Çəpər hörən, balıq tutan hörümçək

Çəpər hörən, balıq tutan hörümçək
30 aprel 2018
# 10:28

Kulis.az Nemət Hacıəliyevin Şərif Ağayarın “Ağ göl” romanı haqda yazdığı yazını təqdim edir.

Şərif Ağayarın Ağ göl əsərini oxudum. Diqqətimi çox çəkdi. Məncə bu əsəri dünyaya çıxartmaq olar.Əsər başdan sona qədər adamı müəmma içində saxlayır.”Görəsən sonda nə olacaq” deyə düşünürsən. Roman ilk andan başlayaraq bədii-estetik dəyəri ilə oxucunu kökləyir. İydə ağacı, qaratikan kolu, Ağ göl haqqında bədii təsvirlər insanı heyran edir. O brazlara necə uyğun ad seçilməsi, romanın poeziya kimi axıcı olması, üst mənası ilə bərabər gizli məna daşıması yazıçının ustalığından xəbər verir.

Obrazların adına fikir verək:

Saleh Qəbzəliyev - hökümət adamı. Yazıçı təkcə bu obrazı soyadla verib. Çünki hökümət adamları soyadla çağırılmağı sevirlər.

Maarif müəllim - Savadlı qəsəbə sakini. Məhz digərlərindən savadlı olduğu üçün müəllim sözü adının hər zaman yanındadır.

Hacı Mikayıl - Kəndin mollası. Hacı sözündən din adamı olduğu anlaşılır

Camal ata - Balıqçı, çəpər hörən. Hər kəsə kömək əlini uzadan,həqiqətən atalıq edən bir insan

Cahan ana - Camal atanın həyat yoldaşı. Cahan boyda ürəyi olan bir qadın

Pirməmməd - Camalın oğlu. Pir sözü bu adla birbaşa əlaqəlidir.

Qəsəbə kasıb yer olduğu üçün ümidləri bir Ağ göldəki balıqdır. Bir gün xarici şirkət əraziyə gələrək gölü dəmir hasara alır. Adamlar təkcə övliyalara dua edirlər. Çünki qul elə bilir ki, kimsə onu mütləq xilas etməlidir. Özü bacarmaz.

Camal ata ən sevimli obrazım oldu. Çünki o mənə xarici natarazlığı ilə V.Hüqonun Paris Notr-Dam kilsəsi əsərindəki Kvazimodonu, zəhmətkeşliyi ilə K.Hamsunun Torpağın bərəkəti əsərindəki İshakı, hamıya kömək etməsiylə S.Sveyqin bir hekayə qəhrəmanını xatırlatdı. Camal ata əsər boyu danışmasa da nə dediyini anlayacaqsınız. Ancaq nə isə xoşuna gəlməyəndə mızıldanır. Hər kəs üçün qaratikan kolundan çəpər hörür. Özü də təmənnasız. Kim nəsə verdisə verirdi, kim vermirdisə vermirdi. Balıq işində ayrıca usta idi. Müəllif bu hissəni çox açıq təsvir edib. Hamı üçün tor hörür, tor atır, balıq tutur və s. Görünüşdən hörümçəyə oxşayır. Uzun əlləri, balaca bədəni var, beli qocaldıqca əyilir.

Kitabda maraqlı məqamlar diloqlar da var. Məsələn, müəllimlə Hacının söhbətləri. Hacı müəllimə deyir ki, iydə ağacı işıq saçır. Bu övliyaların nişanəsidir. Müəllim isə gülərək biologiyadan xəbər verir. Deyir, səhər şeh olduğu üçün yarpaqlar yaş olur, indi də ayın işığı onları işıqlandırır.

Kitabın başqa bir hissəsində Camal atanın huşu gedir. Qadınlar gəlir başa çıxmağa. Üstü açıq qalır. Aşağı hissəsi qabarıq olan Camal ata isə hər şeydən xəbərsizdir. Bu məqam yoldaşına ləzzət edir. Dedi-qodulara görə başqa kişi ilə görüşmədiyini sübut etmək üçün kişinin üstünü örtmür. Bütün qadınlar qabarmış hissəyə baxıb pıçıldaşırlar. Qadınların bir möcüzə olduğunu bir daha görürük.

Qəsəbə camaatı öz tarixini belə bilirmiş. Kitabda yazılır: “Bir gecə Ağ baba oğlunun çığırtısına yuxudan ayılıb üzünü Cilli gölə tutur və qurbağalara susmağı əmr edir. O gündən buralarda bir daha qurbağa qurultusu eşidilmir. Ağ göl Ağ babanın gecə nur saçan ağ saqqalından, ağ libasın-dan və ağ çöhrəsindən nur alaraq ağarmağa başlayır. Otlar, yosunlar, qamışlar yerini gözoxşayan ağappaq sulara, qurbağa, tısbağa və çömçəquyruqlar axçalı balıqlara verir. Deyilənə görə, Ağ babadan iydə qoxusu gəlirmiş. Onunla söhbət edən hər kəs nurlu çöhrəsindən və ibrətamiz sözlərindən çox bu qəribə qoxunun tilsiminə düşürmüş. Ancaq özü hiss etmirmiş bunu. O, öz qoxusunu balaca oğlundan alırmış.”

Ancaq övliyalar oğlunu ondan alır. Oğlu göldə batır. Yenidən dua edərək uşağın cənazəsini torpağa basdırır. O gündən bura müqəddəs yer sayılır. Hamı ziyarətə gəlir. Yaşayan yaşayır. Ağ babanın 60 yaşında bir oğlu da olur. Yoldaşı doğuş zamanı ölür.

İllər keçir, qəsəbə əhli inanır ki, yenidən bir xilaskar gələcək. Onun üçün nişanələr eyni ilə Ağ baba kimi olmalıdır. Sakit, heç kimlə danışmayan, iydə, qaratikan qoxusunu sevən Camal atanın oğlu göldə batır. O gündən hamı onu xiaskar bilir. Uzaq-uzaq yerlərdən adamlar gəlib onun əlindən öpür, ayağının altında qurbanlar kəsir, başına pul səpir.

Göl xarici şirkət tərəfindən hasarlanandan sonra isə əsl fəlakət başlayır.Aclıq, səfalət, vəhşilik artır.

Romanı birdən-birə mistikaya çevirən sirr axırda açılır. Əsərin dadı qaçmasın deyə mən onua sizə deməyəcəyim. Romçanın nə cür bitdiyini özünüz oxuyarsınız. Məncə, oxumasanız çox şey itirərsiniz. Şərif Ağayarın qələmi iti, sərrast, eyni zamanda da incə və qəlbə yatandır.

Çağdaş Azərbaycan və dünya ədəbiyyatından xəbərdar olan müəllif oxucuların ürəyinə asanlıqla yol tapır.

# 1944 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #