news-inner
clock17:02 calendar-gray 03 May 2019 view-gray459 dəfə oxunub
view-gray459 dəfə oxunub

Bakıda gürcü şairinin kitabı təqdim olunub

Mayın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Yazıçılar Birliyinin sədri, “Sxivi-Şəfəq” jurnalının redaktoru, şair Bağater Arabulinin “Gündüz yuxuları” adlı kitabının təqdimat mərasimi keçirilib.


Tədbir Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.


Tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud qonaqları, iştirakçıları salamlayaraq, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin qədimliyindən danışıb, Tərcümə Mərkəzi tərəfindən ərsəyə gələn, istedadlı şair Allahverdi Təhləli tərəfindən dilimizə tərcümə edilən kitabın həmin əlaqələrin davamı olduğunu qeyd edib.


A.Məsud Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açıb.


Milli Məclisin deputatı, akademik Nizami Cəfərov gürcü poeziyası ilə Azərbaycan oxucusunu tanış edən kitabın dilimizi öz təfəkkür orijinallığı ilə, bəzi arxaizmləri Azərbaycan dilində canlandırmaqla zənginləşdirdiyini qeyd edərək Mərkəzə yaradıcılıq hadisəsi olan və eşq ilə görülən bu işə görə təşəkkürünü bildirib.


Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxışında şairin üslubu, baxışı və tərcüməsini çox bəyəndiyini, kitabı zövqlə oxuduğunu qeyd edərək, yeni nəsil gürcü yazarların da gələcəkdə tanınması üçün yeni layihələrin olmasını arzulayıb.


Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vurğulayıb ki, tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyətləri arasında mübadilələrin dərinləşdirilməsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Diplomat bildirib ki, ölkələr arasındakı dostluq münasibətləri ədəbi əlaqələri daha da dərinləşdirir və yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin təşkili edilməsi də nəzərdə tutulur. Z.Pataradze əsas məqsədi Azərbaycan oxucusunu, gələcək nəsilləri gürcü ədəbiyyatı ilə tanış etmək olan bu cür kitabın ərsəyə gəlməsinə və təqdimatının təşkilinə görə Tərcümə Mərkəzinə təşəkkür edib.


Avrasiya Yazarlar Birliyinin baş direktoru Yaqub Öməroğlu gürcü ədəbiyyatına məxsus digər yazarların əsərlərinin də gələcəkdə tərcümə olunmasını və bu cür tədbirlərin mütəmadi olaraq təşkilini zəruri sayıb.


Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi gürcü ədəbiyyatını çox sevdiyini, bu kitab ilə gürcü ədəbiyyatının 300 milyonluq türk dünyasına təqdim edildiyini bildirib, çağdaş Azərbaycan mədəniyyət dünyasının formalaşmasında Tərcümə Mərkəzinin, “Xəzər” dərgisinin mühüm rolu olduğunu söyləyib, Mərkəzə bu şərəfli fəaliyyətində uğurlar diləyib.


Kitabın ön sözünün müəllifi, professor Rüstəm Kamal qədim gürcü xalqının möhtəşəm mədəniyyətə malik olduğunu, gürcü şairlərin daxilən azad, sərbəst olduqlarını, gürcü poeziyasının modern formaları dəyişməkdə daha çevik olduğunu qeyd etmiş, şairin timsalında gürcü poeziyasını çox sevdiyini vurğulayıb.


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov ölkələr arasındakı elmi və ədəbi əlaqələrdən danışıb, Bağater Arabulini Vaqif Səmədoğlu üslubuna uyğun gələn şair hesab edərk, onu şeirlərində gürcü xalqının etnoqrafik mənzərəsini yaradan, metaforik ifadələrdən istifadə edən orijinal şair adlandırıb.


Milli Kitabxananın direktoru profofessor Kərim Tahirov son illər Tərcümə Mərkəzi tərəfindən çoxsaylı və gözəl layihələrin həyata keçirildiyini vurğulayaraq, bu tədbirlərin məhz elm məbədində təşkilini təqdirəlayiq hal hesab edib. Professor həmçinin təqdimatı olan bu kitabın gürcü ədəbiyyatının ölkəmizdə təbliğində mühüm rol oynayacağını diqqətə çatdırıb.


Kitabxananın direktoru Milli Kitabxanada gürcü ədəbiyyatı nümunələrindən təqdimatı olan bu kitabın ilk olmadığını, hələ 2017-ci ildə Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”da gənc gürcü şairi, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilərək “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunmuş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi və imza törəninin keçirildiyini söyləyib.


Şairlər Zakir Fəxri, Nigar Həsənzadə, yazıçı Etimad Başkeçid və digər çıxışçılar tərcümə işinin önəmindən danışıblar.


Kitabın müəllifi şair Bağater Arabuli kitaba lirik etüd, fraqmentlər, mənzum hekayə və pritça üslubunda qələmə aldığı şeirlərinin daxil edildiyini, əsərlərinin Azərbaycanda ilk dəfə nəşr olunduğunu bildirib, dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə ediblər.


Sonda Afaq Məsud gürcü poeziyasının parlaq nümunələrini əks etdirən bu nəfis tərtibatlı kitabı hər iki ölkə üçün uğur hesab etdiyini qeyd edərək, belə layihələrin çox və davamlı olmasını arzulayıb, iştirak edən hər kəsə və tədbirin təşkilinə görə Milli Kitabxanaya təşəkkür edib. /azertag.az/

news-inner-user

18042 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021
Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri
12:10 26 Fevral 2021
Məşhur rus filminin qəhrəmanı vəfat etdi
11:35 26 Fevral 2021
Seymur Baycandan Ağalar Quta cavab: “Onunku tərtəmiz riyakarlıqdır”
11:10 26 Fevral 2021
"Vinni-Pux"un yaradıcısı öldü
10:28 26 Fevral 2021
Bir oba – bir məzarlıq – Günün şeiri
10:01 26 Fevral 2021
Cibinə saxta pul atılaraq şərlənən, başına 1 milyon dollar qoyulan, meyiti 5 gün böyürtkən kolluğunda qalan Milli Qəhrəman
09:01 26 Fevral 2021
Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video
18:50 25 Fevral 2021
Devid Finçerdən yeni film
18:06 25 Fevral 2021
Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi
17:19 25 Fevral 2021