writer1

Aqşin Yenisey

Məqalə sayı

62
clock12:45 calendar-gray 04 Mart 2019 view-gray996 dəfə oxunub
view-gray996 dəfə oxunub

Elçin Əlibəylinin günahsız qurbanları

İki məsələ haqqında yazacağam. Birincisi, “igidi öldür, haqqını yemə” məsələsidir. Elçin Əlibəyli bu gün televiziyamızda mədəniyyət tarixini peşəkarcasına mənimsəmiş üç-dörd şəxsdən biridir. Yaxından tanıdığım üçün bilirəm ki, bu gün, məsələn, müasir yazıçı və şairlərimiz arasında dünya ədəbiyyatını Elçin Əlibəyli qədər oxumuş çox az adam var. Sadəcə, hər birimizin bir zəif yeri olduğu kimi, Elçinin də zəif yeri öz həqiqətlərinə heyranlığıdır. Həqiqət elə bir şeydir ki, ona heyran oldunsa, gözünü bağlayacaq və özü haqqında səni yalanlar danışmağa məcbur edəcək. Məlum verilişə görə məni Elçini tənqid etməyə vadar edən səbəb də bu idi; aparıcının Bəxtiyar Vahabzadə həqiqətinə heyranlığı və öz həqiqətinə günahsız qurbanlar axtarması. Üstəgəl, bunu kütlənin gözü qarşısında etməsi. Bu, çox qorxulu, bizi Banqladeş fanatizminə sürüyə biləcək bir hərəkətdir və tənqidi haqq edir. Amma bu, o demək deyil ki, Elçin Əziz Nesini oteldə yandıran öyrədilmiş qaragüruhun hər an mövcud ola biləcəyindən xəbərdar deyil. Çox istərdim ki, o, televizorda hamını gördüyün Elçin Əlibəyli ilə televiziyanın tarixi haqqında kitab yazmış, çox adamın tanımadığı Elçin Əlibəyli arasında ortaq bir mövqeyə gəlsin. Bu güc onda var.

İkici məsələ xalq və mədəniyyət haqqındadır. Mədəniyyətin yaranışı və yayılması zorakı prosesdir. Qılıncı, ordusu, topu-tüfəngi olmayan hər hansı mədəniyyət günümüzə gəlib çatmamışdır. Qədim Şumer mədəniyyətindən tutmuş, müasir Qərb (ABŞ) mədəniyyətinə qədər tarixin hansı dövrünə baxsanız mədəniyyətin əlində qamçı görəcəksiniz. Hər bir mədəni xalqın köynəyini qaldırıb kürəyinə baxsanız, zol durmuş qamçı yerləri görəcəksiniz. Və hər bir mədəniyyət ömrü boyu barbarlığın bir addımlığında yaşayır. Hər bir xalqı vəhşiləşməyə qoymayan ardıcıl həyata keçirilən mədəni təcavüzkarlıqdır. Pyotr öz xalqını fin hamamına (banya) zorla soxmasaydı, rus mujiklərinə saqqallarını zorla qırxdırmasaydı, kim bilir, bu meşə xalqı indi sivilizasiyanın hansı mərhələsində özünün iy verib iylənən mentaliteti ilə qürur duyurdu. Yaxud İbrahim yəhudi, Məhəmməd ərəb xalqını allahın adından hədələməsəydi, kral Henrix Tomas Mora qulaq asmayıb anqikan kilsəsini Vatikandan ayırmasaydı, Corc Vaşinqton, Bismark, Atatürk xalqın istəyini yerinə yetirən qərarlar versəydilər, yəqin ki, vəziyyət indi fərqli şəkildə olardı. Qustav le Bon “Xalqların xarakteri” əsərində yazır ki, hər bir xalqın tarixi onun milli şüurunun meyvəsidir və yüzlərlə nümunələr gətirir. Məsələn, yazır ki, Misiri romalılar da işğal etdi, somalilər də.

Romalılar Misir allahı Nemezidanı tanıyandan sonra heyrətləndilər və onun əsasında məşhur Roma hüquq sistemini yaratdılar. Somalilər isə allaha-zada fikir vermədilər, bütün Misiri yandırdılar. Niyə? Çünki romalılardan fərqli olaraq somalilər şəxsiyyətlər baxımından yoxsul idilər. Bu gün də geridəqalmış xalqlara baxanda eyni şeyi görürük; o xalq ki mədəniyyət pilləkəninin altında yaşayır, o xalq şəxsiyyət qıtlığından əziyyət çəkir. İstənilən mürtecə rejim xalqı daha rahat idarə etmək üçün ilk növbədə onu şəxsiyyətsizləşdirməyə qalxır. Çünki şəxsiyyətlər olmadan heç bir xalq heç bir gücə sahib deyil. Xalq özü-özlüyündə yalnız təsərrüfat yarada bilər, onu mədəniyyətə çevirmək üçün mütləq şəxsiyyətlərə ehtiyac var. Ona görə də bütün böyük xalqlar özünü böyük şəxsiyyətlərinə borclu bilir. Ola bilsin ki, bu gün xalq bir mövzu kimi Qərb aydının menyusundan çıxıb, ona görə yox ki, xalq artıq kamilləşib, ona görə ki, bu işi artıq mədəniyyətin ikinci, üçüncü eşalonunda duran adamlar görürlər. Məsələn, bu yaxınlarda sosial şəbəkələrdə bir video paylaşılmışdı.

Hansısa Qərb şəhərində bir adamı küçəyə uzatmışdılar ki, guya, ölüm ayağındadır və fərdiləşmənin intibahı dövrünü yaşayan qərb insanları onun yanından laqeydcə keçib gedirdilər. Hanı insanlıq, hanı xristian xeyirxahlığı? Videonun məqsədi bu qədim duyğunu o insanların yadına salmaq idi. Biz sosial şəbəkələrdən hələ ki, qız tutmaq, layk yığmaq üçün istifadə etdiyimiz üçün bu və bunun kimi digər xəlqi problemlərin həlli aydınların üzərinə düşür. Şəxsən mən kütləvi informasiya vasitələrimizdə bu cür maarifçi verilişlərinin yarandığı gün xalqdan əl çəkəcəyimə söz vermişəm və həmin günə nəzir boyun almışam.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019
Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
15:21 24 May 2019
Məşhurluğunu qorumaq istəyən əcaib şairlər – Yalçın İslamzadə yazır...
14:21 24 May 2019
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
13:30 24 May 2019
Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
13:03 24 May 2019
Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar
12:20 24 May 2019
Çingiz Abdullayevin kitabının təqdimatı olub
11:55 24 May 2019
Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb
11:01 24 May 2019
Pedro Almadovar: "Təcrid olunmuş vəziyyətdə yaşayıram" - Müsahibə
10:37 24 May 2019
Məşhur uşaq yazıçısı vəfat etdi
10:10 24 May 2019
Yaltaq, yalançı və yarınan yazılar
10:03 24 May 2019
Abbas Səhhətin yubileyi qeyd edilib
09:29 24 May 2019
Evimiz yıxılıb! – Bircənin Romanı
09:00 24 May 2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
06:29 24 May 2019