“Bir şeir” yarışmasına əsərlərin qəbulu başladı – Mətnlər

“Bir şeir” yarışmasına əsərlərin qəbulu başladı – Mətnlər
18 sentyabr 2019
# 14:01

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən şeirlərdən nümunələr təqdim edir.

Rahim Yüsübov

Söylə neynir can yoldaşım ?!

Söylə neynir can yoldaşım,
Nur üzündən gülüşləri,
Qısqanc-qısqanc deyişləri
Azalıbmı, itibmi
Mənsiz həyat onun üçün

Yox olubmu bitibmi.
Yoxsa xoşdur bu gün ona
Hər ürəyin sevgisi,
Yoxsa bilmir mənəm ona
Sevgisinin hərisi.
Düşündükcə ağarır,
Ağardıqca saçım başım,
Söylə neynir can yoldaşım?!

Söz dalğamı yetir ona
çırpın o sərt qayalara,
ləpələrlə bildir ona.
Keçmir ömür, keçmir həyat,
Qəflətdən sən onu oyat!
De ki mən bir bağ

sən isə gülüm,
həsrətdir sənə torpağım, daşım.
Söylə neynir can yoldaşım ?!

Zülmət otaq birdə şəm,
içki, siqar budur nəşəm.
Hər saatım, hər anım
özü ilə qəm gətirir.

Bağlıdır hər cığırı,
sənə gələn yolların.
Bir tək qalan xatirədir,
onunladamı vidalaşım ?!

Söylə neynir can yoldaşım?!
Bir bilsən gözəlim,
həyat necə sıxdı məni.
Yalqız gördü, tək gördü

amansızca yıxdı məni.
səsləndikcə arxadan
yetmədi ünüm sənə.
Çırpındıqca sözlə dolu
ürək dedi sağollaşım.

Son oldu nəfəsi, son oldu sözü
Söylə öldü can yoldaşın !


***

Elməddin Laçınlı

Ömrüm

Qaranlıq otaqda yanan şam kimi
Hər an damla-damla əriyir ömrüm.
Dizləri tutulmuş bir insan kimi
Sürünə-sürünə yeriyir ömrüm.

Çığırır səsinə hay verəni yox,
Oxu var atmağa yay verəni yox,
Yetimdir sevgidən pay verəni yox
Hönkürür ağlayır, kiriyir ömrüm.

Dindirir kamanın-tarın simini
Ovudur tarimar olan qəlbini.
Elə bil dünyanın bütün qəmini
Qatıb qabağına kürüyür ömrüm.

Gizlənir alnımın qırışlarında
Yorulur yolların yoxuşlarında.
İslanır payızın yağışlarında
Bahar günəşində quruyur ömrüm.

Boy atıb ulduza-aya çatsa da
Nə xeyri, gövdədən çürüyür ömrüm?!

***

İlham Rəsul

Səfillər padişah


Otağım çirk tutub...
Siçovullar yoldaşım..
Biraz bəxtsiz adamam,
özümə düşdü daşım.

Oboyum rütubətli,
ciyərim vərəm.
Otağımdan fərqli
hara gedə bilərəm?

Deyirlər ki kobudam,
xətir-hörmət bilmirəm.
Bunu deyənlərdən də
xətir-hörmət görmürəm.

Üzə dedim səhvlərin,
sən demə ki qələtdir.


Bu dostlara baxanda,
ölüm yaxşı sənətdir.
Çəkilmişəm bir küncə,
hüznüm candan pay alır.

***

Sahib Nazimhikmətoğlu

Tənhayam

Yenə də tənhayam yenə boş otaq,
Elə bil kimisə gözləyirəm mən.
Sevgilim qapıdan girəcək sanki,
Həsrətlə qapını izləyirəm mən.

Xəyallar dolanır başımın üstə,
O, qızın səsi də qulağımdadır.
Yeganə səs salan kiçik saatdır,
O, məni tək qoymur otağımdadır.

Mən özüm-özümdən küsmüşəm yenə,
Ürəyim yamanca xətrimə dəyib.
Həsrətin atəşi yandırıb məni,
Əyilməz qəddimi bu sevda əyib.

Bir qədər düşünüb kədərlənirəm,
Göz yaşım gözümdən inciyib gedir.
Düşür yanağımla aşağı bir-bir,
Sonra da quruyub öznü məhv edir.

İstəklər dükənir, arzular solur,
Bir anda bu dünya gözümdən düşür.
Mən canım dediyim canımı alır,
Qəlbimdə bu sevda gözümdən düşür.

Yazdığım şer də maraqsızlaşır,
Dediyim hər misra gözümdən düşür.

# 6445 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

13:10 8 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər