writer1

Arzu Murad

Məqalə sayı

13
clock13:48 calendar-gray 30 Mart 2019 view-gray3843 dəfə oxunub
view-gray3843 dəfə oxunub

Amaliya Pənahovanın hamıdan gizlətdiyi sirri

Gözəl bir gün idi. Günlərdir təyin edib saat 16:00-a vədələşdiyimiz görüş nəhayət baş tutacaqdı. Daxilən çox narahat idim, nə qədər özümə güvənən biri olsam da, özündən razı, yekəxana bir insan zənn etdiyim Amaliya xanımla görüş dəqiqələri yaxınlaşdıqca elə bil ürəyimi döyəcləyirdilər.

Bilmirdim məni necə qarşılayacaq, söhbətimizin səmti haralara gedəcək, qarşıma qoyduğum məqsədə çata biləcəyəmmi? Nə də olsa, mənimçün həlledici görüş idi, çünki layihəmin ilk qonağı idi. Beləcə görüşdük, çağırdığı məkana daxil olanda qapını özünün açıb məni qarşılaması, ilk təbəssümü mənə təskinlik notlarını çaldı. Elə bil o təbəssüm üzərimdən çox ağır bir yükü götürdü. Amaliya xanım fotoların çəkilmə prosesi üçün bərk narahat idi. Elə bu sözə bənd idim ki, becid cavab verdim:

- Mən elə bilirdim Amaliya xanım özünə hədsiz güvənən xanımdır, demə kompleksli imiş – deyib beləcə söhbətə başladım. Hiss etdim ki, bu sözümlə cəsarətli aktrisamızda daha böyük hünər qığılcımları əmələ gəldi.

Fəqət müsahibəmizdən çox-çox sonra, artıq şəxsi münasibətlərimizin olduğu zamanlarda bir alçaq fotoqrafın qurbanına çevrilməsiylə anladım ki, Amaliya xanım niyə bu qədər narahat idi. Görən o şərəfsiz fotoqraf indi az da olsa, peşmanlıq duyurmu? Ümumiyyətlə, bir fotoqraf şəkildə obyektinin pis düşməsindən necə zövq ala bilər? O adamın, ömrünün son zamanlarında bir sənətkar qadını bu cür alçaltmaq cəhdinin səbəbini hələ də anlaya bilmirəm. Bunu indi də deməsəm, başqa nə vaxt deyəcəm?!

Amaliya xanımla yanlış plastik əməliyyatdan sonrakı halının şəkilləri yayılanda telefonda danışdım. Çox üzgün idi. Deyirdi ki, istəməzdim insanlar məni belə görsünlər. O şəkli yayan adamdan da giley-güzar etmişdi. İnsanların lağ obyekti olması ona pis təsir etmişdi. Heç vaxt düşünməzdim ki, Amaliya xanımı nəsə bu qədər kövrəldə bilər. Amaliya xanım öz tamaşaçısına hədsiz hörmət edən, xalqını son dərəcə sevən bir sənətkar idi. Mənim müsahibəm çərçivəsində fotossesiya olacağını eşidəndə ilk fikri bu olmuşdu ki, açıq havada çəkməyək, üz-gözüm əyri düşəcək, meymuna oxşayacam, millətdən ayıbdır. Amaliya xanımı o uğursuz şəklinə görə elə adamlar lağa qoydu ki... O şəxslər anlamırdılar ki, səhnə gözəllik tələb edir, hələ qadınsansa, lap da görkəmdə olmalısan. Təsadüfi şəkillərdə hamınızmı yaxşı düşürsünüz? Ümumiyyətlə bir xanım gözəl görünmək istəyirsə, günah bunun harasındadı? Bir mogikanı gözüyaşlı görmək bu qədərmi xoş idi sizinçün? Şəxsən mənə xoş deyildi və bəlkə də Amaliya xanımın o göz yaşlarını ömrümün sonuna qədər unutmayacam.

Mətləbdən uzaqlaşdığımçün üzr istəyirəm, bir az hislərə qapıldım, deyəsən. Qayıdaq müsahibəmizə.

Xoş qarşılamadan sonra mənə elə gəldi ki, Amaliya xanım məni maraqlandıran bütün mətləblərə aydınlıq gətirəcək. Düşündüyüm kimi də oldu, heç bir sualdan yayınmadı, hər şeyi necə varsa, o cür də təqdim etdi. Amaliya xanıma aid olan otağın aurası bir başqa idi: səmimi, hər şey necə varsa, elə. Qısacası, yaradıcı insanın iş otağı... Divardan asılan foto-çərçivələr insanı valeh edirdi, hələ Amaliya xanımın, sənətindən böyük sevgiylə danışması o fotoların fonuna daxil olan möhtəşəm bir musiqi idi. Yay tətilini işə sərf etməsindən, yorulmadan, zövqlə çalışmasından danışdı, yeni-yeni nailiyyətlərindən və planlarından söhbət açdı.

