writer1

Eminquey

Məqalə sayı

10
clock12:20 calendar-gray 23 İyul 2019 view-gray291 dəfə oxunub
view-gray291 dəfə oxunub

Dostoyevskinin, Çexovun, Tolstoyun nəvələri...

Babamdan sonra nə yaza bilərəm ki?!

Fyodor Mixayloviç Dostoyevskinin nəvəsi Aleksey Dostoyevski Peterburqda yaşayır. Universitet məzunu olmasına baxmayaraq, tramvay sürücüsü işləyir. Eyni zamanda yaratdığı rok qrupunda gitarada ifa edir. Dostoyevski kimi böyük bir yazıçının nəvəsi, görəsən, niyə əlinə qələm alıb nəsə yazmır? Aleksey bu suala belə cavab verib: "Yazıçı olmaq üçün istedad və həvəs lazımdır. Bu isə məndə yoxdur. Olsa belə, babam Fyodor Dostoyevskidən sonra nə yazmaq olar ki?!".

Televiziya ulduzu Tolstoy

Lev Nikolayeviç Tolstoyun nəvəsi, 1971-ci ildə doğulan Fekla Tolstoya Rusiyada çox tanınmış bir adamdır. O, televiziya ulduzudur. Filologiya ixtisasının məzunu olan Fekla 4 dil bilir. Bundan əlavə, rejissorluq təhsili də alıb. Universitet illərində ofisiant, aktyor, qəzetçi kimi bir-birindən fərqli işlərdə özünü sınayıb. Müxtəlif mədəniyyət verilişlərinin kamera arxasında işlədikdən sonra Fekla öz TV verilişinin aparıcısı olub. Tolstoyların bir qismi nəvə Feklanın seçdiyi sənəti dəstəkləyir, amma bəziləri onun akademik karyerasından uzaqlaşıb şou dünyasının parçasına çevrilməsinin onların nəslinə utanc gətirdiyini düşünür. O isə bütün bunlara belə cavab verib: "Bu qədər böyük bir dünyada tanınmış bir ailənin parçası olmaq çox gözəldir, amma adamın çiyinlərinə çox ağır məsuliyyətlər yükləyir. Bəzən də seçimlərinin qarşısında maneəyə çevrilir. Nə edim? Bu da mənim seçimimdir".

Puşkin ilə Qoqol qohum oldu

XIX yüzildə dünya ədəbiyyatının iki nəhəngi - Puşkini "Yüzbaşının qızı", Qoqolu isə "Bir dəlinin xatirə dəftəri" romanları ilə xatırlayarıq. Yaxşı, bəs, bu iki nəhəng heç düşünərdimi ki, 200 il sonra nəvələri evlənəcək və iki nəsil qohum olacaq? Qoqolun bacısı Yelizavetanın oğlu ilə Puşkinin nəvəsi evləndi və iki yazıçı qohum oldu.

Basketbol müəllimi Qorki

1868-1936-cı illər arasında yaşayan məşhur yazar Maksim Qorkinin "Ana" romanını, yəqin ki, oxumayan yoxdur. Qorkinin bu gün Moskvada yaşayan nəvəsi babasının adını daşıyır: Aleksey Peşkov.

Peşkov, uşaqları və gəncləri narkotikdən qorumaq üçün bir kitab hazırladı. Ancaq yazar olmağı yox, basketbol müəllimi olmağı seçdi.

Bulqakovun vəfalı ögey nəvəsi

1891-1940-cı illər arasında yaşayan, rus ədəbiyyatının dünyaya qazandırdığı qara mizahçı Mixail Afanasyeviç Bulqakovu "Master ilə Marqarita", " Molyer" kimi əsərləri ilə tanıyırıq. Bulqakovun iki həyat yoldaşından heç birindən uşağı olmadı. İkinci həyat yoldaşının oğlu Sergey Şilovkini öz doğma oğlu kimi sevirdi. Bütün mirasını oğluna vəsiyyət elədi. O da öz uşaqlarına. İndi də yaşayan ögey nəvəsinin adı Sergey Şilovskidir. Şilovski Peterburqda babasının adına yaradılan muzeyin başçısıdır. Bulqakovun kitablarının çapı və film çəkilməsi ilə bağlı layihələrlə də özü maraqlanır.

Çexovun saxta nəvəsi

Rus televiziyasında Anton Çexovun soyadını istifadə edən seks ulduzunun əsl adı Saşa Korçunovadır. O, haqqında yaydığı "Çexovun nəvəsi" şayiələri ilə məşhur oldu. Rus kanallarının birində "Anfisa Çexova ilə seks" adlı verilişini Anton Çexov görsəydi, buna gülərdimi, ağlayardımı, bilmirəm. Amma bir həqiqət var. Ki, Anton Çexov rus ədəbiyyatının ulduzu, saxta nəvəsi Saşa Çexova isə rus televiziyasının ən cazibədar ulduzudur. /edebiyyatqazeti.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bunları etsəniz milyon qazanacaqsınız - Məsləhətlər
21:00 13 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır...
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019
Bakıda fotosərgi açılıb
14:45 13 Noyabr 2019
“Oğlum bilir ki, anası əxlaqsız olmayıb” – Fədayə Laçın
14:00 13 Noyabr 2019
Xalq rəssamı: "Vəzifəlilərlə dostluq edə bilmirəm" - Müsahibə
13:20 13 Noyabr 2019
Mirzə Cəlilin qohumları Azərbaycana gəlir - İlk dəfə
12:47 13 Noyabr 2019
Mən indi heç kiminəm, de görüm, sən kiminsən?... - Elnaz Eyvazdan Şeirlər
12:05 13 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri elan olunacaq
11:33 13 Noyabr 2019
Feministlər kinoteatrı dağıtdılar
11:12 13 Noyabr 2019
Tanınmış aparıcı aktrisa anasını belə təbrik etdi - Fotolar
10:50 13 Noyabr 2019
Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək
10:00 13 Noyabr 2019
İngiltərədə yaşayan azərbaycanlı şair: “Gizli təşkilat yaratmışdıq” - Müsahibə
08:55 13 Noyabr 2019
Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019