Həmid Herisçi böyük türk şairini oğru adlandırdı

Həmid Herisçi böyük türk şairini oğru adlandırdı
7 may 2019
# 11:00

Həmid Herisçi məşhur türk şairi Yəhya Kamalın “Səssiz gəmi” şeirinin plagiat olduğunu iddia edib.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, Yəhya Kamal bu şeiri başdan ayağa Lermontovdan götürüb.

H. Herisçi əlavə edib: “Hər iki şeri müqayisə etsək bu aydın üzə çıxacaq.

Artık demir almak günü gelmişse zamandan,

Meçhule giden bir gemi kalkar bu limandan.

Hiç yolcusu yokmuş gibi sessizce alır yol;

Sallanmaz o kalkışta ne mendil ne de bir kol.

Rıhtımda kalanlar bu seyahatten elemli,

Günlerce siyah ufka bakar gözleri nemli.

Biçare gönüller. Ne giden son gemidir bu.

Hicranlı hayatın ne de son matemidir bu.

Dünyada sevilmiş ve seven nafile bekler;

Bilmez ki,giden sevgililer dönmeyecekler.

Bir çok gidenin her biri memnun ki yerinden.

Bir çok seneler geçti; dönen yok seferinden (Yehya Kamal Bayatlı).

İndi rus variantına baxaq:

ПАРУС

Белеет парус одинокой

В тумане моря голубом!..

Что ищет он в стране далекой?

Что кинул он в краю родном?...

Играют волны — ветер свищет,

И мачта гнется и скрыпит...

Увы! Он счастия не ищет

И не от счастия бежит!

Под ним струя светлей лазури,

Над ним луч солнца золотой...

А он, мятежный, просит бури,

Как будто в бурях есть покой!”

Həmid Herisçi plagiat iddiasını ilk dəfə "xaker dərsləri" adı altında sosial şəbəkədə paylaşıb:

"Bu gün biz müasir türk şerindəki plagiatçılıq, piratçılıq mövzusunu müzakirəyə çıxarırıq. Hədəfdə türk şairi Yehya Kemal Bayatlının məşhur "Sessiz gemi" şeridir.

Biz xakerlər anında bu şeri, bu səsiz gəmini üzdüyü sularda həbs edib piratçılıqda ittiham edə bilərik. Əvvəla bu gəmi əvvəlcə Rus bayrağı altında üzüb. Kapitanı da heç də qırmızı fəsli türk kapitanı Yehya Kemal Bayatl olmayıb əvvəlcə. Gəminin əsl sahibi, halal sahibi 200 öncə vəfat etmiş rus şairi Mixail Lermontovdu. Hər iki şeri müqayisə etsək bu aydın üzə çıxacaq.

Bodlerdə də belə bir misra var: Ey ölüm, qoca kapitan, dəmir almağın vaxtıdır. Şerin ilk misrası da Bodlerdən gəlmədir. Müslüm Gürsel hətta mahnı bəstələyib bu şeirə".

# 5081 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər