writer1

Ayxan Ayvaz

Məqalə sayı

442
clock15:34 calendar-gray 04 May 2019 view-gray1234 dəfə oxunub
view-gray1234 dəfə oxunub

Məni metrodan qovan əsəbi qaqaşlar

Ayxan Ayvaz

Çox da ağır şeylər düşünməyin

Dözümsüzdü eskolatorun rezin kəməri...

Murad Köhnəqala

Metro vaxtımızı çox keçirdiyimiz yerlərdən biridir. İşlədiyimiz və oxuduğumuz məkanlara çatmağın ən effektiv üsulu metro ilə getməkdir. Doğrusu, həyatımızın böyük hissəsi metrolarda keçməkdə...

Mən həmişə diqqət etmişəm. Bizim camaat qatarda özünə yer tapa bilmir. Gördün, sıxlıqdı, tünlükdü, tez özünə bir yer tap və oranı özün üçün sığınacaq elə. Yox, elə deyil. Yer tapan ayağını elə aralayacaq ki, başqası orda dura bilməyəcək. Yaxud çantası kiməsə mane olacaq. Bir-birimizi başa düşsək və normal şəkildə qatara minsək, əslində heç bir problem olmayacaq.

Uzağa getməyək, elə Tiflisin özünü götürək. Orda guya basabas olmur? Metro varsa, basabas var deməkdir. Fikir vermişəm, insanlar Tiflisdə metrodan metro kimi, yəni nəqliyyat vasitəsi kimi istifadə edir. Bizimkilər isə elə bil metronu evə çevirirlər. Sanki burda gecələyəcək, oturub bir çay içəcəklər. Nolub? Bir az keçəcək, istədiyin stansiyanda düşəcəksən. O anı niyə özünə dərd edirsən? Tiflisdə yaşlıların heç yer davası etdiyini görməmişəm. Ümumiyyətlə, oturmaq istəmirlər. Mən bir dəfə bir qadına yer verdim. Təəccüblə mənə baxdı ki, bu niyə öz yerindən durur. Yəni onlar üçün metro sadəcə bir yerə çatmaq üçün vasitədir. Bizdə metronu istirahət mərkəzi eləmək istəyirlər. Elə bil Bodrumdadılar, ayaqlarını aralayıb otururlar, çantalarını da yanlarına qoyurlar. Hər şey evdə necədir, burda da elədir.

İndi isə gəlin uzağa gedək. Çinin Pekin metrosuna... Paytaxt əhalisinin sayını deməyim, ürəyi zəif olanlar ola bilər. O boyda insanın olduğu şəhərdə metrodan çəkilən video-rolikə baxdım. Eyni bizim kimidir. Hətta biz bunların yanında şükürlüyük. Amma adamlar necə gülərüzdü. Yer yoxdu, bir qıyıqgöz özünü dürtür, ona mane olmurlar. Gülümsəyirlər. Elə hey gülümsəyirlər.

Bunun bircə səbəbi var: bizim camaat çox işləyir, iqtisadi vəziyyəti yaxşı deyil. Buna görə də qəzəbli və aqressivdir. Onu hər yerdə sıxırlar: işdə, evdə... Bircə rahatlıq tapdığı yer metrodur. Orda da basabas. Yəni bizim insanın xoşbəxt olmaq istədiyi yerdə də növbədir, sonu bilinməyən növbə. O qədər xoşbəxt olmaq istəyən adam bir yerə yığışanda necə xoşbəxt ola bilər ki? Hamı gərgin, hamı əsəbi, üstəlik basabas, dayanılmaz qoxular... Yol da uzaq. Arada metro da dayanır.

Anlayıram. Bu şəraitdə kitabdan danışmaq əbləhlik olar. Ancaq bu şəkildə belə oxuyanlar var. Üstəlik, iki-üç stansiyadan sonra metro seyrəkləşir, rahat nəfəs ala bilirsən.

Həm də sizə bir biclik: kitab oxuyan adam axıra qədər oturaq gedə bilər. Heç kim onu ayağa qaldıracaq gücdə deyil. Yəni bizim camaat oxuyana mane olmur. Düzdü, qəribə baxışlarla müşahidə edir, hətta içində deyinir də, amma yerini də işğal etmir...

Gələk, yazımızın qəlbinə. Demək istədiyim bu: bu gərginliyi kitab oxumaqla çıxarmaq olar. Məsələn, Rusiya Ədəbiyyat günü elan eləmişdi və Moskva metrosunu əməlli-başlı kitab mağazasına çevirmişdi. Kitab rəfləri (pulsuz al, ötür yoldaşın oxusun), qatarlarda müxtəlif yazıçılardan sitatlar, əsərlər haqqında qısa izahlı kağızlar və s. Bizim heç kitab mağazaları bu qədər rəngarəng deyil, inanın. Hələ sizə Tiflisdən danışmıram. Bir dəfə metroda gedirdim. Elan verildi: Aka Morçladzenin yeni kitabı çap olunub. Qəribə gəldi mənə. Hələ onların aksiyaları bitmək bilmir. Günlərin birində Tiflis sakinləri səhər tezdən oturacaqların üzərində kitablar gördü. Hədiyyəlik kitablar.

Biz həyatımızı kitablarla şəkilləndirə bilərik. İnsanımızı qınamıram. O, kitabı görmür. Dərdlər və qayğılarla məşğuldur. Amma gözünün qabağında kitab görsə... Bu cür aksiyalar olsa... Məncə, o zaman basabasda belə gülümsəyərik. Hərdən metroda gedəndə insanlarımızın üzünə baxıb qışqırmaq istəyirəm: "Nolar, gülün! Xahiş edirəm!” Bir dəfə bunu içkili demişdim və məni metrodan qovmuşdular.

Mənə verilən yazı müddəti sona çatmışdır, növbəti yazılarda görüşənədək!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020