news-inner
clock09:00 calendar-gray 06 Avqust 2019 view-gray1035 dəfə oxunub
view-gray1035 dəfə oxunub

Ulucay Akif: “Qızlar mənə nə gəldi yazır” – Müsahibə

Kulis.az “Səni deyirlər” rubrikasından gənc şair Ulucay Akiflə müsahibəni təqdim edir.

- Deyirlər, Ulucay Akif Səmədin kölgəsində qalıb?

- Akif Səməd elə şair, elə şəxsiyyətdir ki, bütün şairlər onun kölgəsində sərinlənə bilər. Mən də daxil. Hətta Akif Səməd özü də öz kölgəsində sərinlənir. Bu məni narahat etmir. Sevinirəm, fəxr edirəm. Və Akif Səmədlə mənim yaradıcılıq baxımından tamam fərqləndiyimiz üçün hər dəfə müqayisə etmək də düzgün deyil.

- Bəs atanı ortabab şair adlandıranlara sözün nədir?

- Akif Səmədi ortabab şair adlandıran adam görməmişəm. Onun bizim ədəbiyyatdakı yeri mübahisəsiz bəllidir.

- Atan ənənəvi şairdi, sənsə yenilikçi, heç ona qarşı çıxmaq istəmisən?

- Atam ənənəvi üslubda şedevrlər yaratmış şairdir. Ənənəvi üslubda yazıb şedevr yarada bilməyənlərə etiraz edərəm mən. Azərbaycan cəmiyyəti, şairləri Akif Səmədin şeirlərinin dərinliyinə heç yarıya qədər enə bilməz. Mən ənənəvi üslubda yazılan dayaz şeirləri bəyənmirəm.

- Məncə, atanı bütləşdirirsən, heç bəyənmədiyin tərəfi yoxdur?

- Mən atamdan yox, şair Akif Səməddən danışıram. Məncə, ölkədə və ədəbiyyatımızda bütləşdirilən yetərincə adamlar var. Atamın isə bəyənmədiyim tərəfi var idi, bəli. Həyata məsuliyyətsiz yanaşırdı. Yəqin bu da əsl şairlərə xas bir xüsusiyyətdir.

- Deyirlər, Ulucay qeyri-ciddidir, çılpaq fotolarını paylaşır, qızlara nə gəldi yazır…

- Köynəksiz şəkillərə çılpaq deyirlər yəqin. Dənizdən, ya idmandan şəkil paylaşanda əynimdə köynək olmur və bu normaldır. Qızlara nə gəldi yazmıram, qızlar mənə nə gəldi yazır. Qaldı ki, bir oğlanın qıza yazmağından daha normal, daha təbii nə var ki? Bizim cəmiyyət kişiyə yazan “kişi”ləri, yəni cinsi azlıqları qınamaz, hətta müdafiə edər, amma qadına yazan kişiləri qınayar. Çox gülməli və ağlamalı bir haldır. Mənim 24 yaşım var e. Qeyri-etik və düzgün olmayan heç nə etmərəm. Arvad-qız məsələləri ilə məni qaralaya bilməzlər. (gülür)

- Bu yaxınlarda “skrin”lərin ortaya çıxdı. Hətta bir xanım səni məhkəməyə verəcək dedilər...

- “Skrin”lərin mənə aid olmadığını dedim. Nə məsələ idisə guya məni “biabır” etməyə çalışırdılar ki, o “skrin”lərdə də heç utanılacaq bir şey yox idi. Sadəcə mənim adıma yalandan nələrsə etmələri məni bir az əsəbiləşdirdi. Hamısını da necə lazımdır başa saldım. Üzrlərini istədilər. Mən də “Bağışladım, dur get” deyib yola verdim.

Sosial şəbəkələrdə insanların yazdıqlarına fikir verməmək lazımdır. Görüşəndə hamısını bir yolla başa salmaq olur. Hamısı ilə də görüşəsi deyiləm ki. Yeni kitabımın imza gününə gəlib görüşər görüşmək istəyənlər.

- Bəs məhkəmə işi necə oldu?

- Hə, bir nəfər məni polisə verib. Ona nalayiq söz işlətdiyimi və hədələdiyimi iddia edərək. Çox böyük olmasa da nalayiq ifadə işlətmişəm, amma o sözə və daha artığına layiq olub. Düz eləmişəm. Təhdid isə etməmişəm.

Hələ ki, bölməyə çağırılmamışam. Görüm nə olacaq. Bu da bir maraqdır da həyatımıza qatılır... (gülür)

- Deyirlər Ulucay “qlamur” şairdi. Necə olur “qalmur” şair?

- Deyənlərdən soruşaydın da. Ulucay “qlamur” deyil, sadəcə məni onlardan fərqləndirən bir şey var ki, onlar bunu bəyənmirlər məndə. Mən yaşamağı bacarıram. Öz həyatımı yaşamağı, öz qaydalarımla yaşamağı bacarıram. O “deyənlər” bunları bəyənmirlər məndə.

- Deyirlər, Ulucay Akif “Xalqın Şairi”ndə məğlub olmağı bacarmadı...

- Məğlub olmağı heç vaxt sevməmişəm. Mənə görə bu çox normal haldır. Bir az tez coşan adamam. Həm də ki, məğlub olmağı bacarmayıb nə etdim ki? Mənim üçün həmin yarış elə müsabiqədə də qaldı. Nə bir yazı yazdım o yarışmaya aid, nə bir cümləlik paylaşım etdim. Məni qətiyyən narahat etmədi.

- Bu yaxınlarda Dostoyevskinin şəhəri Sankt-Peterburqa getdin. Səfər təəssüratların necədi? Rus cəmiyyəti, mədəniyyəti xoşuna gəldi?

- Peterburq dünyanın ən möhtəşəm şəhərlərindən biridir. Etiraf edirəm ki, bu şəhər İstanbuldan daha gözəl təəssürat bağışladı mənə. Bəlkə də bu orada yaşayan insanların xarakteri və təbiəti ilə də bağlıdır. Çox sakit, çox mədənidirlər. 10 gün orada qaldım, bir dənə qışqırıq eşitmədim, yüksək səs tonu ilə danışan adam görmədim.

Avtobus dayanacaqlarında növbə mədəniyyəti, teatrların qarderobu qarşısında belə sıraya duran adamlar, işıqforların sözündən qətiyyən çıxmayan adamlar.

Mənə görə ruslar dünyanın ən möhtəşəm millətlərindən biridir. Onlara həmişə böyük simpatiyam olub və Peterburq mənə yanılmadığımı sübut etdi. Mədəniyyətin nə olduğunu görmək üçün rusların cəmiyyətində olmaq kifayətdir.

Mədəni və tarixi məkanların hər biri haqqında isə bir ayrıca yazı yazacam. Belə danışmaqla izah olunmaz.

- Deyirlər, Ulucay Peterburqa rus qızlarıyla tanış olmaq üçün getmişdi...

- Ümumiyyətlə, bu qızla tanış olmaq üçün nəsə etdiyimi deyənlərə də gülməyim gəlir. Gitara ilə məşğul oluram, deyirlər “qızla tanış olmaq üçün...”, futbolla, ya digər idman növləri ilə məşğul oluram, deyirlər “qızla tanış olmaq üçün...”, şeir yazıram, yenə deyirlər “qızla tanış olmaq üçün edirsən”.

Adam bir özünə baxar, bir də mənə. Mənim qızla tanış olmaq üçün xüsusi nəsə etməyə ehtiyacım var? Adam qız üçün özünü ədəbiyyat adlı bəlaya salar heç?

Həmin adamların özləri qızla tanış olmaq üçün nəyəsə ehtiyac duyurlar deyə, elə bilirlər hamı nəyisə qızla tanış olmaq üçün edir.

- Axı şairlər üçün qadınlar önəmlidir. Yeseninin, Nazim Hikmətin nə qədər sevgililəri olub. Bəlkə sən də özünü onlara oxşatmaq istəyirsən?

- Mən hələ qadınlar haqqında tam danışacaq yaşda deyiləm. Danışanda daha çox qızlar haqqında danışıram. Heç nəyi özümü kiməsə oxşatmaq üçün etmərəm. Sadəcə gülməli olan insanların şairlərin üstünə qadın-qız məsələləri ilə gəlməyə çalışmasındadır.

- Niyə mətnlərinlə yox, bu cür söhbətlərlə diqqət çəkirsən?

- Azərbaycanda mətnlə çox kiçik bir kütlənin diqqətini çəkmək olar. Bizdə mütəmadi şəkildə bədii ədəbiyyat mütaliə edən 2-3 min adam var, ya yox. Qalanları məktəb vaxtlarından bir-iki şairin adını əzbərində saxlayan adamlardır. Ədəbiyyat ilə həqiqətən maraqlanan adamların diqqətini mətnlərimlə çoxdan çəkmişəm. Digər məsələlər ilə diqqət çəkməyim isə məni sevindirir. Mənimlə bağlı ən kiçik, ən lazımsız və mənasız söhbətlər belə ölkənin gündəminə çevrilir. Deməli insanlar üçün əhəmiyyətli və maraqlıyam. Buna niyə sevinməyim ki? Şair təkcə yaradıcılığı ilə maraqlı olmamalıdır insanlara.

- Deyirlər, Ulucay tez-tez gündəmə gəlmək istəyir, şöhrət qazanmaq istəyir. Pelevin də deyir ki, tez gələn şöhrət ölüm kimidir...

- Gündəmə gəlmək kimi məqsədim olmur. Yaşıma görə yetərincə şöhrət də qazanmışam. Bu mənim üçün xüsusi bir şey deyil. Ölüm haqqında isə “yaşamayan” adamlar düşünür. Mən yaşayıram və ölüm məni narahat etmir.

- Ulucay, digər gənc şairlərə, yazarlara baxanda sən daha çox həyat dolu, pozitivsən. Bu pozitivliyin səbəni nədir?

- Ən böyük səbəbi həyatın mənasızlığını dərk etməyimdir. Biz bu dünyaya öz istəyimiz olmadan gəlirik və istəsək də, istəməsək də öləcəyik. Mən də nələrinsə dərdini çəkirəm, fikir edirəm, amma etiraf etmək lazımdır ki, biz bir növ oyuncağıq. Oyuncaqların üzülməsi, nəyisə dərd eləməsi isə çox absurd olar. Sadəcə gözəl yaşamağa çalışmaq lazımdır.

- Barmen, ofisiant işləmisən. Yenidən o cür işlərdə işləmək istəyirsən? Nə var axı bu yazı-pozuda?

- Fərqli və maraqlı şeylər yaşamaq üçün bu işlərdə işləmişəm. Hətta heç bir maddi ehtiyacım olmasına baxmayaraq qabyuyan da işləmişəm. Ona görə kimsə mənim lovğa olduğumu deyəndə təəccüblənirəm. Mən sadəcə özünə güvənən biriyəm.

Yenidən o cür işlərdə işləmərəm, çünki mənə lazım olan hissləri və hadisələri yaşadım. Fərqli işlərdə bəlkə çalışaram.

Yazı-pozunun başını buraxmaq isə Adil Mirseyidin şeirində dediyi kimi asan olsaydı, buraxardım.

Ədəbiyyatı həm çox sevirəm, həm də məni narahat edir. Paradoksal mövzudur ədəbiyyat.

- Deyirlər, Ulucay “Ədalət” qəzetinə gələndən qəzet bir az da dirçəldi...

- Mən hələ “Ədalət” qəzetindəki fəaliyyətimdən razı deyiləm. Hələ təhsil yorğunluğundan tam çıxmamışam deyə bütün gücüm və potensialım ilə işləyə bilmirəm. Boş-boş məsələlər də bir tərəfdən imkan vermir. Ümid edirəm payızdan hər şey daha möhtəşəm olacaq.

- Aqil Abbasla necə yola gedirsən?

- Aqil Abbas mənim tanıdığım ən sanballı kişilərdəndir. Bəzən mənim ona “əmi” deməyimi səmimi qəbul etməyənlər olur, amma mən Aqil Abbasdan başqa heç kimə “əmi” deməmişəm. Heç kimə də yaltaqlanmaram. Aqil Abbasa olan münasibətim sırf onun xarakteri ilə bağlıdır.

Yola getmək deyəndə isə. Məncə, sən özün də yaxşı bilirsən ki, onun kimi xeyirxah, ədalətli və yardımsevər adamların sayı çox, lap çox azdır. Sevinirəm ki, ölkəmizdə belə sanballı və həqiqəti deyən kişilər var.

news-inner-user
Oğuz Ayvaz

178 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020