news-inner
clock15:31 calendar-gray 02 Oktyabr 2019 view-gray1532 dəfə oxunub
view-gray1532 dəfə oxunub

Yarışmaya göndərilən yeni mətnlər

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Şəhriyar Del Gerani

Eşqə dair

Qucaqlayıb yatınız içinizdəki uşağı,
əlindəki oyuncağı,
ömrün üfüqlərində görünən günəşli günləri,
sevgili gələcək yaxını,
hər nəyi, hamını...

Dimdikləri bərkiməmiş quşları da,
sizə atılan daşları da.
Hələ-hələ qış görməmiş ağacları,
yaz gəlməmiş çiçəkləri,
ağlanmamış gecələrdə yaş dəyməmiş balışları.
Siz ey bu şeiri oxuyan gözəlim hamı:
Həyata oxşayan hər nə ki var, qucaqlayın.
Səadət - həm də qucaqlaya bilməkdi ən uzağındakı adamı...


***

Cəmilbəyli Cəmil

Hüpotütarizm

Başqasını da sevmə,
Mənə qıymadığın ürək
bir özgənin olsun istəmirəm.
Təsəvvürü belə dəli eləyir adamı,
Mən tutmadığım əli bir özgəsi tutsun,
Qoxusunu ciyərlərimə
çəkə bilmədiyim saçlarını bir özgəsi oxşasın,
Yox, tanrı qəlbinə sevgi salmasın sənin.
Mənim baxmadığım gözlər
özgə üzə xal salmasın,
Mənim olmayan bu məhəbbət
bir özgənin də olmasın.
Ürəyinin qapısını bağlı saxla həmişə,
Bir yerlərdə itirsin açarını,
tapmasın kimsə.

Mənim üzümə bağladığın qapını qoru,
Açmaq, girmək istəyən eşq, sevgidirsə.
Bəlkə bir gün elçi düşər qapınıza,
Gəlin köçərsən bir ocağa.
Gedəcəyin evin daşına, divarına nifrət elə,
Sevmə onun gətirdiyi çiçəkləri,
Zibil yeşiyinə boşalt alınan nə varsa.
Çörək istəyəcək səndən,
çay süzəcəksən ona,
Bişirdiyin xörəklərə sevgi,
dəmlədiyin çaya telinin ətrini qatma.
Əlinin izi qalmasın pencəyinin yaxasında,
Hər səhər işə yola salanda da
gülümsəmədən, uzaqdan-uzağa.
Bir də bəlkə bir səhər
gülüşü istədi göydə günəş,
Bəlkə bir öpüş istədi toy şəkillərin səndən.
Gülüşünü onunla
açdığın səhərin günəşinə,
Mənə qıymadığın isti
öpüşünü toy şəkillərinə qıyma.
Mənim olmayanı qazanan kimdirsə,
O kim olacaqsa,
Hər nəyin varsa ver ona,
Çayını, çörəyini, özünü də..
Bircə sevgini vermə.
Bir ömür onun ol,
heç nə demirəm,
Amma sevmə.
Qoy desin ki,
Allahın ən daş qəlbli bəndəsidi,
Qoy desin ki,
sevgidən bir hərf də qanmır.
Nə bilim, bəlkə də sərt,
qaraqabaq biri olacaq o.
Həyatdı, hər şey biz istəyən kimi olmur,
Bəzən olmayacaq dediklərimiz olur.
Məsələn mən, artıq alışıram,
dözə bilmərəm dediyim sənsizlik dəqiqələrinə.

Sevinc Məmmədova

Sahilə bir arzu yazdım,
dalğa onu alıb getdi.
Arzularım, istəklərim,
məni məndən çalıb getdi.
Qısqandımı görən dəniz?!
Quma dəyən əllərimi,
Yoxsa külək tumarlayan,
meh oxşayan tellərimi?
Şaxə qalxdı gur dalğalar –
çalxalandı, nərildədi aslan təki
Atdı-tutdu arzuları, ayrı saldı kəlmələri.
Sakitləşdi, dalğa yatdı.
Qürrələndi...

Qürrələndi kəlmələrin ahəngini pozdu deyə,
Alovlanan işıq saçan arzularım söndü deyə.
Elə sansın...

O istəklər, o arzular ölən deyil!
Ağuşunda asanlıqla sönən deyil!
Çarpışacaq, vuruşacaq dalğalarla.
Çırpılacaq, qanayacaq qayalarda.
Amma yenə var olacaq!!!
Gələcəyə ümidi var...

Qərq olacaq, sularına qarışacaq
Susmayacaq!!!
Hənirtiylə, dalğaların sədasıyla
O, cahana səs salacaq,
Var edəcək sahibinin ümidini!!!
Güldürəcək!!! Arzuları puç sanarkən
gerçək olan ümidsizin gözlərini...


***


Pərviz Axund

Ürək çıxır yadımdan

Gözəl gözlüm, gözün aydın, çox yorğunam, durğunam,
Əzbər bildiyim nə varsa, tək-tək çıxır yadımdan.
Nəyinki ürəyimdəki doğma, yaxın adamlar,
Elə olur, inan mənə, ürək çıxır yadımdan.

Son gedişlə nə hallara düşürmüsən, bax, məni,
Ta keçibdi, indən sonra daşdan-daşa çax məni.
Bəlli deyil bu yalqızlıq nə cür vuracaq məni,
Sinə gərib dayanmışam, kürək çıxır yadımdan.

