writer1

Aysel Fikrət

Məqalə sayı

1
clock10:38 calendar-gray 07 May 2018 view-gray641 dəfə oxunub
view-gray641 dəfə oxunub

Fuad Poladovun qonşusu olmaq

Aysel Fikrət

Sən demə Fuad tərcümədə qəlb deməkdir. İncəsənət qəlbsiz qaldı .

Biz onunla qonşu idik - bina qonşusu. Həmişə bir marketdə qarşılaşardıq. Bazarlıq edərdik. Hərdən səbətlərimiz toqquşardı. Mən gülümsünərdim, o da. O marketə Atam üçün istədiklərini almağa gedirdim. Zaman gəldi Mən ora gedə bilmədim. Elə o da. Ölüm olsun, xəstəlik olsun nə fərq edər axı. Ayrılığın adı soyuqdur, buz kimi. Mən atamı O da sağlamlığını itirdi. Çoxdan idi ki, bizim ərzaq səbətlərimiz marketin küncündə boynunu büküb darıxırdı, bilirəm.

Fuad Poladovu ilk dəfə bir döyüş filmində sevmişdim. Kadrın izləyici ilə təmasına nə deyildiyini unutmuşam. Kino üçün gözəl kadr olmağından bir kəlmə də deməyəcəm. Mən onu qardaşıma bənzətmişdim. Rəhmətliyə...

Oynadığı rolun o olduğuna inanmışdım, sehrlənmişdim. Əlimi ekrana söykəyib bacın qurban hardasan demək istədim. Sənətkarlıq budur. Fuad Poladov aktyor idi. Yalnız O oynamırdı. O, var idi, vəssalam. Onun səhnəyə, ekrana çıxardığı hər bir obraz var idi. Həyatda idi.

Bir də zamanla ölümü gözləmək var. Yeməkdən, içməkdən, gəzməkdən yavaş-yavaş qopub üzülüşmək. Hər gün vida etmək, hər gün rəbbinə qovuşmaq.

Bu dünyanı azaldıb o dünyanı çoxaltmaq kimi.

Heç də qorxulu olmayan heç də incidilməyən bir həzinliklə bu dünyanın xəbisliyindən, yalanından, şərindən soyulmaq... Yüngül olmaq, lap quş kimi.

Azad olmaq.

Məmləkət nə qədər ki, boz rəngini dəyişə bilməyib kütlənin ardınca düşüb gedəcəksən, sənin sənətkarın səndən incik, səndən gizlin bir kənara çəkilib ölümünü gözləyəcək qədər sənə yad olacaq.

Fuad Poladov kino və teatr sənətinin simalarından idi. O, incəsənətin şah əsəri idi. Şah bəndi idi. Sən itirdin. O qazandı. Cənnəti qazandı. Sən uduzdun, O isə... Mənim bildiyim odur ki, sən itirdin.

Sən teatrlarından birini açıb sənətkarı yola sala bilməyəcək qədər əl-qolu bağlısan. Laqeyd gülüşlərində ucuz rol ifaçısından başqa bir şey deyilsən. Fuad Poladov bu səhnədə tək idi. Özü də həddindən artıq tək idi. Tək olan Allah da onu gözəl qarşılayacaq sənin yola salmağının anlamı yox.

Fuad Poladovu itirdik. Gecə nədənsə yuxuma özgə, yad məmləkətdə azmış, hansısa əsərin hansısa səhifəsindən düşüb gəlmiş bir dünya girmişdi. Hava pis deyildi. Mən isə sevinə bilmirdim. Üz tuturdum uzaqlıqda qaralan kölgəyə tərəf. Yaxınlaşdıqca uzaqlaşan sayıqlamada yuxudan oyandım. Gördüm ki, ürəyim bir tikə olub ağrıdan.

Yaxşı ki yuxuda ölməmişəm, uşaqlar qorxardı düşündüm. O görəsən nə düşünüb?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021