“YUĞ” “Novruz” Festivalında çıxış edir

“YUĞ” “Novruz” Festivalında çıxış edir
7 iyun 2019
# 13:48

Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Novruz” türkdilli xalqların teatr festivalında iştirak edir.

“YUĞ” Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqisi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir. Səhnə əsərində rolları Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov canlandırırlar.

Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə iyunun 8-dək davam edəcək XIV Novruz festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları da daxildir. Festivalda Rumıniyanın “Nottara” teatrı da Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edir.

Tamaşalar Kazan şəhərinin 7 müxtəlif teatr səhnəsində nümayiş olunur.

Novruz festivalının əsas məqsədi türkdilli xalqların teatrları arasında qarşılıqlı əlaqələri möhkəmləndirməkdir. Bu festival ilk dəfə 1989-cu ildə SSRİ Teatr Xadimləri İttifaqının qərarına əsasən Almatıda keçirilib. SSRİ dağıldıqdan sonra bir müddət keçirilməsə də, 1998-ci ildən Tatarıstan Respublikasının təşəbbüsü ilə bərpa olunan “Novruz” festivalı artıq Kazan şəhərində keçirməyə başlayıb. Hazırda iki ildən bir keçirilən “Novruz” postsovet məkanında keçirilən ən yaxşı festivallardan sayılır. /azertag.az/

# 2826 dəfə oxunub

Oxşar xəbərlər

"Füyuzat”  dərgisinin 147-ci sayı işıq üzü gördü

"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü

18:14 4 mart 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

18:10 4 mart 2026
"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

17:40 4 mart 2026
“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

17:30 4 mart 2026
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

17:24 4 mart 2026
Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

16:27 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər