writer1

Elmin Həsənli

Məqalə sayı

24
clock13:03 calendar-gray 20 Aprel 2011 view-gray1164 dəfə oxunub
view-gray1164 dəfə oxunub

Telefonlarda videolar

Seks haqqında bəzi qeydlərimi yazıram. Dağınıq qeydlərdi. Oxuyub bir yerə varacığınızı sanmayın. Sadəcə ağlıma gələnlər...

***

Fikir vermisinizsə, başlığında seks sözü olan yazılar daha çox oxunur. Seksual fotosu olan yazılara maraq daha çox olur. Əvəzində isə ciddi, intelektual, səviyyəli yazıların oxunma sayı çox aşağı olur.

Bunun səbəbi nədir görəsən?

Sualımın cavabını əslində bilirik.

Seks populyardır. Seks maraqlıdır. Seks cəlbedicidir. Həmişə belə olub. Yəqin belə də olacaq.

Dünyada heç bir inkişafın, elmi-texniki inqilabın, Facebookun, Twitterin, mədəni inqilabların seksə dəxli yoxdur. Seksi dəbdən dalmaq mümkün deyil.

Çox vaxt rejissorlar tamaşaçı yığmaq üçün seks səhnələrinin bol olmasına çalışır.

Mən buna çox normal baxıram. Romanlarda da yazıçıların intim səhnələrdən istifadə etməsində pis bir şey yoxdur.

Sən film çəkir, roman yazırsansa, orda bir mesajın olmalıdır.

O mesajını yiyələrinə çatdırmaq üçün gərək sizin filminizə baxsınlar, romanınızı oxusunlar.

Kütləni mədəniyyətə cəlb etmək üçün bir vasitəyə çevrilir seks.

***

Bu günlərdə Markesin “Mənim sevimli fahişələrim” romanını oxuyuram. Həyatı boyu heç kimlə pulsuz yatmamış qoca qəzetçi 90 yaşında eyş-işrət etmək eşqinə düşür. Özü də 14 yaşlı bakirə qızla. Qızın yanına gedir. Lakini əlini qıza vurmur... Ömür boyu sevməyi bacarmamış, ancaq pul qarşılığında qadınları altına salmış bir adam. 90 yaşında keçmişinə baxır. Qoca başa düşür ki, seks hər şey demək deyil.

Doğurdan da seks hər şey deməkdirmi?

Yeniyetməlik çağında olanda elə bilirdim ki, seks hər şeydir. Sonra bir az böyüdüm. Gördüm ki, filosof və psixoloq Ziqmund Freyd belə bir söz deyibmiş. Əlbəttə ki, mən Freyd kimi düşünmürdüm. Freyd qədər düşünəcək ağlım yox idi.

Daha sonra isə öyrəndim ki, Freyd insan fəaliyyətinin motivasiya edən instinktlərin ancaq seksual instinktlərdən ibarət olması haqda fikrini redaktə edib.

I Dünya savaşı başlayanda Freyd insanların gözüaçıq ölümə getdiklərini gördü və seksin psixoanalizdəki rolunu məhdudlaşdırdı.

***

Seksual azadlıq gərəkdir.

Belə azadlıqlar olmayan cəmiyyətlər seksual xarakterli cinayətlər də çox olur.

Namus cinayətləri ən çox belə cəmiyyətlərdə baş verir. Belə cəmiyyətlərdə zorlama hallarının sayı çox olur. Hətta yaxın qohumların da zorlanması hallarına daha çox rast gəlinir. Belə cəmiyyətlədə fahişəlik də çox yayılır. Sevgilisi ilə sevişə bilməyən gənc oğlan üz tutur fahişə yanına. Deməli fahişələrə tələbat güclü olur. Nəticədə təklif də artır.

***

Azərbaycan kimi geridə qalmış cəmiyyətlərdə seks günah sayılır. Seks utanılacaq bir şeydir burda. Mentalitet seksi “təbii ehtiyacların ödənilməsi kimi” qəbul etmək istəmir.

Seks nə qədər ki, təbii bir şey kimi yox günah kimi qəbul olunacaqsa, orda seksin faciələri də çox olacaq.

Mentalitet münasibətlərimizi qaydaya salmaqdansa şantaj vasitəsinə çevrilir. Əgər bizim sevişmə səhnələrimizi çəkib bizi şantaj etməyi bacarırlarsa, onlara bu icazəni hüquqsuzluq və bir az da mentalitet vermirmi? Mədəni cəmiyyətlərdə kiminsə seksual kadrları heç kəsə maraqlı deyil.

Bir ara mobil telefonlarda porno videolar yayılırdı. Niyə insanlar sevişərkən bunu gizlin çəkmək ehtiyacını görürdülər? Sonra dostlarına göstərmək üçün. Uğurlu olduğunu, sekslə məşğul olduğun sübüt etmək üçün.

***

Seks haqqında köşədə yaza biləcəyim qeydlər bu qədər...
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020