Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi
17 dekabr 2025
# 18:20

Kulis.az xarici mediaya istinadən Stiv Cobsun liderlik keyfiyyəti ilə bağlı materialı təqdim edir.

Cəmiyyətdə empatiya və nəzakətin göstəricisi kimi qəbul edilən “üzr istəyirəm” ifadəsi, mütəxəssislərə görə tez-tez və lazımsız şəkildə istifadə edildikdə emosional zəkanı zəiflədir və etibarlılığı zədələyir. Psixoloqlar davamlı üzr istəməyin insanın özünə inamına mənfi təsir göstərdiyi mövzusunda həmfikirdirlər.

Lakin Stiv Cobs kimi xarizmatik liderlər böhran anlarında vəziyyəti öz xeyirlərinə çevirən tamamilə fərqli bir strategiya tətbiq edirdilər: minnətdarlıq.

Mütəxəssislər bildirirlər ki, səbəbsiz yerə üzr istəmək insanın öz fikirlərinə inamının zəif olduğunu göstərir və bu da başqalarının gözündə onu zəif və güvənsiz biri kimi təqdim edərək etibarlılığı sarsıdır.

Psixoloqlara görə avtomatik üzr istəmə vərdişindən qurtulmağın ən effektiv yolu bu ifadəni minnətdarlıqla əvəzləməkdir. Bu sadə dil dəyişikliyi gündəlik həyatda tez-tez rast gəlinən vəziyyətlərdə xüsusilə təsirlidir:

Yanlış istifadə:
“Gecikdiyim üçün üzr istəyirəm.”
(Xətanın qəbul edilməsi və günahkarlıq hissi)

Doğru istifadə:
“Məni gözlədiyiniz üçün təşəkkür edirəm.”
(Qarşı tərəfin davranışını dəyərləndirmə və müsbət bağın qurulması)

Bu yanaşma insanı günahkarlıq hissindən azad edir, qarşı tərəfə isə dəyər verildiyini hiss etdirərək vəziyyətin psixoloji atmosferini tamamilə dəyişir və müsbət ünsiyyət yaradır.

"Apple"ın qurucu ortağı Stiv Cobs üzr istəməkdən yayınma strategiyasını bir addım da irəli apararaq liderlik karyerası boyunca boyun əyən mövqedən ustalıqla qaçmışdır.

"Apple"ın Bill Qeytsin dəstəyi ilə ayaqda qala bildiyi dövrdə bir çox azarkeş bu əməkdaşlığa etiraz etmişdi. Cobs isə bu vəziyyəti məğlubiyyət kimi qəbul edib üzr istəmək əvəzinə diqqəti şüurlu şəkildə gələcəyə və minnətdarlığa yönəltdi:

“Apple"ın qalib gəlməsi üçün "Microsoft"un uduzmalı olduğu fikrindən vaz keçməliyik… Bizə kömək etdikləri üçün Billə və onun komandasına təşəkkür etməliyik.”

O, oxşar yanaşmanı iPhone 4-də yaşanan böyük siqnal problemi - "Antennagate böhranı" zamanı da nümayiş etdirdi. Dünya "Apple"dan açıq üzr gözləyərkən, Cobs şirkəti günahkar mövqeyindən çıxarıb şəraitin qurbanı kimi təqdim etdi.

2010-cu ildə keçirilən bir Apple tədbirində baş verən Wi-Fi nasazlığı zamanı da klassik üzr istəmək əvəzinə, auditoriyadan nəzakətlə əməkdaşlıq xahiş etdi:

“Əgər demoları görmək istəyirsinizsə, zəhmət olmasa, dizüstü kompüterlərinizi bağlayın. Buna görə sizə minnətdar olaram”.

Bu yanaşma Cobsun güclü emosional zəkasını açıq şəkildə ortaya qoyurdu. O, özünü dezavantajlı vəziyyətə salmadan tərəfdarlarının sədaqətini dəyərləndirir və tələbini əmr kimi deyil, incə bir rica formasında ifadə edirdi.

Harvard Universitetindən Alison Vudun “lazımsız üzr” anlayışında qeyd etdiyi kimi, insanın nəzarətindən kənarda baş verən problemlər üçün üzr istəməsi etibarı zədələyə və onu “daha az səriştəli” göstərə bilər.

Stiv Cobs tez-tez “pis adam” kimi xatırlansa da, əldə etdiyi təsirin və sadiq auditoriyanın arxasında məhz bu dil və mövqe strategiyaları dayanırdı. Bu nümunələr açıq şəkildə göstərir ki, liderlik tək bir yolla deyil, müxtəlif ünsiyyət formaları vasitəsilə də qurula bilər.

# 769 dəfə oxunub

Oxşar xəbərlər

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

15:00 29 mart 2026
Rasim Balayev Turkiyədə vəfat etdi

Rasim Balayev Turkiyədə vəfat etdi

13:45 29 mart 2026
Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər