Kamal Abdullanın yeni romanı bu gün təqdim olunacaq

Kamal Abdullanın yeni romanı bu gün təqdim olunacaq
2 dekabr 2019
# 11:17

Bu gün saat 18-də Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanının imza günü və təqdimatı keçiriləcək.

Yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti"ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: "Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa Səyyah risalə yazmaq üçün "Sirri-Xuda"dan yox, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və b. sirlərinə bələd olmağı, onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz çıxaracaqsınız və Kamal Abdullanın sirli-sehrli yaradıcılığından həmişə olduğu kimi, bu dəfə də həzz olacaqsınız. Bu kitab Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsidir".

Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.

Roman "Azərnəşr"də işıq üzü görüb.

Qeyd edək ki, "Sirlərin sərgüzəşti" müəllifin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox", romanlarından sonra sayca dördüncü romanıdır. Əsərin iki fəsli bir müddət əvvəl "Ədəbiyyat qəzeti"ndə çap olunub.

Fotoğraf açıklaması yok.

# 2767 dəfə oxunub

Oxşar xəbərlər

XI Bakı Beynəlxalq Kitab Sərgisində 41 xarici təşkilat iştirak edəcək

XI Bakı Beynəlxalq Kitab Sərgisində 41 xarici təşkilat iştirak edəcək

15:40 16 sentyabr 2025
Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

15:20 16 sentyabr 2025
"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
Azərbaycan bu yarışdan imtina etdi

Azərbaycan bu yarışdan imtina etdi

14:20 16 sentyabr 2025
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

14:15 16 sentyabr 2025
Siyavuş Novruzov:  "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"

Siyavuş Novruzov: "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"

12:37 16 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər