Kabinetinin qapısı olmayan, maaşını tələbələrə bağışlayan bələdiyyə sədri... - Qeyri-adi faktlar

<b>Kabinetinin qapısı olmayan, maaşını tələbələrə bağışlayan bələdiyyə sədri...  - <span style="color:red;">Qeyri-adi faktlar </b>
24 aprel 2018
# 13:00

O, Türkiyənin yeganə kommunist bələdiyyə sədridir. Tünceli vilayətinin Ovacıq kəndinə bələdiyyə rəhbərliyi edən Məhmət Fatih Maçoğlu işindəki yeniliklərilə hər kəsi təəccübləndirir. Belə ki, onun bu fəaliyyəti Türkiyədə deyil, vətənindən kənarda da marağa səbəb olur. Kulis.az Məhmət Fatih Maçoğlunun fəaliyyəti haqqında 12 faktı təqdim edir.

1. Bələdiyyə rəhbəri Mehmet Fatih Maçoğlu vəzifə başına gələn kimi iş otağının qapısını çıxartdırıb. Başçı hər kəs rahatlıqla onun qəbulunda ola bilsin deyə, belə bir addım atdığını deyir.

2. Bələdiyyə rəhbəri kimi ona ayrılan avtomobili işlətməkdən imtina edərək, avtomobilə sərf olunacaq yanacağı ictimai nəqliyyat üçün köçürüb, özü isə hər yerə piyada, ya da şəxsi avtomobili ilə gedir.

3. Bələdiyyə binası içərisində on min kitablıq kitabxana açıb. Kitabxana iyirmi dörd saat fəaliyyət göstərir.

4. Mehmet Fatih dağçılar qrupu tərəfindən hədiyyə olunan iyirmi velosipeddən istifadə edərək, “Bir saat kitab oxuyana bir saat velosiped turu hədiyyə” adlı kampaniya başladıb.

5. Büdcəyə aid 650 hektarlıq ərazini istifadə olunması üçün camaata paylayıb. Beləliklə, həm boş ərazilər dəyərləndirilir, həm də işsizlik aradan qalxır.

6. Bu ərazidə əkilən noxud, lobya və kartofu sataraq pulunu yoxsullara paylayıb, vəsaitin bir hissəsini isə tələbələrə təqaüd ayırıb.

7. İctimai nəqliyyatı pulsuz edib. Lakin arzu edənlər ictimai nəqliyyat vasitələrindəki xeyriyyə qutularına bir lira ata bilər.

8. Hopa bölgəsində baş vermiş sel fəlakətinə görə adamlara iki yük maşını dolu yardım göndərib.

9. Orqanik noxud, lobya və kartofdan sonra orqanik balı da bazara çıxarır.

10. Bələdiyyə içərisində qadınlar, əlilliyi olanlar, gənclər və kəndlilər ibarət komissiya yaradıb. Ayda bir dəfə keçirilən məclis iclasları haqda qabaqcadan anons verilir. Bu iclaslar xalqla birgə qərar vermək üçündür.

11. Maaşının bir hissəsindən tələbələrə təqaüd verir.

12. Özündən əvvəlki bələdiyyənin borclarını nəinki ödəyib, hətta daha artıq qazanc əldə edə bilib və hazırladığı hesabat tablosunu bələdiyyə binasına asaraq xalqa nümayiş etdirib.

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

10:40 14 sentyabr 2026
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı

10:24 14 sentyabr 2026
Maykl Ceksonun anasına hədiyyə etdiyi "Rolls-Royce" satışa çıxarıldı

Maykl Ceksonun anasına hədiyyə etdiyi "Rolls-Royce" satışa çıxarıldı

10:17 14 sentyabr 2026
Vüqar Əli:  "Rəssam niyə acından ölməlidir?" - Müsahibə

Vüqar Əli: "Rəssam niyə acından ölməlidir?" - Müsahibə

10:00 14 sentyabr 2026
Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər