Uşaqları öldürən, morqda işləyən, xərçəngə qalib gələn yazıçılar... - 10 İnanılmaz Fakt

Uşaqları öldürən, morqda işləyən, xərçəngə qalib gələn yazıçılar... - 10 İnanılmaz Fakt
22 noyabr 2019
# 12:10

Kulis.az yazıçılar haqda 10 ən maraqlı faktı təqdim edir.

1. Lomonosov Elmlər akademiyasında işləyərkən dəfələrlə alman alimlərinə hücumlarına görə, qalmaqallı davranışlarına görə, ölüm cəzasına məhkum edilib. Hökm ləğv olunub, Lomonosovu isə üzr istəməyə məcbur ediblər.

2. Yanan gəmidən xilas olmaq istəyərkən Turgenev qadınları və uşaqları itələyirmiş. Hətta matrosu satın almağa çalışırmış. Sonralar o, bu hərəkətindən utanıb və peşmanlığını “Dənizdə yanğın” oçerkində təsvir edib.

3. Krılovun tənbəlliyi və pintiliyi dillərə dastan imiş. Bir gün onu hansısa ziyafətə-Maskarada çağırırlar. Təmsil ustası onu maskarada dəvət edənlərdən hansı kostyumda gəlməli olduğunu soruşur. “Siz, İvan Andreyeviç, yuyunun, saçınızı darayın gəlin. İnanın ki, bu görkəmdə heç kim sizi tanımayacaq”.

4. Mayakovski durğu işarələrini sevmirmiş. Onu harada qoymalı olduğunu daima qarışdırırmış. Bəzən də ümumiyyətlə nöqtə, vergül qoymurmuş. Onun pilləkən şeirləri də bu qramatik bilgisizliyindən yaranıb.

5. Viktor Hüqo dadlı yeməkləri o qədər çox sevirdi ki, onun haqqında zarafatla deyirdilər: “Təbiət 3 böyük mədə yaradıb: ördəyin, köpək balığının və Viktor Hüqonun”. Hüqonun yeməklərə olan sevgisi nəvəsi Florian Hüqoda təzahür edir - Florian məşhur aşpazdır.

6. Həyat yoldaşı Puşkindən ən az 10 sm hündür olduğu üçün Puşkin ziyafətlərdə daim ondan aralıda dayanırdı. Amma bir yandan da bu şairin əleyhinə işləyirdi.

7. Heminquey iki avtoqəza keçirib, dəri xərçənginə qalib gəlib, malyariya, hepatit, diabet və qan zəhərlənməsindən qurtulub, sonda 62 yaşına az qalmış özünü gülləylə vurub.

8. Qabriel Qarsia Markes “100 il tənhalıq” romanının ekranlaşdırılmasına formal olaraq qadağa qoymayıb. Sadəcə olaraq, kitabın bütünlükdə çəkiləcəyi halda ekranlaşmaya icazə verilib. Həm də il ərzində xronometrajı 2 dəqiqə olan 1 hissə çəkilə bilər. Bununla kitab 100 ilə çəkilər.

9. Nigaha vicdanı təmiz, şəffafca qədəm qoymaq istəyən Tolstoy toydan əvvəl gəlinə öz şəxsi gündəliklərini oxumağa verib. Gündəlikdə olan pozğun əlaqələr, azart oyunların təsviri haqda xatirələr Sofya Alekseyevanın nəinki toyunu, qalan həyatını da cəhənnəmə çevirib.

10. İosif Brodskiy ədəbi karyerasına başlamazdan əvvəl morqda köməkçi, ocaqçı, matros və tərcüməçi işləyib.

# 9573 dəfə oxunub

Oxşar xəbərlər

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

15:45 3 mart 2026
Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

15:30 3 mart 2026
"Onlar heç 50 il yaşamadı, mən 88-ə çatmışam..." - Yazıçılarımız özünü necə hiss edir?

"Onlar heç 50 il yaşamadı, mən 88-ə çatmışam..." - Yazıçılarımız özünü necə hiss edir?

15:15 3 mart 2026
"Müsəlman milli şurasının da üzvləri ermənilər idi..." - Manaf Süleymanov haqqında

"Müsəlman milli şurasının da üzvləri ermənilər idi..." - Manaf Süleymanov haqqında

14:46 3 mart 2026
“Nizami Gəncəviyə 100 məktub”  adlı müsabiqə elan olundu

“Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olundu

13:07 3 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər