Zibillikdən yığdıqlarıyla qonaq qarşılayan varlılar

Zibillikdən yığdıqlarıyla qonaq qarşılayan varlılar
8 iyul 2019
# 11:22

Təsəvvür edin ki, evinizə qonaq çağırırsınız, amma marketə gedib ərzaq almaq əvəzinə zibilliyə gedib oraları eşələyir, qonaqlıq üçün tədarük görürsünüz.

Gülməli səslənir, deyilmi?

Amma nə qədər qəribə olsa da, belə insanlar var.

Həm də onlar dilənçi-filan deyillər, evi, malı-mülkü olan adamlardır.

Həm də Afrika ölkələrində deyil, gözəl yaşayışı ilə öyünən Amerika Birləşmiş Ştatlarında. Elə mərkəzi şəhərlərin birində.

Əlbəttə ki, məsələnin ölkənin iqtisadi vəziyyətiylə əlaqəsi yoxdur, məsələ insanın fərdi istəyindədir.

Bu adamlar kifayət qədər təmin olunmuş da ola bilərlər, ən bahalı marketdən ərzaq almaq onlar üçün problem olmaz.

Amma onlar marketdən alış-veriş etməyi israfçılıq bilirlər. Ona görə zibilliklərdən yemək toplayırlar.

Bu adamlar o qədər xəsisdirlər ki, aylıq büdcələrinin heç bir hissəsini də normal ərzaqlara sərf etmək istəmirlər.

Amerikada çəkilmiş sənədli filmlərin belə qəhrəmanlarından biri Nellidir. Nelli şirkətlərin birində işləyir, maaşı bir ailənin aylıq ərzaq, geyim, xəstəxana və s. məsrəfləri ödəyir.

Amma Nellinin dəhşətli xəsis damarı var. O damarı tutanda bircə dollar da güzəştə getmək istəmir.

Növbəti qonaqlıqdan qabaq Nelli marketin qarşısındakı zibilliyə baş çəkdi. Marketdə vaxtı keçmiş ərzaqlar bu zibilliyə tullanır. İşçilər çalışırlar ki, zibilləri qutulara atarkən səliqəli davransınlar.

Amma Nelli üçün fərqi yoxdur. Onsuz da ona xas olan “bacarıqla” yaxşı ərzaqların harda “gizləndiyini” bilir. Tezcə vaxtı keçmiş hazır paketləri zibil qutularından çıxarır.

“Nə olsun ki, vaxtı keçib. – Nelli deyir. - Bir-iki günlə heç nə olmaz. Belə ərzaqlardan o qədər yemişəm ki.”

Nelli axşam yeməyi üçün bağlı paketdə vetçina, donuz piyi, sosiskalar da “təşkil edir”. Əlbəttə ki, desert də yaddan çıxmır. Bir sellofan torbanın içində üst-üstə atılmış tort qutularını tapır. Bir az əziliblər, amma olsun. Dilimləyib süfrəyə qoyanda heç bilinməyəcək, - deyə öz-özünə deyir.

Nellinin qonaqlığı pis keçmir. Qonaqlara təqdim etdiyi şam yeməyi hətta qonaqların xoşuna da gəlir. Desert bir az əzilmiş olsa da, dadı da onları qane edir.

“Beləcə, bircə dollar sərf etmədən qonaqlığı yola verdim”, - deyə Nelli ziyafətin sonunda öyünür.

Başqa bir qadın da Nellinin günündədir. O da xəsislər kraliçası hesab oluna bilər. Bu qadının övladları evlidir, özü isə sevgilisi ilə yaşayır.

Sevgilisini də qənaətə öyrədib. Məsələn, tualet ehtiyacları üçün unitazdan deyil, şüşə butulkadan istifadə edirlər. “Tualet avadanlıqları xarab olmasın deyə belə edirik”, - qadın deyir.

Övladları üçün ziyafət təşkil edən qadın şam yeməyi üçün yaxınlıqdakı zibilliyə baş çəkdi. Hazır kartof qızartması, tərəvəz və salatlar olan paketləri marketin zibilliyindən çıxaran qadın əldə etdiyi qənimətdən razı halda qayıtdı.

Desert tədarükü üçün isə bir başqa zibil qutusunda eşələnməli oldu. Qadının qismətinə bütöv bir tort çıxdı. Yəqin ki, vaxtı keçdiyi üçün zibilliyə atılmışdı.

Həmin axşam qadın övladları, nəvələri ilə maraqlı gün keçirdi. Yeyib-içib şənləndilər. Düzdür, tortun dadı qonaqların çox da xoşuna gəlmədi. Yəqin ki, xeyli köhnəlmişdi. Amma bu kiçik qüsur qadının kefini pozmadı. Əsas odur ki, bir dollar belə xərcləmədən qonaqlığı yola verdi.

Belə görünür ki, Amerikada yaşamaqları bu xəsis insanların qüsurlarının üstünü örtüb. Əgər başqa bir ölkədə yaşasaydılar, yəqin ki bəxtlərinə zibillikdən uzaq başı qarpız qabığı, quru çörək, çürümüş meyvələr-filan çıxacaqdı, onunla da nə qonaqlıq yola verəsən...

# 2402 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #