writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock10:50 calendar-gray 22 May 2019 view-gray1899 dəfə oxunub
view-gray1899 dəfə oxunub

"Bundan Səhər olmaz" deyirdilər...

Deməli, məlumunuz olsun ki, mən bu fani dünyaya doqquz ay yox, beş ay iyirmi gün sonra gəlmişəm, yəni sizin əksəriyyətinizdən düz üç ay on gün tez. Rayon həkimləri bu “yarıminsan” uşağın yaşamayacağını əminliklə bildiriblər.

Artıq üç yaşında sağlam, yaraşıqlı, ağappaq bir oğlu olan gözəl-göyçək anam mənim kimi yarıcan, qapqara, insandan çox böcəyə oxşayan qızı olduğuna görə xeyli pəjmürdə olub. Bir oğuldan sonra Səhər adını daşıyacaq qızının olacağını səbirsizliklə gözləyən atam isə mənə baxıb təəssüflə və yəqin ki həm də əminliklə bəyan edib: "Bundan Səhər olmaz" (baxmayaraq ki, mən pis olmayım deyə, bu faktı sonralar heç vaxt təsdiqləmədi).

Qohum-qonşu mən sağkən valideynlərimə başsağlığı fason sözlər deyiblər, nəsə, xəbər gedib çatıb başqa kənddə yaşayan, bütün mahalda loğman kimi tanınan ana nənəmə. Rəhmətlik eləməyib tənbəllik, Xıdır kimi yetişib və sonralar nağıl etdiyi kimi dilsiz-ağılsız körpəyə acıdığı və daha çox da qızının könlünü almaq istədiyi üçün qollarını çırmalayıb. Əvvəlcə hər şeydə bir gözəllik axtaran İsa kimi barmaqlarımı küskün anama göstərib mənim dilimlə deyib: "Ay ana, bax, gör necə gözəl barmaqlarım var, mən yazıçı olacam, kitab yazacam. Anam da nənəmə bir baxış fırladıb ki, mənası təxminən belə olub, nə başımı aldadırsan, ondan nəinki yazıçı, heç normal insan da çıxmayacaq. Nənəm lap dərinə gedib, göbəkbağımı bir kitab vərəqinə və bir qələmə büküb torpağa basdırıb. İnanca görə bu, uşağın gələcək həyatına təsir edirmiş. “Film gibi, yani”.

Nənəm məni düz qırx gün pambığın arasında saxlayıb, kərə yağıyla qidalandırıb. Dediyinə görə, günlər sonra gözümü açmışam. Qırx günün tamamında artıq yeni doğulan körpəyə bənzəmişəm. Düz iki ay sonra üzümə dirənib ölmədiyimi görən valideynlərim axır ki, mənə Səhər adını yaraşdırıblar.

Atamın və nənəmin istədiyi Səhər olmaq mənimçün heç vaxt çətin olmayıb, altı yaşında qardaşımın birinci sinif kitabını təmiz oxuyurdum. Məktəbə gedəndə artıq dərs kitablarımı əzbər bilirdim. Beçinci sinifdə oxuyanda müəllimlər məni yeddinci siniflərə aparıb onların riyaziyyat məsələsini həll elətdirirdi. Şahmat üzrə qızlar arasında rayon birincisiydim. Amma anamın istədiyi kimi zirək, qırmızıyanaq, ayıq bir kənd qızı ola bilmirdim. Əvəzində bütün günü büzüşüb bədii kitablar oxumaqdan beli bükülən, vasvası, hamıdan qaçan, hörümçəkdən qorxan, tez-tez xəstələnən, içinə qapanıq, çəlimsiz , "kəpənək" ləqəbli, sevimsiz bir şey idim. Qonşu qadınları hələ də məni görəndə deyirdilər: "Bu həmin uşaqdı? Allah saxlayanda saxlayır da..."

Sonra birinci il test üsulu ilə imtahan verib ali məktəbə daxil oldum, ikinci kursda kitabım çıxdı, oxuya-oxuya işlədim, anam kənddə oturub televizayadan mənə baxdı, amma yenə nigaran qaldı, elə bildi, mən heç vaxt güclü olmayacam, hamı kimi olmağı bacarmayacam.

Sonra ailə qurdum, ev tikdik, uşaq böyütdük, həm işlədim, həm uşağa baxdım, onlara nəinki ana, həkim, müəllim, psixoloq oldum. Yalnız bundan – ona nur topu kimi üç sağlam nəvə bəxş edəndən sonra anam öz qara-qura "yarımçıq" qızına görə küsdüyü taleyini bağışladı. Məndən nigaran qalmadı.

P.S. Bu hadisədən mənə bircə səbirsizlik yadigar qalıb, dünyaya gəlməyə üç aydan çox tələsən birinin həyatda nə qədər səbrsiz ola biləcəyini özünüz təsəvvür edin...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub
15:16 24 Yanvar 2021
İlbzlərin sevişməsindən həzz alan kişi
11:32 24 Yanvar 2021
Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021