 09 Dekabr 2019 view-gray1162 dəfə oxunub
view-gray1162 dəfə oxunub

Ərini zəhərləyib öldürən qadın - Əlilliyi olan aktyorların tamaşası

Kulis.az Samirə Əşrəfin "Oyun" teatrının “Solğun sevgilər” tamaşasından yazısını təqdim edir.

Bəzən küçədə, metroda və digər yerlərdə fiziki məhdudiyyətli insanlarla rastlaşanda qeyri-ixtiyari baxışlarımızı onlardan yayındırır, nəzərlərimizi müxtəlif səmtlərə yönəldirik. Sağlam insan kimi fiziki məhdudiyyətli insanları görmək bizdə müəyyən diskomfort yaratmaqla yanaşı, həm də gizlin, lap dərinlərdə bir utanc hissi də əmələ gətirir. Ürəyimizin ən dərin qatlarında onların da bizim kimi sağlam olmamasından utanırıq. Onların fiziki məhdudiyyətlə doğulmalarında bizim heç bir günahımız olmasa da, bu məhdudiyyət bizi narahat edir, gündəlik göz vərdişimizə zərbə vurur.

Bu cür insanlarla rahat ünsiyyət qurmağın, onlara sağlam insanlar arasında özlərini rahat hiss etdirməyin bircə yolu var. Fiziki məhdudiyyəti olan insanları cəmiyyətin lap içərilərinə dəvət etmək, cəmiyyətin digər sağlam fərdləri ilə maneəsiz ünsiyyət qurmalarına rəvac vermək, sosial-mədəni həyatımızda onların bacarıqlarından maksimum istifadə etmək lazımdır.

Bu baxımdan noyabrın 6-da Abdulla Şaiq adına Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyun” teatrında peşəkar aktyorlarla yanaşı həm də müxtəlif yaş qrupundan olan fiziki məhdudiyyətli insanlarla tamaşa hazırlanması təqdirə layiq idi.

Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanan tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət Nazirliklərinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gallery

Əsər tam modern və müasir formada hazırlanaraq təqdim olunsa da rejissor tamaşanı əsərin dramaturgiyasına zərər vurmadan müasir çalarlarla həll etməyə nail olmuşdu. Pyesdəki obrazlar və situasiyalar olduğu kimi qalsa da, qəhrəmanlar bu günlə səsləşən platformadan çıxış edirdilər. Mobil telefonlar, diskoteka əhval-ruhiyəsindəki musiqilər, aktyorların geyim və davranışları bu günə uğurlu adaptasiyası ilə diqqəti cəlb edirdi.

Eyni əsərin bundan əvvəl paytaxtın müxtəlif teatrlarında klassik üslubla hazırlanmasından fərqli olaraq səhnədən çıxış edən obrazlar müasir dünya ilə ayaqlaşır, özlərini əsərdəki kimi on doqquzuncu əsrdə yox, iyirmi birinci əsrin düz ortasında hesab edə bilirdilər.

Əsərin əsas qəhrəmanları Sara (Elnarə Hacıyeva) və Pəri (Günay Əhməd) bacıdırlar. Saranın anası rəhmətə gedəndən sonra atası Gülnisə adlı qadınla evlənir. Bu evlilikdən onların Pəri adlı qızları doğulur. Lakin illər keçəndən sonra Gülnisə ərinin var-dövlətini ələ keçirmək üçün ərini zəhərləyib öldürür. Saranı isə sevgilisi, həm də əmisi oğlu Bəhramdan (Türkay Cəfərli) ayıraraq öz qızı ilə evləndirir. Hadisələrin istiqaməti bundan sonra pis məcraya yönəlir. Sara xəstəlikdən və qəmdən vəfat edir. Bəhram Pərini qətlə yetirir, özü isə havalanır. Bəhramın günahları və vicdanı ilə baş-başa qaldığı məqamlarda Vicdan (Zümrüd Qasımova) aydın diksiyası, qətiyyətli ifası ilə diqqəti cəb edə bilirdi. Zümrüd Qasımovanın əlil arabasındakı fiziki məhdudiyyətli uşaqla rəqsi isə xüsusi istedad tələb edən səhnələrdən biri idi.

“Oyun” teatrının səhnə tərtibatında Sara təhsilli və modern qızdır. Bacısı Pəri isə ondan fərqli olaraq günün çoxunu barlarda, diskotekalarda, gəzintilərdə keçirir. Bəzən evə səhərə yaxın sərxoş vəziyyətdə qayıdır.

Gallery

Rejissor bu kimi məsələləri klassik əsərin içərisində çox rahatlıqla əritməyi bacarmaqla yanaşı həm də bu günün problemlərinə işıq tutur. Qızların erkən yaşda qaranlıq gecələrdə məhv olmasına işarə edir, eyham vurur. Bəhramdan ayrılandan sonra Saranın özünə iş axtarması da xeyli aktual mövzudur.

Beləliklə dünya praktikasında klassik əsərlərin dekonstruksiyası və yeni formatlarda təqdim olunması “Solğun sevgilər” tamaşası ilə bizim teatr səhnəmizdə də yenilik hesab oluna bilər.

