Amerikada kitabı çıxan azərbaycanlı şair: “Gənc yazarlarımız tənbəldir”

Amerikada kitabı çıxan azərbaycanlı şair: “Gənc yazarlarımız tənbəldir”
4 aprel 2019
# 12:11

Kulis.az Amerikada kitabı çıxan şair Fərid Hüseynlə müsahibəni təqdim edir.

- Fərid, necə oldu ki, şeirlərini ingilis dilinə çevirmək fikrinə düşdün?

- Xarici ədəbiyyat festivallarında tez-tez iştirak etdiyim üçün şeirlərimi ingilis dilinə tərcümə etdirmək istəyirdim. O vaxta qədər isə 3-4 şeirim ingilis dilində nəşr edilmişdi. Serbiyada Dünya Yazarlarının Belqrad görüşündə alban əsilli Amerika şairi Gjeke Marinajın təklifi ilə şeirlərimin kitab kimi çap olunacağını biləndən sonra isə bu barədə daha ciddi düşünməyə başladım. Çox sağ olsun dəyərli dostum, tənqidçi Cavanşir Yusifli ki, şeirlərimi təmənnasız ingilis dilənə çevirdi.

- Başqa hansı dillərdə çap olunmusan və reaksiyalar necə olub?

- Şeirlərim ingilis, rus, serb, gürcü, özbək, qazax, türk və sair dillərə çevrilib. Həmişə də şeirlərimin mövzu dərinliyi, Şərq-Qərb vəhdəti, fərqliliyi barədə ən ali zövq ədəbiyyat adamlarından ürəkaçan sözlər, təhlillər eşitmişəm. Və bütün bunlar növbəti çap olunmalarıma, başqa-başqa festivallara dəvət almağıma səbəb olub.

- Bizdə nədənsə gənc müəlliflər kitablarının xarici dillərə tərcüməsi ilə maraqlanmırlar. Nədir bunun səbəbi; tənbəllik, yoxsa kasıblıq?

- Bəli, maraqlanmırlar, çünki əksər gənc yazarlar tənbəldir və elə düşünürlər ki, kimsə onları haçansa kəşf edəcək. O ümidlə neçə-neçə ədəbi nəsillər nəinki dünya dillərinə tərcümə olunmayıb, hətta “aşkarlanmaq ümidi ilə” ömürləri və yaradıcılıqları puç olub.

- Bir şeir kitabının tərcümə və çap edilməsi maddi cəhətdən çoxmu çətindir?

- Şeir kitabım sadəcə bir ölkədə – Amerikada işıq üzü görüb və onun nəşri üçün heç bir ödəniş etməmişəm. Ona görə də maddi çətinlikdən danışmağım yersiz olar.

- Səncə, kitabların tək-tək tərcümə olunub çıxması effektivdir, yoxsa antologiya şəklində?

- Mən almanaxlarda çap olunsam da, hər zaman onların əleyhinə olmuşam. Antologiya daha çox 50-60 il əvvəlin ədəbi modudur. Onun tərəfdarıyam ki, 3-5 yaxşı şairin hərəsindən 40-50 şeirdən ibarət kitablar tərcümə edilib müxtəlif ölkələrdə çap olunsun. Əks halda, antologiyada çap edilən 2-3 şeirlə hansısa şair haqqında fikir formalaşacağına inanmaq xam xəyaldan özgə bir şey deyil.

- Səncə, aidiyyəti qurumlar, müxtəlif nəşriyyatlar bu işin öhdəsindən layiqli gələ bilirlərmi?

- Səlim Babullaoğlunun bu yöndə fəaliyyətini təqdir edirəm. Çünki o, hansı ölkələrlə ədəbi əlaqə yaradıbsa, məhz işlərini birbaşa həmin ölkənin ədəbi elitası – ciddi söz sahibləri, rəyləri daşdan keçən şəxsləri ilə qurub. Artıq bu ədəbi əlaqələrin dəyərli bəhrələri ortadadır və Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini irəlidə daha parlaq yüksəlişlər gözləyir. Anar müəllimin ölkə başçısına təklif etdiyi “Füzuli Mərkəzi” ideyası da reallaşsa və qüsursuz işləsə, dünyaya ədəbiyyatımızın çatma yolu daha kəsə olar.

- Başqa dillərə tərcümə olunacaqsanmı?

Başqa bir Avropa ölkəsindən də kitabımın çapı ilə bağlı təklif var idi. Amma onlar şeirlərimi həmin dilə tərcümə edib göndərməyimi istəyirdilər. Tərcümə xərclərini öyrəndim və başa düşdüm ki, bu, mənim maddi gücüm daxilində bir şey deyil, ona görə də o təklif reallaşmayacaq. Bu il Özbəkistanda “Səmərqənd divanı” adlı poemam bir kitabda 3 dildə – Azərbaycan, özbək və rus dillərində nəşr ediləcək. Üfüqdə hələ ki, özgə bir şey görünmür...

# 3353 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər