writer1

Oğuz Ayvaz

Məqalə sayı

136
clock11:28 calendar-gray 27 Noyabr 2019 view-gray3357 dəfə oxunub
view-gray3357 dəfə oxunub

Uşaq pulunun gətirdiyi xoşbəxtlik

Uşaq vaxtı məhəllədə “qadağan olunmuş” yerdə futbol oynayırdıq. Meydanın sağındakı binada bir kişi yaşayırdı. Heç kimi yox idi, çox qorxulu sifəti vardı. Uşaqlar ondan it kimi qorxurdu.

Bir dəfə top necə oldusa, evinin pəncərəsinə dəydi. Birdə gördük ki, əli çomaqlı üstümüzə gəlir. Hamı qaçdı. Top ortada qaldı. O əsəbi halda topu götürüb cibindən bıçaq çıxartdı. Hamımız bu səhnə qarşısında donub qaldıq. Top partlayan an uşaqlar qəfil ağladı. İndi də haradasa bir uşaq ağlayanda qulağımda futbol topu partlayır.

90-ların uşaqları kimi deyə bilərəm ki, bizlər çox şey istəməzdik. Futbol oynamağımız üçün bir top, dondurma, bir də bulkalar bizi xoşbəxt etməyə bəs edirdi. Hər dəfə uşaq pulu gələndə atıla-düşə anamızın arxasına düşər, 1-2 “məmməd”lə günlərimizi keçirdərdik.

Yadıma düşür, ayın əvvəli olan kimi anamın üzündə çiçək açardı. Çöhrəsinə yayılan işıq seli balalarına da köçərdi. “Uşaq pulu gəlib, gedəyin götürək.” – deyərdi anam. Üç uşaq, əl-ələ verib anamızın yanı ilə atıla-düşə gedərdik. Küçədə “snikers”in, “bakkuş”un xəyalını qurar, sevinərdim. Qardaşım isə anama tez-tez deyərdi: “mənə maşın alarsan, mənə velosiped alarsan, mənə ən yekə dondurma alarsan”. Anam da bizə baxıb gülümsəyərdi. Uşaq pulu balaca bir ofisdə verilirdi. Həmişə də növbə olar, gözləməkdən bezərdik. Belə olanda qardaşım, anamın əlini dartışdırar, bulka istədiyini deyərdi. 2000-ci ilin əvvəllərində verilən uşaq pulu, səhv etmirəmsə 10, ya da 15 “məmməd” idi. O dövr üçün “məmməd” yaxşı pul sayılırdı. Amma uşaq pulu üçün çox az, həddindən artıq az pul idi. Di gəl, anam o pulu elə həmin gün bizə xərcləyərdi. Aldığı azuqələr də bulka, şokolad, meyvə suyu, portağallar... Bir də hərəmizə karamelli dondurma alardı. Pulun azlığı biz uşaqları heç düşündürməzdi.

Uşaq pulu məsələsi hər dəfə gündəmə gələndə “Şərikli çörək” filmini xatırlayıram nədənsə. Müharibə, uşaqlar, çörək növbəsi...

Atamın "Qonquz Pop-art” adlı silsilə hekayələri var. O hekayələrin girişinə belə yazıb: "Oğlum Oğuzun doğuluşuna”. Qısa, körpə boyda hekayələrdi. Mən o hekayələrin varlığından atam öləndən sonra xəbər tutdum. Vərəqlərin içində həmin "Oğlum Oğuzun doğuluşuna” cümləsinə rast gəldik. Bəzən, sənə qaynar bir şey toxunanda geriyə çəkilirsən ha, mən o cür oldum və həmin xırda hekayələrdə öz körpəliyimi gördüm. Bir də fikirləşdim ki, yəqin, atam bu hekayələri mənim hər gün saatlarla ağlamağım hesabına yazıb. Anamla yuxusuz qaldığı günləri gözümün qabağına gətirdim. Təsəvvür elədim ki, dayanmadan ağlayıram, anam qucağına götürüb məni sakitləşdirməyə çalışır, atam da masanın kənarında oturub yuxusuzluqdan qabağına vərəq qoyub və o hekayələri yazıb. O hekayələr mənim ağlayışımdan dünyaya gəlmişdi.

Yazıma Nazim Hikmətin misraları ilə son qoyuram:

Dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne
allı pullu bir balon gibi verelim oynasınlar
oynasınlar türküler söyleyerek yıldızların arasında
dünyayı çocuklara verelim
kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi
hiç değilse bir günlüğüne doysunlar

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020
Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
13:30 30 Mart 2020
Günəmuzd işləyənlərin ölümlə rəqsi
12:44 30 Mart 2020