writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock10:44 calendar-gray 27 Dekabr 2017 view-gray556 dəfə oxunub
view-gray556 dəfə oxunub

Anası əxlaqsız deyil deyə atasından küsən oğlan

Könül Cəfərli

Hər səhər oğlunun yatağını yığanda balıncının altından məktub tapır. Balasının atasına yazdığı sətirləri göz yaşı ilə oxuyur, amma yenə də inadından vaz keçmir. Deyir ürəyim dağlansa da, qoymaram uşaq atası ilə görüşsün. Məhkəmənin təyin etdiyi günlərdə də bir bəhanə ilə əngəl yaradır. Gah oğlunu rayona göndərir, gah yalandan xəstədir deyir. Bu yolla keçmiş ərinə dağ çəkdiyini düşünür. Amma...

Yazımın canı da elə bu “amma”dadır. Hər dəfə kişini nişan alanda oxu oğluna dəyir. Balası yaralanır, ağrı çəkir, o isə övladının necə “qanadığını” görmür.

Qadın qohumumdur, yaxından tanıyıram, oğlu üçün canını da verər, yeməz, yedirər, geyməz, geydirər. Di gəl, keçmiş ərinə olan nifrəti gözlərini bağlayıb, oğlunun yaralarından xəbəri yoxdur. Uşaq atası üçün darıxır, ağlayır, kitablarını cırır, məktəbə getmək istəmir. Anası isə tərsliyindən əl çəkmir. Kişidən qisas almaq naminə balasını da “xərcləyir”.

Tək qohumum belə deyil, boşanmış qadınların əksəriyyəti bu cür davranır. Ötən günlərin acısını çıxararkən öz balasına da xəsarət yetirir. Ayrı vaxt övladının barmağına tikan batmasına dözməyən ana kini və eqosu ucbatından uşağın həyatını zəhərə döndərir, keçmiş ərini övladı ilə cəzalandırır. Uşaq nifrətin, intriqanın alətinə çevrilir.

Boşanandan sonra eyni əməli edən kişilər də var. Uşağı anasına göstərmir, səhər-axşam keçmiş arvadını pisləyərək balasının gözündən salmağa çalışır. Hələ atılan böhtanları demirəm. Sırf anasına nifrət etsin deyə “fahişə olub”, “səni atıb, görmək istəmir” deyən atalar tanıdım. Bu cür mənəvi-psixoloji zərbələrə məruz qalan azyaşlının ruh halını təsəvvür edirsinizmi? Hələ o övlad oğlan uşağıdırsa.

Siz balanızın atasını (anasını) qaralamaqla heç nə qazanmırsınız. Lap deyək ki, uşaq valideyninə nifrət etdi, görmək istəmədi, bu mübarizədən karlı çıxdığınızımı zənn edirsiniz? Əsla! Ən çox itirən isə övladınız olur. Əlindən ən qiymətli olanı-atasını (anasını) alır, dünyasını başına uçurursunuz. Uşağa bu qədər zülm etməyə dəyərmi? Ürəyində ataya (anaya) nifrətlə yaşamaq asandırmı? Balanıza bunu etməyin...

Gəncədə olmuş hadisədir. Boşanandan sonra ata oğlunu anasından tamam ayırdı. Qadın günlərlə keçmiş ərinin qapısında yatdı, qonşular minnətçi düşdü. Kişi inadından dönmədi. Axırda zavallı kəndinə qayıtdı. Uşaq böyüyəndə anasını axtarmasın deyə övladını ona qarşı nifrətlə böyütdü. Yalandan danışır ki, guya əxlaqsız olub, sevgilisinə qoşulub qaçıb. Oğlan bu yalanlarla böyüyür. Bir gün qonşu Rəsula (ad şərtidir) deyir ki, anan yaxşı qadın idi, filan yerdə yaşayır. O da atasından xəlvət kəndə gedir, qohumlarını tapır. Orada gerçəkləri öyrənir. İkinci dəfə ailə qurmadığını, balasının xiffəti ilə yaşadığını bilir. Rəsul anasının yerini soruşanda onu məzarlığa aparırlar. Qadın vaxtsız vəfat edibmiş.

Atası nə qədər yalvardısa, Rəsul onu bağışlamadı, evdən çıxıb getdi. Beləcə valideyn hikkəsi övladın həyatını məhv etdi.

Sivil toplumlarda boşanan tərəflər uşağın zədəsini minimuma endirməyə çalışır. Bunun üçün keçmiş ər-arvad birgə əməkdaşlıq da edir. Ən azı köhnə tanışlar kimi münasibət saxlaya, övladın əziz günlərində yanaşı dayana bilirlər. Eqoları uşağın önünə keçmir. Bizdə isə balanı yarımcan edənədək ata-ana əl çəkmir, psixikasına o ki var zorlayırlar.

Çox zaman unudurlar ki, boşanma ər-arvad üçündür. Övladı bu əzablı prosesə cəlb etmək, seçim qarşısında qoymaq, atasından (anasından) imtina etməyini istəmək uşağa edilən ən böyük haqsızlıq və pislikdir. Boşanmanın qətiyyən əleyhinə deyiləm. Ağır münaqişəli ailələr üçün bəzən tək çıxış yolu budur. Vacib olan sivil şərtlərlə ayrılmaq, övladı bütün intriqalardan uzaqda saxlamaqdır. Əsl ana (ata) fədakarlığı məhz budur, “Biz boşandıq, amma atan (anan) səni çox sevir, hər zaman yanında olacağıq”, - deyə bilməkdir.

Bütün hallarda boşanma ağrılı prosesdir və ən böyük zərbə övlada dəyir. Ər-arvad ayrılandan sonra 2 müstəqil insana çevrilir. Amma uşaq ömrünü yarımçıq yaşayır, bir əlindən anası (atası) tutanda, o biri əli həmişə boş qalır. Zarafat deyil, iki düşməndən biri atası, digər anasıdır. Övlad üçün bundan ağır dərd olarmı?

Balanızı eqonuzdan, nifrətinizdən daha çox sevin! Ayrılığın fəsadını olduğundan daha çox ağırlaşdırmayın, faciəyə halına salmayın. Fərqində olmadan açdığınız yaralar övladınızın ruhunda, xasiyyətində, həyatında korrektəsi mümkün olmayan dərin izlər buraxır. Bunu boşanmanın ağrısını bilən biri kimi yazıram.

Balanızın arzularını şikəst etməyin, axı siz onu canınızdan çox sevirsiniz...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021