writer1

Elçin Hüseynbəyli

Məqalə sayı

65
clock16:15 calendar-gray 17 Oktyabr 2019 view-gray811 dəfə oxunub
view-gray811 dəfə oxunub

Haqqımı mənimsəyən İmdat Avşar

Sayğılı dostlar, oxucular. Sizə təqdim olunan bu yazı 2015-ci ilin mayında yazılıb və altında tarix də göstərilib. Amma o zaman qıymadım. Arada xətir-hörmət var deyə.

Hörmətli dostum və doğrudan da Azərbaycan ədəbiyyatının Türkiyədə təbliğatçısı (bu məsələdə, yəqin ki, mənim yardımımı danmaz) “525-ci qəzet”ə müsahibə verib (16.10.19) və 4,5 il əvvəl olan məsələyə münasibət bildirib, “Qarabağ hekayələri” layihəsinin ona məxsus olduğunu deyib və bəndənizin haqqını növbəti dəfə danıb. Elə ona görə də həmin yazını, nöqtə-vergülünə dəymədən dərc eləməyi məqsədəuyğun saydım...

17.10.2019

Elçin Hüseynbəyli

Haqqımızı mənimsəyənlər

İmdat Avşara və Qənirə Paşayevaya sayğılarla...

Əslində, susmaq olardı. Və bəzən ali həqiqətlər naminə susmaq olar, amma yalan danışmaq qəbahətdir.

Bu müdrik deyim bəndənizə məxsus deyil. Mən sadəcə onu xatırlatdım..

Keçək sözümün mustafasına...

Qarabağ naminə olan hər şey, hər aksiya, tədbir, əsər bizim xeyrimizədir. Razıyam. Türkiyədə nəşr olunan “Qarabağ hekayələri” kitabının ərsəyə gəlməsində əməyi olanların hamısına təşəkkür edirəm. Siz də, eləmi?

Amma burda bir nöqsan var. Bəziləri buna dartışma, ya da dava deyərdi. Mən demirəm. Yəqin siz də, eləmi?

Onda həqiqəti söyləyəlim.

“Qarabağ hekayələri” “Qarabağı tanıdaq” şüarı altında çapı nəzərdə tutulan üç kitabdan birincisidir. Bura 30-a yaxın azərbaycanlı yazarın hekayələri daxildir. Onun ardınca Qarabağla bağlı seçmə poeziya və publisistikanın da nəşri nəzərdə tutulurdu. Keçmiş zamanda ona görə danışıram ki, bu layihənin davamının olub-olmayacağını bilmirəm. “Qarabağı tanıdaq” bir layihədir. Haradan bilirəm? Açıqlayım. Dostlar, iş burasındadır ki, o layihənin ideya müəllifi və Azərbaycan tərəfdən rəhbəri mənəm. Əslində, hər iki tərəfdən rəhbəri mənəm.

Sadəcə, İmdat Avşar Türkiyəni təmsil etdiyindən və tərcümə olunan əsərlərin hamısı, bir tərcüməçi kimi onda olduğundan, eləcə də Türkiyə ərazisində görüləcək işləri boynuna götürdüyündən layihə rəhbərlərindən biri kimi onu seçdik. Bunu həm mənə yaxın adamlar, həm də məktubla rəsmi müraciət elədiyim qurumlar bilir: Mədəniyyət və Turizm Nazirliyi və Xaricdə yaşayan Azərbaycanlıların işi üzrə Diaspor Komitəsi. Özü də bu kitabların sonradan başqa dillərə də tərcüməsi nəzərdə tutulurdu.

Gözləyirdik. Gözləyirdik ki, ara sakitləşən kimi pul ayrılar və layihəni həyata keçirərik...

Və qəfil bir xəbər: Qarabağ hekayələri çap olundu. Çox əcəb. Təbriklər. Amma bu kitabda əməyi olan, yəni hekayələrin toplanmasında, layihənin hazırlanmasında iştirak edən dostlardan biri (ədəbi cameə onu yaxşı tanıyır) zəng edir ki, bu mühüm xəbərdə iki çatışmazlıq var. Birincisi, sənin adın, layihə rəhbəri kimi orada yoxdur, ikincisi, kitab müəllifləri kimi başqalarının adı göstərilib.

Söhbət adda deyil, dostlar. Ad heç nəyi həll eləmir. Söhbət haqqdadır...

Baxıram kitabın üz qabığında İmdat Avşar və hörmətli millət vəkilimiz Qənirə Paşayevanın adı göstərilib. İmdat Avşar layihənin Türkiyə üzrə koordinatoru və tərcüməçisidir. Qənirə xanım isə maliyyələşdirəni. Hər halda sonuncu məlumatı mənə İmdat Avşar verib.

Bəli, dostlar, mənim kitabı maliyyələşdirməyə pulum yoxdur, əvəzində ideyalarım var.

Mən Qarabağ naminə görülən işlərin hamısını alqışlayıram. Siz də, eləmi? Amma haqqımın, ya elə başqalarının haqqının mənimsənilməsinə göz yuma bilmərəm.

Kitabda adı keçən, yəni təşəkkür ünvanlarından biri mənə qəribə bir söz dedi: “Başa düşmədim, mənə niyə təşəkkür ediblər, mənim ki, orda heç bir rolum olmayıb”.

Başqa bir dost isə qınadı ki, belə şeylərə baş qoşmayım. Qoşmazdım da, əgər “Bəs mənim adım layihənin harasındadır?” sualıma İmdat bəyin qəribədən də qəribə cavabı olmasaydı: “Qardaş, sən pul tapa bilmədin, ona görə də pul verənin adını layihəyə yazdım”.

İmdat Avşarla məni hansı tellər bağladığını tanıyanlar bilir. Onu açıqlamaq fikrim yoxdur.

Bəziləri qınayıb deyəcəklər ki, nə böyük iş olub? Bilirsiniz, İkinci Dünya müharibəsi zamanı tanınmış yəhudilərdən biri (bəlkə də alman olub) belə bir etiraf edib: Biz qapının gözlüyündən baxırdıq. Adamların evlərindən çıxarılıb aparılmasına susurduq. Amma düşünmürdük ki, bir vaxt bizim də arxamızca gələcəklər.

Nə zamansa sizin də haqqınızı oğurlaya bilərlər, dostlar. Bəlkə də artıq oğurlayıblar. Çünki kitabın müəllifləri yerində başqalarının adı yazılıb. Lütfən, kitabın üz qabığına da, içinə də diqqətlə baxın.

Mən baxdım, siz necə, dostlar!?

May 2015

Paylaş

REKLAM

Yazarın digər yazıları