Amaliya xanım danışdıqca məni öz sehrinə salmışdı. İllər onun sənətə olan məhəbbətinə təsirsiz ötüşmüşdü. Teatrla bağlı başına gələnləri danışanda isə ağlıma gələn bu oldu ki, necə də səbirlidir. Mənim uzaqdan tanıdığım Amaliya Pənahovanın səbir kasası dolmalı, haqqına sahib olmaqçün dəridən-qabıqdan çıxmalı idi. Əslində bu düşündüklərimi heç ürəyimdə saxlamamışdım da. Sual halına salıb soruşmuşdum:

- Teatrla bağlı danışdıqlarınızdan belə qənaətə gəldim ki, sənətdə səbirli xanımsız, bəs həyatda necə?

- Axı mən teatrla bağlı səbirsiz olub nə edə bilərəm? Gəmidə oturub gəmiçiylə dava etmək doğru olmaz axı. İnsan gərək sahib olduğu ağlını işlətsin, hər yer özəlləşib, mənim nəsə etməyə maddi imkanım yetmir.

Onunla danışanda sanırdım ki, bəzən Təhminəylə, bəzən isə Zərnisəylə eyni havanı uduram. Sonucda gözlər həmin gözlər idi.

Hətta ondan soruşanda ki, "Təhminə" filminə çəkilmək arzunuz idi, niyə bunu indi reallaşdırmırsınız? Gülərək dedi ki, heç məni Təhminə kimi təsəvvür edirsən indi?

Əslində isə mən təsəvvür edirdim. Məgər azdırmı real həyatda belə sevgilər? İnsan zahirən yaşa dolur, qəlb ki gümrah qalır. Amaliya xanımın ruhu, qəlbi hələ də gənc, şıltaq bir qız idi. Çox qəribə mənzərə idi, elə bil ovsunlanmışdım. Mən nə gözləyirdim, nə gördüm... Gələndə onunla nə danışacağımı, söhbətə necə başlayacağımı düşünürdüm, fəqət sonra yanından ayrılmaq istəmirdim. Anlayırdım ki, mənim bilməli olduğum, onun isə demək istədiyi hələ çox şey var.

Bir xoşuma gələn cəhəti də o idi ki, hələm-hələm hər adama güvənməzdi, hər adamı yaxınına buraxmazdı, amma gözü tutduğu adamı da çox sevərdi. Çünki Amaliya xanım insan sərrafı idi. Çox xoşbəxtəm ki, mən o sevgini özümə qarşı artıqlamasıyla hiss etmişdim.

Müsahibəmiz boyu fikir verdiyim bir nüans da var idi. Başqa sənət nümayəndələrində gördüyüm o qısqanclıq, eqoist yanaşmalardan tamam uzaq xanım idi. Böyük sevgiylə danışırdı yeni istedadlardan, gənc nəsildən, öz sənətindən, teatrından, filmindən. Söhbətimizin şirin yerində otağındakı servanta yaxınlaşıb oradan bir qutu şokolad və ekzotik konyak götürüb gəldi. Mən utancaq halda "istəmirəm, çayı elə-belə içəcəm" deyib söhbətə davam etmək istəyəndə, ərklə sözümü kəsdi və dedi:

- Beləsini hələ yeməmisən, bir də ki bu şokolad çayla yox, konyakla gedir.

Bu sözü elə mülayimcəsinə söylədi ki, qətiyyən incimədim. Hətta bu tavrı xoşuma gəldi, düzü.

Həmin şokoladı yeyəndə anladım ki, bu vaxta qədər mənim yediklərim şokolad deyilmiş, nəsə başqa şey imiş, amma nə olduğunu da bilmirəm. Birini yeyib ikincisinə əl atmağa utandım. Amaliya xanım ikincini də uzatdı mənə və söhbətimiz öz axarında davam etdi. Dediyinə görə, həmin şokoladı və konyakı tədbirlərin birində xaricdən gələn qonağı ona pay gətirmişdi.

Amaliya xanımı əvvəllər heç sevməzdim, amma özünü elə həzin sevdirdi ki... Məsələn, ilk görüşümüzdən ruhuma hopdu və zamanla onu nə vaxtsa itirəcəyim qorxusu üzərimə çökdü.

...5 saata qədər davam edən müsahibəmizdən sonra baxdıq ki, söhbətimiz bitməyib, amma saat 10-a işləyir, gecdir... Və ayrılıq təbilləri çalınmağa başladı. Necə deyərlər, hər kəs öz yoluna. Amaliya xanımdan ayrılanda çox qəribə bir etiraf etdi:

- Bilirsən, Arzucan, yalan danışmaqla yoxam, yaşlanmaq istəmirəm, axı ürəyim cavandır, arzularım tükənməyib...

Arzu Murad

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Əgər cibində bir qutu siqaret varsa - Viktor Soyun xatirəsi - Mirmehdi Ağaoğlu yazır
16:30 15 Avqust 2020
Bu il beynəlxalq festivallarda iştirak edən Azərbaycan filmləri - Siyahı
15:52 15 Avqust 2020
Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi-Papaqçıya ərə gedən Xan qızı
14:29 15 Avqust 2020
"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
13:43 15 Avqust 2020
Xurşidbanu Natəvana layihə həsr olundu - Video
11:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020