news-inner
clock14:14 calendar-gray 29 İyul 2019 view-gray315 dəfə oxunub
view-gray315 dəfə oxunub

Məni öldürənin adı nədir?

Kulis.az Şəhla Aslanın “Avropalılardan fərqimiz” məqaləsini təqdim edir.

Molladan soruşurlar ki, kefin necədir? Deyir ki, necə olacağam, qoca kişiyəm də! Deyəndə ki, əşi, qocalığı boynuna alma, Mollanın cavabı belə olur. “Mən boynuma almadım, özü gəlib oturdu boynumda, heç məndən soruşmadı ki, razısan, ya yox".

İndi bu “Avropaya inteqrasiya" deyilən də elə o "qocalıq" kimi, istəsək də, istəməsək də gəldi oturdu boynumuzda. Yerişimiz, geyimimiz, danışığımız, yeməyimiz evimiz, fikrimiz, zikrimiz... Yox, yox bircə fikrimiz düşüncəmiz Avropalaşmasın!

Bircə anda biz min illik, milyon illik qaydalarımızdan əl çəkib onların adətlərini qəbul edə bilmərik. Bax, elə götürək ailə münasibətini. Bizdə valideyn işdən çıxan zaman evə tələsir, ailənin yığılmasını gözləyir, birlikdə yemək yeyir, dərd-sərlərini bölüşürlər. Onlarda isə iş qurtardı, məsələ bitdi. Hər kəs gedir restoranda yeyib-içir, hardasa dincəlir, uzaqbaşı yatanda evə gəlir, öz açarı ilə otağını açıb, girib yatır.

Bizdə övlad böyüyəndə valideyn onunçün toy edir, evləndirir, bir müddət qayğısına qalır. Onlarda övlad istəyəndə evlənir və bu zaman heç valideyinin xəbəri də olmur. Saymaqla qutarmaz, bir sözlə, bizdə nə varsa, onun əksi Avropadadır. Düzdür, bizdən bəzi yaxşı şeylər öyrəniblər, amma çox azdır bunlar. İndi də işi belə qurublar ki, biz onlar kimi yaşamalı, köhnə vərdişlərimizi tərgitməliyik.

İşin ən pis tərəfi odur ki, inteqrasiya sürətlə daxil olur ölkəmizə. Bir az televizorla, bir az məişət avadalıqları ilə, bir az avtomobillə, çox-çox kompüterlə nə bilim nə ilə, nə ilə...

Təki düşüncəmiz avropalaşmasın!

Bəziləri deyir, inteqrasiyada məqsəd elə düşüncə tərzini dəyişməkdir. Mən isə inanmıram. Həm istəmirəm, həm də arxayınam, inanmıram ki, biz ingilis kimi düşünək. Elə götürək mobil telefonda danışıq qaydasını. Biri götürüb zəng edir sənə. Əlinin işini buraxıb hövlnak açırsan telefonu. Danışır, danışır, bir dəqiqə, beş dəqiqə, 20 dəqiqə... Sən demə, bunun nğmrəsində pulsuz dəqiqə varmış. Özü avaradır, səni də avara edir işindən.

Yaxud da, tərsinə, vacib bir iş üçün zəng edirsən kiməsə, "adboy" verir, zəng edirsən "adboy" verir, axırda özü yığır ki, güya sənin puluna qıymır, centlimenlik edir. Əşşi, sən mənə bir “alo" de, bir-iki qəpiklik hörmətin lazım deyil. Qoy mən sənə deyə bilim ki, məni öldürənin adı nədir, ya nəisə başqa bir kəlməni çatdıra bilim!

Göründüyü kimi, biz ingilis kimi düşünə bilmirik…

Başqa bir misal:

İndi televizorlar yüzlərlə kanalı göstərir. Bunu icad eləyən avropalılar fikirləşiblər ki, hərə öz zövqünə uyğun olanı axtarıb tapsın, ona da baxsın. Amma biz türklər bütün kanalları alt üst edirik, müasir bir şey, ingilissayağı kino, musiqi, şou və s. tapırıq, oturub gözümüzü zilləyirik ora. Ay balam, özünə uyğun, şeylərə bax da! Axı onsuz da sən onların verilişlərinə baxmaqla onlar kimi olmursan, bir az oxşaya bilərsən! O toyuq ördək, qaz məsələsini bilirsən də!..

Yox, biz elə qoca Türklərik, elə o cür də qocalacağıq. Dəyişmə qorxusu yoxdur!