Aktrisa Günay Əhməd birmənalı şəkildə tamaşanın ən parlaq simalarından biri idi. Pəri obrazının dolğunluğundan yararlanan aktrisa bütün potensialını səfərbər edərək obrazın öhdəsindən məharətlə gəlməyə çalışdı. Hətta bir aktrisa üçün tələb olunandan da artığını etməyə nail oldu. Biçimli fakturası ilə səsləşən Sara obrazı Günay Əhmədin yaradıcılığına özünə məxsusluq gətirdi desəm yəqin ki, yanılmaram. Sara obrazının ifaçısı aktrisa bu obrazı üçün doğru seçim idi. Obrazın faciəsini dəqiqliklə hiss edən aktrisanın digər aktyorlarla yaratdığı tandem uğurlu alınırdı. Aktrisa Ülviyyə Əliyeva Gülnisə obrazı üçün nisbətən cavan olsa da, hikkə və eqonun sintezi vasitəsini gücləndirərək öz rolunu tamaşaçıya qəbul etdirməyə nail olurdu. Bəhram obrazının ifaçısı Türkay Cəfərli isə ən uğurlu seçim idi. Aktyorun səhnə fakturasından, səs diapazonundan dəqiqliklə istifadə olunmuşdu. Aktyorun rol üzərində xırdalıqlara vararaq işlədiyini ifasından hiss etmək, duymaq olurdu.

Gallery

Rejissorun tamaşaya əlavə etdiyi obrazlarda xüsusi ilə fiziki məhdudiyyət olan ifaçılardan bir neçəsinin adlarını vurğulamağı özümə borc bilirəm. Tamaşaçı tərəfindən ən çox alqışlanan Azad rolunun ifaçısı Xəqani Əliyev ifası ilə insanları riqqətə gətirməyi bacarırdı. Pərini sevən Azad ondan öz sevgisinə heç bir qarşılıq ala bilməsə də sevgisini qəlbində yaşatmağa davam edir. Bardan sərxoş halda evə gətirdiyi qadını divana uzadır, yuxuya gedən Saranın üstünü adyalla örtür, sonra isə onun yanağından, dodağından yox, məhz biləyindən öpüb gedir. Tamaşaçıya çox böyük təsir göstərən bu və digər səhnələrin musiqi həllini uğurla yerinə yetirən Vüqar Camalzadənin musiqi seçimləri uğurlu alınmışdı.

Sara ilə Bəhramın ayrılmasından sonra Cahangir Cahangirovun “Aylı gecələr” əsərindən istifadə olunması həmin səhnənin effektli olmasını xeyli gücləndirməklə yanaşı, əsərin ab-havasına, atmosferinə kökləyə bilirdi. Məhz həmin anda tar alətinin səsini eşitmək həm də, Cəfər Cabbarlı yaradıcılığını simvolizə edirdi.

Fiziki məhdudiyyəti olan aktyorlar Nazlı Əliyeva, Rəsul Məmmədli, Taleh İsmayılov, Aysel Əlizadə, Səma Məmmədova və digərləri tamaşadakı boşluqları doldururdu.

Gallery

Tamaşa bitən zaman təzimə çıxan aktyorların ayaq üstə alqışlanması, xüsusi ilə də fiziki məhdudiyyəti olan ifaçılar üçün sərf olunan bravo sözləri bir daha sübut edirdi ki, Səidə Haqverdiyeva xeyli ağır yükü çiyinlərinə götürməklə, həm də onun öhdəsindən məharətlə gəlməyə nail olmuşdu.

Oxşar xəbərlər

Xəbər lenti

Əlindəki çapıqları göynədir spirt - Sevinc Elsevərin karantin şeirləri
21:00 06 Aprel 2020
Məşhur rejissor karantinə görə filmi evində çəkdi
20:00 06 Aprel 2020
Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı
19:21 06 Aprel 2020
Kəpənək ömrü - Sevinc Nuruqızından yeni hekayə
18:39 06 Aprel 2020
Məşhur musiqiçi də koronavirusa yoluxdu
18:01 06 Aprel 2020
Virus dövrü ədəbiyyatı - Varis yazır
17:19 06 Aprel 2020
Bakılı "peyğəmbər"i şillələyən Hacı Əbdül - Mirmehdi Ağaoğlu yazır
16:42 06 Aprel 2020
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
16:02 06 Aprel 2020
Ayətül-kürsü koronavirusa kömək eləyir? - Bakıda qeyri-adi “təcili yardım” zəngləri
15:12 06 Aprel 2020
Bu videoya baxsanız, virusa yoluxmazsınız - Video
14:30 06 Aprel 2020
"İş qayğılarından müvəqqəti azad olmuşuq" - Azər Paşa Nemətov
13:42 06 Aprel 2020
Boş küçələrin hüznü – Səhər Əhməd yazır...
13:01 06 Aprel 2020
Rafiq Tağının anası vəfat etdi
12:11 06 Aprel 2020
Zalımı zalım edən məzlumdur
11:40 06 Aprel 2020
Karantinin ən ağır günü - Bircə yazır..
11:01 06 Aprel 2020
Məşhur müğənni yatağa düşən şairəyə baş çəkdi - Foto
10:20 06 Aprel 2020
Hacı Əbdül: "Böyük övladım balacasından əlli yaş böyükdür" - Müsahibə
10:00 06 Aprel 2020
"Lolita" filmində rol alan aktrisa vəfat etdi
09:30 06 Aprel 2020
Süleyman Rəhimovun oğlu: “O itki atamın belini sındırdı” – Müsahibə
08:50 06 Aprel 2020
Ərini gözləyən qadın - Ruslan Mollayevdən hekayə
15:30 05 Aprel 2020