news-inner
clock15:30 calendar-gray 16 May 2018 view-gray353 dəfə oxunub
view-gray353 dəfə oxunub

Uşaqlarınızı intihara sürükləməyin

Rahim Mirzəcan

“Həyatında ən yaddaqalan günün hansıdır?” - deyə soruşsalar, tərəddüdsüz taleyimin həll olunduğu, gələcəkdə cəmiyyətdə hansı mövqeyə sahiblənəcəyim gün - qəbul imtahanı verdiyim o həmin gün” - deyərdim.

TƏLƏBƏ adını qazanmaq çox şərəflidir. Şərəfli olmağı qədər məşəqqətli, həyəcanlıdır. Ancaq və lakin hər kəsin arzuladığı bu ada sahib və layiq olmaq tələbəliyin özü qədər çətin deyil, əslində. Və tələbə olmaq cəmiyyətdəki mövqeyinin müsbət olması üçün əminliklə vurğulaya bilərəm ki, tam keçərli deyil.

Hazırda abituriyentlər ömürlərinin ən yadda qalacağını güman etdiyi tələbəlik illərini yaşamaq, bu anların ehtiras dolu tarixini yaşamaq üçün imtahan verirlər. Artıq hazırlıq mərhələsi geridə qaldı. İMTAHAN! Bəli, dünya hökmdarı Napoleonun belə qorxduğu imtahanı verirlər. Qorxu dolu, əslində insanın əməlində "2x2" qədər asan olan imtahan!

Paylaşılan şəkilləri, ab-havanı görəndə özümün imtahan verdiyim anlar bir daha canlandı gözlərimdə. Özü də necə canlanmaq!

Abituriyentlərdən çox valideynləri düşünürəm. Çəkdikləri min bir əziyyətlər, stresslər, ümidlər, güvənclər... arzu edirəm ki, sonu sevinclə, fərəhlə davam etsin. Abituriyentin çəkdiyi yarı qorxu, yarı fərəh dolu anlar sual kitabçaları qarşılarına gələnə qədərdir. Bəs davamı... İrəlidəki 3 saatın həyəcanını kim çəkəcək bəs? Uğurumuza sevinən valideynlər!

Sonda...

Hər birinizə uğurlar arzu edirəm, əziz Azərbaycan gəncliyi.

Lakin yaxşılıqlar naminə olsa belə, bəzən valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara qədər sürüklənir.

Bu dəfə sözüm, dəyərli, can parası olan valideynlərədir!

Bilirəm, hər atılan çabalar övladlarınızın yaxşılığından ötəridir. Onları çox da sıxmayın, “hay bal toplaya bilməsən, evə gəlmə”, “asacam”, “kəsəcəm”lər, “özümü yandıracam”ları qoyun bir kənara. Çaba göstərdiyiniz, etmək istədiyiniz yaxşılıqlar bu ola bilməz. Tam əksinə. Bu kimi fikirlər imtahanda övladlarınızı sərbəst düşünməyə imkan verməyəcək. Gəlin, belə danışaq, nə qədər bəsit olsa da, Siz istəyirsiniz ki, övladınız oxusun, təhsil, iş sahibi olsun.

Gələcək həyatlarında artıq Siz olmadıqda özlərini, ailələrini rahat dolandırsınlar, ayaq üstə durmağı bacarsınlar. Ancaq onlara göstərdiyiniz təzyiqlər ömrü boyu sağlamlıqdan məhdud edə, hətta, həyatdan məhrum edə bilər. Unutmayın, sağlam olmadıqdan sonra, nəyə gərək o universitet, o təhsil... Düzdür, düşünərsiniz ki, bir-iki kəlmə ilə etdiyim hədədən bu qədər böyük ağır nəticələr yarana bilməz. Xeyr! Bəlkə də adi məqamda bu normal ola bilərdi. Ancaq mən özüm də şəxsən imtahan iştirakçısı olmuşam, deyə çox yaxşı dərk edirəm ki, onlar hazırda isti günəş altındakı bir ovuc qar kimidirlər. Xırda bir “təkan” onların əriməsinə, məhv olmasına səbəb ola bilər. Sizcə, onlar istəməzmi yaxşı nəticə göstərsinlər... Hətta sizdən də çox istəyərlər yoldaş içinə başıdik, alnı açıq çıxmağı.

Haa, hansısa məqamı unutdum sanki... Qonşular, xalalar, əmilər xatirinə övladınızın nəticə göstərməsinə səy göstərmək? Bu lap dəhşətdir!

Onu da siz tamamlayın...

news-inner-user
Kulis+

624 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
16:41 24 Avqust 2019
Elyanora
16:36 24 Avqust 2019
“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq
15:51 24 Avqust 2019
“Dejavü” növbəti dəfə nümayiş ediləcək
14:25 24 Avqust 2019
Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
13:29 24 Avqust 2019
Məşhur italiyalı aktyor vəfat edib
12:41 24 Avqust 2019
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"
11:38 24 Avqust 2019
"Mama, nolar ölmə"
10:44 24 Avqust 2019
Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
10:04 24 Avqust 2019
İran qadınlarının həyatı: fahişədən general arvadınadək
09:01 24 Avqust 2019
“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019