writer1

Aqşin Yenisey

Məqalə sayı

71
clock16:50 calendar-gray 22 Mart 2019 view-gray964 dəfə oxunub
view-gray964 dəfə oxunub

Elm adamları sənəti zibillədi

Bir yazımda filosofların, professorların ədəbiyyata gəlişini tənqid edərək yazmışdım ki, onların ədəbiyyata gəlişi sənəti bilgi və etika ilə “zibillədi”. Sənətdə didaktikaya yol açdı. Dil, sadəcə, informasiya vasitəsinə çevrildi, sənətin ən ümdə meyarı olan estetika unuduldu.

İndi bu fikirimi bəsit misallarla bir daha izah etməyə çalışacağam. Bizə ən yaxın olan iki yazıçı-filosof: Sartr və Kamyu. İnsanın yalnız ekzistensial vəziyyətlərdə özü olduğu konsepsiyasından çıxış edərək romanlar yazdılar. Halbuki onlara qədər ədəbiyyat Dostoyevskinin, Qorkinin, Mopassanın, Edqar Ponun əsərləri ekzistensial vəziyyətlərdə özünü tanıyan və sorğulayan qəhrəmanları ilə dolu idi. Sadəcə, bu qəhrəmanlara ad qoyulmamışdı. Sartr və Kamyu bu adı qoydu. Hər iki filosofun ekzistensial vəziyyətlərdə təsvir etdikləri model-müqəvva qəhrəmanları isə canlılığı, rəngləri, əzab və qəddarlığı ilə nə Dostoyevskinin Raskolnikovuna, nə Qorkinin nəvəsini atasının meyitinin yanında döyən “babasına”, nə evə müştəri çağıranda balaca oğlunu şifonerə salan Mopassanın fahişəsinə, nə Ponun soyuqqanlı, qaranlıq təbiətli cinayətkarlarına tay oldu. Onlar, sadəcə, Mono Lizanı yenidən, bu dəfə fotoaparatla ağ-qara şəklini çəkdilər, onu sənətin rənglərindən "təmizlədilər".

Yaxud xristianlığın tarixi haqqında professor Umberto Eko da roman yazıb (Qızılgülün adı), süpürgəçi Bulqakov da (Master və Marqarita). Ədəbiyyatın ən fenomenal şərtlərindən biri zaman duyğusudur, yəni zamanı oxucuya hiss etdirə bilmək. Oxucu özünü əsərin zamanında hiss etməyəndə bir bəhanə tapıb kitabdan uzaqlaşır. Ekonun romanında zaman duyğusu kitabdan kənara çıxmır, yəni Ekonun seçdiyi üslub, kəlmələr bizi XIV əsrin monastırına aparmır, monastrı bizim zamanımza gətirir.

Çünki adam professordur, keşmişi bu günə daşımaq üzrə ixtisaslaşıb. Bulqakovun romanında isə elə üslub, elə kəlmələr seçilib ki, biz kitabı oxuyanda özümüzü eramızın 60-70-ci illərinin inkivizisiya məhkəməsində qorxu içində hiss edirik. Çünki Bulqakov keçmişi eynək gücünə yazmır, bəlkə də, qaranlıq bir otaqda gözlərini yumaraq yazır.

Yaxud, XX əsrin sonlarında elm və fəlsəfə “modern insan” adı qoyduğu çağımızın insanına bir çəki-düzən vermək istədi. Belə bir sual qoydu: kimdir modern insan? Eşələyə-eşələyə axırda tapdı ki, sən demə, ilk modern insanın xarakteri hələ XVII-XVIII əsrlərdə ədəbiyyatda yaradılıb. Bu, Getenin doktor Faustu idi. Və bu gün elm də, fəlsəfə də Faustu modern insan tipinin şəksiz əcdadı hesab edir.

Bizdə roman sənəti dastançılığın yazılı davamı olduğuna görə bu cür dərin mövzulara girə bilən yazıçılarımız yaranmayıb. Ona görə yaxşı oxumadığımız orta məktəb bilgilərini bir romanda görəndə ələm kimi cuşə gəlirik.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qızılı yarpaqlar altında zülmətə təslim ol - Nobelli şairdən şeirlər
16:33 26 May 2020
Azərbaycanlı aktyor karantinə alındı
15:12 26 May 2020
Rüstəm İbrahimbəyovdan qızına məktub: “Cinayət məcəlləsini unutma”
14:29 26 May 2020
Mənim gey dostum
13:35 26 May 2020
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – Müsahibə
12:41 26 May 2020
Venesiya Film Festivalı nə vaxt keçiriləcək?
11:23 26 May 2020
Qadın sərnişini bıçaqlayan sürücü - Narıngül yazır...
10:30 26 May 2020
Məşhur sənətçi ölümdən döndü
10:07 26 May 2020
Bağçada uşaq döyən Solmaz - Şahmarın hekayəsi
09:00 26 May 2020
Tanınmışlar "Əl açdım göylərə" layihəsində - Video
17:22 25 May 2020
Qarışqanın edamı – Təranə Vahidin hekayəsi
16:30 25 May 2020
"Oyuncaqların hekayəsi"nin yaradıcıları geylər haqqında cizgi filmi çəkdi
15:45 25 May 2020
Xalça Muzeyinə virtual tur təşkil olundu - Foto
14:31 25 May 2020
Məşhur yazıçı vəfat etdi
13:14 25 May 2020
Ərimə saçlarını oynadan qadın – Güneyli yazarın hekayəsi
12:20 25 May 2020
Bu gündən muzeylərdə açıq qapı günləri başlayır
11:12 25 May 2020
Orhan Pamukun "Məsumiyyət muzeyi" serial olur
10:05 25 May 2020
"Çiçek Taksi"nin Ayşesi: "İstanbul ölülər şəhərinə bənzəyir" - Müsahibə
09:28 25 May 2020
Siz redaktor görməmisiniz! – Müsəllim Həsənov yazır...
13:18 24 May 2020
Fuad Poladovun ölümündən sonra yayılan müsahibəsi: “İstəyirəm bu narazılıq son nəfəsimə qədər davam etsin”
12:03 24 May 2020