“Güllələnmiş heykəllər” ziyarət edilib

“Güllələnmiş heykəllər” ziyarət edilib
18 sentyabr 2019
# 15:30

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bu heykəllərin öz tarixi vətəninə - Qarabağa qayıdacağı günün uzaqda olmadığını söyləyib: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq. Var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin. Bu heykəllərinin burada müvəqqəti olaraq qoyulması Azərbaycan xalqının bu şəxsiyyətlərə ehtiramı ilə yanaşı, bütün dünyaya ermənilərin necə vəhşiliklər törətdiklərini bəyan edir”.

Vurğulanıb ki, mədəniyyət, incəsənət ölməzdir və xalqın yaddaşında həmişə əziz tutulan və nəsildən-nəslə keçən bir əmanətdir. İncəsənət xadimləri, mədəniyyət işçiləri onu yaxşı dərk etməlidirlər ki, bu gün Azərbaycanın əsas silahı məhz mədəniyyəti və incəsənətdir. Onlar bu silahdan həmişə səmərəli istifadə etməlidirlər. Azərbaycanın mədəniyyəti, incəsənəti inkişaf edəcək, dünyaya haray salacaq, bu işdə həm Bülbülün, həm Natəvanın, həm də dahi Üzeyir bəyin obrazları bizə güc verəcək.

Sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın büstləri önünə güllər düzülüb, xatirələri hörmətlə anılıb.

# 4482 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Sunal ad gününü niyə qeyd etmirdi?

Kamal Sunal ad gününü niyə qeyd etmirdi?

13:47 3 iyul 2025
Keyt  Middlton  “qorxunc təcrübə” sindən danışdı

Keyt Middlton “qorxunc təcrübə”sindən danışdı

13:13 3 iyul 2025
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

13:00 3 iyul 2025
"Dəli Kür"ün "Mələy"i:  "Qızı olan ana ərə getməz" - Müsahibə

"Dəli Kür"ün "Mələy"i: "Qızı olan ana ərə getməz" - Müsahibə

12:51 3 iyul 2025
Dövlət Kukla Teatrı “Sirli dolça”nı təqdim edəcək

Dövlət Kukla Teatrı “Sirli dolça”nı təqdim edəcək

10:55 3 iyul 2025
Seyid Cəfər Pişəvərinin “Qızıl səhifələr” inin yeni nəşri

Seyid Cəfər Pişəvərinin “Qızıl səhifələr”inin yeni nəşri

10:50 3 iyul 2025
#
#
# # #