Ola bilsin... Uzaq başı... Mətləb üstə gəlmirəm,
Özümə əzab verirəm, yəni sənnən əlbirəm.
Mənimki Sizif dərdidi, su yığmaqdı xəlbirə;
Ovcumda qovut tutmuşam, külək çıxır yadımdan.

Su yığıram xəlbirə ki, deyim sənnən əlbirəm,
İndən sonra... Çox yorğunam... Mətləb üstə gəlmirəm.
Tənhalığın tutmaları haçan tutur, bilmirəm,
Ha deyirəm ayıq olam gərək - çıxır yadımdan.

Bu yandan da sevdiklərim tək-tək çıxır yadımdan,
Hərdən olur, gözəl gözlüm, ürək çıxır yadımdan.


***


Elkin Kərimli

Güclü külək əsir, güclü qar yağır...

Yamaq pərdələrdən baxıram çölə,
Güclü külək əsir, güclü qar yağır.
Kiminin başına sevinc, səadət,
Kiminin başına acılar yağır!

Bunu mənim kimi, kim bilə bilər,
Sobanın hisində oturmaq nədir ?!
Dünənki xörəyi qızdırıb bugün,
Suyuna çörəyi batırmaq nədir ?!

Qırıq pəncərələr, qırıq qapılar,
Nəm qoxan otağı demirəm hələ.
Dizi döşəmədə sürtünüb çıxan,
Ağlayan uşağı demirəm hələ.

Susuram, tanrının böyüklüyünə,
Daha danışmıram, daha dinmirəm.
Mən də uşaq vaxtı çox sevinərdim,
İndi qar yağanda heç sevinmirəm!

***

Eyyub Xəyal

Dünyanın Ən Tənha Yeri!

Kimsəsiz bir uşaq gördüm küçədə
Baxdım ki, həyatın lap başındadır
Dedi, işləyirəm gündüz, gecə də
Mənim uşaqlığım yüz yaşındadır

Anamın, atamın ən yadıyam mən
Yaradan unudub, itirib məni
Soyuq küçələrin övladıyam mən
Küçələr dünyaya gətirib məni

Düşündükcə fikir yaxır adamı
Şəhvət gəncliyinin itmiş anıyam
Əsla tanımadım ana-atamı
Ötəri hislərin həzz qurbanıyam

Körpəliyim acdı, gecə yatmadı
Anam oldum hərdən, gah da ki,atam
Tanrının da əli yərə çatmadı
Əlimi uzadam, əlindən tutam

Demişdi, şeirdən məni silərsən
Özümdən öndəyəm, səndən geriyəm
Yalnızlıq istəsən mənə gələrsən
Dünyanın ən səssiz, tənha yeriyəm

***

Mətin Qarayev

Taleyin sonuncu şamıdır bu gün
Ölüm badəsini qaldırır qoca.
Gözləri parıldar ulduzlar kimi
Göylərdə ulduztək sayrışır qoca.

Qocanın əlləri titrəyir biraz
Badənin titrədən bu əllərdimi?
Keçirib boğazdan ölüm qurtumun
Özünə sağlıq deyə bilərdimi?

Ölüm də qorxudur qocanı hərdən
Verməyə sonuncu nəfəsi gəlmir.
Ömrünün yüzüncü yaşında belə
Onun ölməyə həvəsi gəlmir.

Budur, artıq can verir qoca
Uçur bədənindən ruhu göylərə.
Sanki bir anlıq keçdi gözündən
Bir nəzər yetirdi ötən günlərə.

Ah, dünya, bir canı aldın beləcə
Bircə yaş gəlmədi sənin gözündən.
Ruhu 15 yaşında olan o qoca
Göylərə yüksəldi bu yer üzündən.

***

Firəngiz Manafova

Qapı kimi sənəd

Bəzi eşqlər yaşanmaz,
Qapılar arxasında
qapı kimi sənədləri var deyə
Davam edər qaranlıq, sevgisiz otaqlarda.
Qapıların ardında olana baxmaq olmaz,
Ailəyə qarışmaq çünki bizə yaraşmaz.
Qapı kimi sənəd varmı? Var.
Qapı da varmı?
Tamamdır.
O ailələrdə uşaq da doğula bilər,
belə cümlələrdə:
Ər sevər də,döyər də"
- göyərmiş bir üz ilə-
Sillə ilə, söz ilə.
Deyər bir bədbəxt qadın talehiylə barışmış.

Qapı kimi sənədə və bağlı bir qapıya
Aldanıb satılanda
Kaş dönüb bir baxaydı,
o qaranlıq otaqdan
Yoxsulluğu sevgidən o var dolu otaqdan,

Bir az xəbər alaydı.
Qapıda ki, nə qapı...

Girişi var, çıxışsız..

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

news-inner-user
Bir Şeir

23 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021
Xətai Akvarel Qalereyasından maraqlı tədbir
15:01 22 İyun 2021
Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür
14:10 22 İyun 2021
Azərbaycanlı rejissor vəfat etdi
14:01 22 İyun 2021
Mədəniyyət Nazirliyində seçkilər keçiriləcək
13:19 22 İyun 2021
Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt
12:37 22 İyun 2021
Vandamın qudası niyə gündəm olur? - Mətbuatın sirri
12:01 22 İyun 2021
Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021