writer1

Ayxan Ayvaz

Məqalə sayı

395
clock11:15 calendar-gray 23 May 2019 view-gray768 dəfə oxunub
view-gray768 dəfə oxunub

Əkrəm İmamoğludan örnək götürüləsi sənət dərsi

Ayxan Ayvaz

Hər ölkə öz mədəniyyəti ilə tanınır. Nə qədər şablon səslənsə də, tez-tez hamının dilindən eşidilsə də, bu, həqiqətdir.

Kolumbiya deyiləndə ağlımıza nə gəlir? Dərhal Markes.

Argentina deyəndə... Kortosar...

Bu Latın Amerikasıdır hələ. Bunun Borxesi, Fuentesi var.

Avropa da belədir. Siyahını xeyli, hətta yazının sonuna qədər uzatmaq olar...

Dünyaya mədəni ölkə kimi özünü tanıdan ölkələri xəritəyə baxanda aydınca görə bilirik. O ölkələr həm də getmək istədiyimiz, muzeylərini, tarixi yerlərini görmək üçün sinov atdığımız yerlərdəndir.

Mədəniyyətin gücü də bundadır. Səndə qalıcı bir hiss yaradır. O ölkə haqqında bütöv bir təsir buraxır. Sanki sən o ölkənin yazıçısının romanını oxuyarkən həmin ölkənin ən gözəl şəhərlərini gəzirsən, ən gözəl tarixi binaları ilə tanış olursan.

Mən bir filmə baxmışdım, yox olmaq təhlükəsi ilə üzləşən qəbilələr haqda. Qəbilə başçıları saylarının azaldığını görüb həyəcan təbili çalmışdılar: mütləq yeni doğan uşaqlara qəbilə dilini öyrətmək, onlara mədəniyyəti aşılamaq. Təsəvvür edin, məhv olmaqda olan və cəmi 11 nəfəri qalan qəbilə dilini, mədəniyyətini qorumaq üçün dəridən-qabıqdan çıxır. Onlar da dünyaya var olmaqlarını sübut etmək istəyir.

Argentinadakı Əllər mağarasını xatırlayın. İnsanlar qədimdən bu günə qədər öz mədəniyyətlərini dünyaya tanıtmaq üçün əlləşiblər. Ölkəni və o ölkənin sakinlərini də maraqlı edən mədəniyyətdir.

Hazırki əsas şəkil

Keçənlərdə Okan Bayulgenin verilişinə baxdım.Qonağı İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu idi. Bir saatlıq söhbətin içində Əkrəm bəy ən həssas nöqtəyə toxundu. İstanbulda turistlərin sayının artırılması ilə bağlı danışarkən mədəniyyəti irəli verdi. Dedi ki, yaradıcı adamlar olmadan şəhəri tanıtmaq çətindir. Mən sənətkarları yanıma alacam və şəhərləri gəzib onlara İstanbulumu danışacam.

Bu İstanbulu kimlər dünyaya tanıtmadı ki? İstanbul tarixi şəhərdi və onun uğurundaböyük savaşlar olub.

Amma onu dünyaya yeni bir dizaynla Orxan Pamuk təqdim etdi. Türkiyənin erməni soyqırımı məsələsini dartışdığı bir vaxtda Nobel alan Orxan Pamuk. Bu ödülü almaq və Türkiyənin də mədəniyyətinin var olduğunu dünyaya bildirmək neçə-neçə ütülü, rəsmi görüşlərdən qat-qat üstündür.

O Orxan Pamuk İstanbula turist axını yaradan yazıçıdır. “Masumiyyet muzesi” romanı yazıb, həm də romanın muzeyini yaradaraq dünyanın marağını təkrar İstanbula yönəltmək necə böyük uğurdur, bir bilsəniz.

Əkrəm İmamoğlu demiş, bunu “bağıraraq” eləmir, yaradıcı yanaşır məsələyə.

Bəli, dünya səni məhz mədəniyyətin olduğun üçün seçir. Sənin şəhərini, insanlarını da o səbəbdən görmək istəyir. Mədəniyyətin ölkəyə gətirdiyi xeyri heç bir iqtisadi və siyasi ideya reallaşdıra bilməz.

Praqa Kafkasıyla tanışdır dünyaya. Rusiyada yazıçı və şairlərin əsərlərin illustrasiyasından parklar salınıb. Eləcə də Tiflisdə. Gələn turistlər ilk bunlarla tanış olur. Aeroportda kitablar göstərilir, dünyaya necə mədəni ölkə olduqları sərgilənir.

Bu cür nümunələr doludur. Sadalamağa başlasaq, qorxuram yazını bitirə bilməyim.

Azərbaycanı da, Bakını və digər şəhərləri də turistlərə daha çox mədəniyyətlə tanıtmaq olar. Yazıçılarımızın əsərlərinin illüstrasiyası sərgilənsin, geniş çaplı müsabiqələr elan olunsun, kitab və nəşriyyat sistemi yaradılsın və s. Mədəniyyəti təbliğ etmək adına nə varsa, onu etmək lazımdır ki, turistlər üçün bura arzulanan və daim səyahət edilən bir yer olsun. Məsələn, Nizaminin və yaxud Nəsiminin adına beynəlxalq müsabiqə elan etmək kimi. Tutaq ki, o müsabiqənin ilk qalibi Lyosa seçilsin, Bakıya çağırılsın. Yaxud hansısa yazıçımız başqa şəhərlərə rəsmi nümayəndələrlə getsin və mədəniyyətimiz dünyaya o yaradıcı adamın dili ilə tanıdılsın.

Dünyanın nüfuzlu kinoteatr və ədəbiyyat müsabiqələrində də öncül yerləri tutmaq da öz yerində. Təsəvvür edin, bir rejissorumuz Kann festivalının baş mükafatını, yaxud bir yazıçımız Bukeri qazanır. Dünyanın bir an içində tanıdığı sənət adamının vətəni şübhəsiz ki, hamı üçün maraqlı olacaq.

Dediyim budur: Əkrəm İmamoğlu haqlıdır, şəhəri tanıtmaq yaradıcı adamlarla, ədəbiyyatla, kinoyla, teatrla daha effektiv olur. Dünya məhz bundan sonra sənin şəhərinə xoş münasibət bəsləyir, onu görmək istəyir. Çünki bu qalıcıdır, əbədidir. Mədəniyyət və ədəbiyyatla görülən hər işin sonu yalnız qələbədir.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019
Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
12:01 21 Sentyabr 2019
Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
11:14 21 Sentyabr 2019
Xalq artistimiz Böyük Teatrda oynayacaq
10:05 21 Sentyabr 2019
On yaşlı uşağı qaçırıb evində saxlayırdı...
08:58 21 Sentyabr 2019
“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir?
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019