writer1

Samirə Əşrəf

Məqalə sayı

143
clock11:52 calendar-gray 01 İyun 2019 view-gray896 dəfə oxunub
view-gray896 dəfə oxunub

O bir Sevdadır...

Elə adamlar var ki, onlar haqqında bəzən aylarla, illərlə susmaq, ona olan sevgini qəlbində aram-aram gəzdirmək, yaşatmaq lazım gəlir. Onun haqqında da hər zaman susmağa üstünlük vermişəm. Amma bu gün ondan bəhs etmək, yazmaq istəyirəm.

Sevda Sultanova ilə tanışlığım səkkiz il əvvələ kulisin yarandığı dövrlərə təsadüf edir. Kino haqqında yazılarını diqqətlə oxuyur, kinolara maraq duyur, izləməyə çalışırdım. Yazılarında adlarını çəkdiyi rejissorların filmləri olan diskləri alıb baxsam da, heç nə başa düşmür, söhbətin nədən getdiyini anlamırdım. Günlərin birində ona kiçik bir mesaj yazdım. “Bir neçə film məsləhət görə bilərsinizmi?” Nəzakətlə hal-əhval tutandan sonra ev telefonunun nömrəsini yazdı. “İstəsən zəng vur, hansı rejissorlardan başlamaq lazımdır deyim.” Mesaj yazışmamız dərhal telefon danışığına çevrildi. Əlimdə qələm adlarını çəkdiyi filmlərin, rejissorların adlarını qeyd edirdim. Sonralar bu siyahı uzandıqca uzanaraq nazik vərəqlərdən qalın dəftərə çevrildi. Sevdanın tükənməyən öyrətmək arzusu, mənim isə öyrənmək həvəsim onunla dostluğumuzu daha da qüvvətləndirdi.

Sənəti dərindən hiss etməsi, sənətkarlıq qarşısında heç bir güzəştə getməməsi peşə etibari ilə onun ən böyük üstünlüklərindən biridir.

Sevda dostluqda etibarlı, dürüst, səmimi və tərəfsizdir. Bütün münasibətlərdə onun üçün iki əsas meyar var. Sevgi və həqiqət. Bu iki xüsusiyyətə malik insanlar onun daimi dostlarıdırlar.

O, dostunun müvəfəqiyyətinə, xoş gününüə ürəkdən sevinməyi bacaran, dostlarını bir-biri ilə tanış etməyi, onları dostlaşdırmağı xoşlayan insandır. Onun sayəsində inanılmaz dərəcədə gözəl insanlarla tanış olub dostlaşmışam.

Sevda insanın ən çətin anında yanında olmağın, dəstəkləməyin, məsləhət verməyin ustasıdır. Qanının ən qara vaxtında, gözünün yaşı yanağına iz salanda o, xızır kimi yetişib – ay qız boş ver, vecinə də alma kəlmələri ilə üzünü güldürməyi, dərdini köhnəltməyi bacarır.

Sevda təbii ki, kino izləməyi, idman etməyi, inanılmaz dərəcədə sürətli yeriyib yanınca gələn adamı təngənəfəs qoymağı, dadlı və yüngül salatları, İspan şorbasını, yaşıl çayı, qara şokolatı, zeytun yağını (qadın dərisinə xeyirli olduğu üçün), yaxın rəfiqələrlə qeybətləşməyi, Tarkovskini çürükçü adlandırmağı, Trieri lağa qoymağı, Qodarı vəsf etməyi, çoxlu quru və yaş salfetlər alıb çantasına doldurmağı və nəhayət hədiyyə bağışlamağı çox sevir. Hədiyyə qəbul etmək isə başqasını xərcə salmamaq baxımından onun üçün arzuolunmazdır.

Sevda gülməyi bacardığı kimi, gizlin qəhərlənməyi də özünə məxsus şəkildə yaşayır. Bəzən ən ağır nisgil, ən dərin kədər illərlə onun qəlbinin qaranlıq yerlərində gəzər, dincə qoyular. Amma Qarabağ müharibəsindən bəhs edən sənədli bir filmə baxış zamanı həmin nisgil qəfildən onun gözlərinin bulağından süzülüb axar, pünhan olar. Kinoteatrın işıqları yananda isə Sevda qara kölgə kimi kirpiklərinin altına sərib islatdığı ağrını yığışdıraraq əvvəlki əhvalına geri qayıdar. Həmin zamandan geriyə ətrafa həmişəki kimi ümidlə, inamla baxan bir cüt gözün işığı qalar.

Sevda ilə dostluq etdiyim bu illər ərzində ondan çox şeylər öyrənmişəm. O, mənim sənətə olan baxışımı, insanlara olan münasibətimi, hadisələrə qarşı reaksiyamı dəyişməyi bacaran insanlardandır. O, heç vaxt nəyisə təlqin və ya tətbiq etməyib. Səhvləri isə inanılmaz dərəcədə korrekt və yuvarlaq formada başa salmağı bacarıb.

Sevda həm də ləyaqətə yaşaya bilən nadir insanlardandır. Ləyaqətdə və mərdlikdə hərdən onu qədim zamanlarda at belində əli tüfəngli, başı çalmalı gəzən bəylərin, xanların qadınlarına bənzədirəm.

Və nəhayət... Bu gün Sevdanın ad günüdür. Bu gün həm də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Sevda da uşaqlara xas hisslərini, duyğularını diri saxlaya bildiyinə görə mənim üçün həm də bir az uşaqdır. Bu səbəbdən də əziz dostumu həm ad günü, həm də bu günkü bayramı münasibəti ilə təbrik edirəm. Ona tezliklə ən böyük diləklərinə yetişməyi, çatmağı arzulayıram!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kür çayını kim xilas edəcək? - Ayxan Ayvaz yazır
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020