news-inner
clock11:19 calendar-gray 29 Dekabr 2017 view-gray136 dəfə oxunub
view-gray136 dəfə oxunub

Qız üstündə rusları döyən Azərbaycanlı yazıçılar – XATİRƏ

Kulis.az yazıçı Səfər Alışarlının Yeni illə bağlı xatirəsini təqdim edir.

Bu xatirəni Abbasa görə yazmağı qərara aldım. 1983-cü ili qarşılayırdıq. Məlum böyük məsələyə görə Moskvada biz Azərbaycan əhlinə diqqət xeyli artmışdı. Odur ki, biz də Kremlin böyür-başında bu diqqətə layiq olmağa çalışırdıq: dərslərimizi oxuyurduq, şuluq işlərdən uzaq dururduq.

Yeni ili Litinstitutun yataqxanasında qarşılamaq özgə bir aləm idi. Bir-iki gün əvvəl koridorlarda, vanna otaqlarında, pilləkənlərdə xarab olmuş bütün lampaları və çarpayıların yataq ağlarını dəyişirdilər. Yeni il axşamında, heç nəyə baxmayaraq, hər yer işıqlı, təmiz, aydın və isti olurdu. Axşam saat 8-dən sonra 1-ci mərtəbədəki diskozalda rəqslər başlayırdı. Əksər otaqların qapısı həmin axşam açıq qalırdı: qonaq-qara, tez-tez mətbəxə, dükana, aşağı-yuxarı qaçmaq üçün elə rahatıydı. Koridordan keçən hər kəs içəri dəvətliydi. Baş vuran da olurdu, düz keçən də. Bəzilərini koridordan özünüz tutub gətirirdik ki, gəl ömründə birinci dəfə nar ye. Bayram əhvalını bölüşmək səxavəti vardı bu jestdə. 2 nəfərlik otaqlar qəşəng idi: 80-ci ilin olimpiada təmirindən çıxmış yataqxana bizim Dərnəgül qəsəbəsindəki susuz yataqxanalarla müqayisədə... Müqayisəyə gəlmir.

Bayram əhvalı çox şən notlarla otaqlardan axıb aşağıdakı diskozala akkumulyasiya olunurdu və sanki dopinq alıb bir az da qızışaraq yenidən mərtəbələrə qayıdırdı.

Əslində bunları yazmaq lazımdı.

Nə isə... Bir də gördük bizim otağın qarşısında buludlar qaralmağa başlayıb, hava guruldayır, ildırım-zad çaxmır hələ... Nolub, nolub? Bəs qızı aparıblar! Hər kim aparıbsa, bizimlə oturanlardan deyil. Amma tezcə məlum oldu ki, aparan nerusskidi, özü də bizim Əli Bayramlıdan olan tələbə yoldaşımız, gözəl nasir Abbas Talıbovdur. Abbas onda yataqxanada yaşamırdı, dərsə də gəlmirdi – diplom müdafiəsindəydi. Yeni il gecəsi hətta moskvalı tələbələr də axışıb yataqxanaya gəlirdilər. Abbas da çantasını çiyninə salıb gəlmişdi, bir-iki saat əvvəl liftdə birlikdə qalxmışdıq.

Yaxşı, qızı Abbas aparıb, bəs bizim 505-ci otağın qarşısına niyə toplaşırsınız, ay urus qardaşlar? Şeytan ölməyib ki! Kefiyuxarı uşaqlar başladılar qonşu 507-ci otağın qapısını döyməyə. O otaqda Elvira tək yaşayır və Allah bilir indi hansı otaqda, kimlərlə qeyd edir bayramı. Aha-a, Abbas da orada olub və otağın açarını Elviradan alıb gəlib girib ora! Nazik arakəsmə divarının bu üzündə mən yatıram, o biri üzündə Elvira, lazım olmayan məqamlarda bir-birimizin səsini eşidirik, hərdən tıqqıldaşırıq da...

Qapı sındırıldı!

18 il sonra bir yay günündə mən Moskvada qalmış tələbə yoldaşım Valeh Rzayevlə metronun “1905-ci il” stansiyası yaxınlığındakı açıq kafedə oturub qəhvə içə-içə o gecəni xatırlayırdım. Mən Abbası soruşdum Valehdən, dedi bilmir. Abbas bizimlə oxumuş yeganə Litinstitut uşağıdır ki, taleyindən bu gün də xəbərim yoxdur. İstedadlı, dil bilən, mütaliəli bir oğlanıydı.Valeh Rzayev hər cəhətdən çox layiqli birisiydi, neçə il əvvəl Moskvada qəflətən ürək çatışmazlığından vəfat etdi.

Bəli, qapı sındırıldı və tələm-tələsik paltarının bir hissəsini geyinmiş Abbasa hücum başladı. Biz də ölməmişik ki! Salyanlılar demişkən, kişi döyülük?! Tökülüşdük bu gədələrin üstünə, bir də gördük qonşu otaqda toplaşmış abxaz uşaqları də bizə kömək eləyir! Nə isə, qələbə çaldıq, “bayrağı” da taxdıq koridorun başına.

Üzbəüz idarədən polis gəldi fırlandı, Abbas çıxdı getdi, biz də dəm başımıznan belə oturub fikirləşirik ki, 3 gün sonra bayram qurtaran kimi rektor Vladimir Fyodoroviç Pimenov şəxsən araşdıracaq bu işi. Batdıq! Özümüz cəhənnəm, gör kölgəmiz haralara düşür!

Həmin il Abbası o işə görə diplom müdafiəsinə buraxmadılar, yəni institutdan xaric etdilər. Litinstitutdan qovulmaq elə böyük faciə deyildi, bir il sonra heç nə olmamış kimi qayıdıb deyirsən ki, ağıllanmısan və səni bərpa eləyirlər. Ağıllandığını deməsən də bərpa eləyirlər, çünki bilirlər ki, səndə ağıl ola bilməz!

Rektor isə bizə belə dedi: “Вы что, сукины дети, вообще обнаглели?!”

Bu, bizim gözlədiyimizlə müqayisədə cəza deyildi, tərif idi! Allah o dünyanızı abad eləsin, gözəl insanlar!

news-inner-user

15791 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020