Onlarda da yaxşı cəhətlər ola bilər. Allahdır da, heç kəsdən payını əsirgəməyib. Hər millətə yaxşı bir cəhət verib. Götürək, elə o bir yaxşı cəhəti də qoyaq türkün min dənə yaxşı cəhətlərinin üstünə! Buna razıyam. Day, avropalı maşın icad eləyib, indi bizə də gəlib çatıb o maşından, bu o demək deyildir ki, işə hərə öz maşınını minib getsin, axşam da evə gətirsin. Özü də elə bil döyüşə, müharibəyə-zada gedirlər iraq. Tanka oxşayır maşınların çoxu. Amma yapon, atası rəhmətlik velosipedlə gedir işə. Həm idmandır, həm təmizlikdir, həm də qənayət! Özü də yapon işində nələr eləyir, türk nələr? Nahar fasiləsində bir məmurun yediyini 100 nəfər çinliyə versən, bəs eləyər, hələ evinə də aparar artığını! Əə, pulun çoxdur, çoxdur da, day özünü niyə öldürürsən bu qədər tıxmaqla? O qədər yeyib-içirsən ki, day axşama qədər ağırlıqdan fısıldayıb, fısıldayır, iş görə bilmirsən!

Day bunun harası oldu qlobollaşma? Yox, bu bizdə adətdir! Belə yaşamışıq, belə də yaşayacağıq. Bu barədə narahatlığım, qorxum yoxdur!Mənim qorxum avropalılar üçündür. Axı onlarda yaxşı adətlərin çoxusunu bizdən götürüblər! Qədimdən-qədim türk öz mədəniyyətini, elmini onlara pay verə-verə bu günə gəlib çıxmışdır. Düzdür, avropalılar bizdən çırpışdırdıqlarının bəzilərini yaxşı qoruyublar, inkişaf etdiriblər. Bəzilərini də dəyişdiriblər, yəni, zayını çıxardıblar. İndi onların bəzi çatışmazlığına fikir verirəm, onlara yazığım gəlir. Deyirəm ki, indi o yazıqlar hardan öyrənəcəklər gözəl adətləri? Əvvəllər gözləri bizdə idi, indi biz deyirik ki, biz də sizə oxşayacaqıq. Bəs onlar nə eləsinlər? Barı onları düşünək, onlara yazığımız gəlsin. Deyirəm özümüz heç, özümüz öyrənəcəyik, qiyamətə qədər yaşayacağıq, bunu Dədə Qorqud deyib; biz itib-batmayacağıq!

Amma, avropalılara görə öz adətlərimizi, düşüncə tərzimizi dəyişməyək ki, o yazıqlar heç olmasa bir yaxşı adət bizdən öyrənsinlər! Necə ki, min illərdir öyrənirlər…

Oxşar xəbərlər

Xəbər lenti

Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri
21:01 18 Fevral 2020
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18:56 18 Fevral 2020
15 yaşlı aktrisa dünyasını dəyişdi
18:50 18 Fevral 2020
Yeni sevgilisi ilə yataq otağımda görüşdülər – Cəlil Cavanşir yazır 18+
18:12 18 Fevral 2020
İblis içimizdə ölən Allahdı - "Hz. İsanın Quranı" haqda
17:38 18 Fevral 2020
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
17:00 18 Fevral 2020
"Ulutürkün Təbrizi" filmi təqdim olunacaq
16:22 18 Fevral 2020
Cem Yılmaz evlənir
15:48 18 Fevral 2020
Ermənilərin oğurladığı müasir mahnılarımız - Siyahı - Video
14:56 18 Fevral 2020
Aktrisadan müğənni Elnarəyə sərt sözlər: "Belə küftəbaşlar..."
14:05 18 Fevral 2020
Xalq artistimiz Avstriyada mükafata layiq görüldü
13:26 18 Fevral 2020
Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu
12:49 18 Fevral 2020
Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı
12:10 18 Fevral 2020
Məşhur iranlı drijor Musiqili Teatrda
11:40 18 Fevral 2020
Din insanı necə oğurlayır? – Filosof yazır...
11:15 18 Fevral 2020
Keçmiş sevgilisi Hollivud ulduzlarının terapevtini öldürdü
10:39 18 Fevral 2020
Rasim Qaraca 60 yaşını qeyd edir
10:17 18 Fevral 2020
Bu çayın suyu lilli... - İsi Məlikzadənin hekayəsi
08:55 18 Fevral 2020
Son anda adı dəyişən 10 şedevr roman
21:00 17 Fevral 2020
Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq
19:27 17 Fevral 2020