news-inner
clock14:20 calendar-gray 13 Dekabr 2017 view-gray121 dəfə oxunub
view-gray121 dəfə oxunub

"Azad Qaradərəli yalan danışır" - İDDİA

Kulis.az yazıçı Azad Qaradərəlinin video-söhbətində adı çəkilən tərcüməçi Xeyrulla Xəyalın redaksiyamıza göndərdiyi elektron məktubu təqdim edir.

Hörmətli redaktor!

Azad Qaradərəli ilə sizin söhbətinizin video yazısına baxıb çox hiddətləndim. Çünki Sizin həmsöhbətiniz mənim haqqımda, yumşaq desək, gözünü qırpmadan yalan danışır.

Qaradərəli deyir ki, guya mən ona haçansa müraciət eləmişəm, demişəm ki, Bakıda tərcümələrimi hara göndərirəmsə, çap eləmirlər. Ancaq təxminən il yarım əvvəl Qaradərəli mənə Feysbukda müraciət edənə qədər mən nə bu adamı tanıyırdım, nə də onun jurnalını. Baxın, bu onun mənə ilk müraciətidir. Skrinşotu da əlavə edirəm ki, şübhəniz qalmasın.

Azad Qaradərəli yazır:

“Salam. Təsadüfən sizin bloqunuza rast gəldim. Tərcümələriniz diqqətimi çəkdi. Ona görə dostluq göndərdim

Mən müstəqil "Yazı" ədəbiyyat dərgisinin baş redaktoruyam. Maliyyə problemindən gecikə-gecikə də olsa çıxırıq. Tərcümələrinizdən bizim dərgiyə də göndərə bilərsiniz.

Dərgimizin elektron variantı - saytımız da var. Bu ünvana müraciət edə bilərsiniz

yazidergisi.com”

Bu da mənim cavabım:

“Salam, hörmətli Azad müəllim! Diqqətinizə görə minnətdaram. Mənim tərcümələrim Azərbaycanda cəmi bir dəfə çap olunub - 1989-cu ildə Anna Axmatovanın üç şeiri "Ədəbiyyat və incəsənət" qəzetində. Tərcümələrə elə "əl gəzdirilmişdi" ki, indiyəcən acığım soyumur. Mən, əlbəttə, müxtəlif illərdə çevirdiyim şeirlərin Azərbaycanda oxunmağını istərdim, bir neçəsini jurnalınıza göndərərəm…”

Və mən bir neçə tərcümə göndərdim ki, indi buna çox peşmanam. Sonralar da Azad Qaradərəli məni fakt qarşısında qoyurdu, birdən yazırdı ki, “dərgi”nin yeni nömrəsinə mənim tərcümələrimi qoyur, varsa, yenə göndərim. Deməliyəm ki, “Yazı”nın neçə nömrəsində çap olunduğumu bilmirəm, o jurnalın bircə nömrəsini də görməmişəm, Azərbaycanda son dəfə 2015-ci ilin yayında olmuşam.

O ki qaldı mənim guya Bakıya yazılar göndərməyimə, mən son otuz ildə Bakıya heç yerə yazı göndərməmişəm. 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan tərcümələri mən Anara göndərmişdim, buna qədər isə Anarla xeyli yazışmışdıq, bir dəfə onunla Bakıda görüşmüşdüm də və o, mənə Azərbaycana qayıdıb yeni yaranan tərcümə mərkəzində işləməyi təklif etmişdi. “Ədəbiyyat” qəzetində gedən tərcümələrə xeyli düzəlişlər edildiyindən mən Anara qəzəbli məktub yazdım (boynuma alıram ki, yolverilməz ton və leksika ilə), bununla da hər şey bitdi.

2007-ci ildə “Mediaforum” saytında mənim 17 şeirim gedib. O şeirləri Samarada yaşayan qardaşının yanına gedib-gələn jurnalist Surxay Hüseynli alıb Bakıya aparmışdı. Yəni ki, o şeirləri də mən göndərməmişdim.

Azad Qaradərəli məni “Samarada yaşayan yaşlı bir kişi” kimi təqdim edir. Mən doğrudan da 1985-ci ildən Samarada yaşayıram və 64 yaşım var. Ancaq bu “yaşlı kişi”nin hələ 1979-cu ildə Azərbaycan jurnalında tənqidi məqaləsi, 1981-ci ildə hekayəsi, 1983-cü ildə “Literaturnı Azerbayjan” jurnalında məqaləsi (dissertrasiyamın bir hissəsi) çap olunub. Həmin məqaləyə sonra “Literaturnoye obozreniye” jurnalında 1985-10) yaxşı qiymət verilib. Belə yaxşı qiymət hekayəmə də verilib. (“Ədəbi proses -1982). O vaxtlar Azad Qaradərəli hardaydı və kim idi?

Mənim uşaqlığım çətin, davalı bir ailədə keçib, ancaq bu ailədə uşaqları tamahsızlığa, düzlüyə öyrədiblər. Mən heç vaxt redaksiya qapılarını gəzməmişəm. Rusiyada yaşayandan Azərbaycanda kimin nə yazdığı ilə iki-üç ildən bir epizodik maraqlanıram. Və görürəm ki, indiki “yaradıcı” gənclər də 35-40 ilin qabağın “yaradıcı” gənclərinə iki damla su kimi oxşayırlar: yenə həmin cahillik, dəstə-dəstə çayxanalrı gəzmək, xam axtarıb hesabına qarın doyurmaq, min cür hoqqa ilə, alçalmaqla, əyilməklə əlyazmalırını harasa, kiməsə sırımaq, dilənib kitab çıxartdırmaq...

“Sən mənə bir qonaqlıq borclusan...”

Azad Qaradərəlinin jurnalında çap olunmağa mənim heç bir motivasiyam olmayıb, çünki bu jurnalın kontingenti İnternet axtarışçıları tərəfindən indeksasiya olunmur və burda çap olunmaq yazdığını torpağa basdırmaq kimidir. Və mənim ilk tərcümələrim bu jurnalda il yarım bundan qabaq çıxıb. Bu müddət ərzində bu tərcümələr haqqında mətbuatda bir kəlmə deyilməyibsə, ora yazı verməyin nə mənası var? Təkrar edirəm ki, məni hər dəfə Qaradərəli fakt qarşısında qoyurdu və mən “yox” deyə bilmirdim.

Və bu insanla münasibət məni həm də onun fövqəladə qabalığına və müxtəlif eyhamlarla məni aşağılamağa çalışdığına görə sıxırdı. Ondan rədd olmaq istəyirdim, ancaq fövqəladə kinliliyini nəzərə alıb onun dilinə-ağzına düşmək istəmirdim. Özünüz görürsünüz ki, o, göz qırpmadan hər cür böhtan quraşdıra bilər!

Mənə yazmaq üçün, tərcümə etmək üçün nəinki çap olunmaq, hətta oxunmaq da vacib deyil. Əlbəttə, çap olunmaq, oxunmaq yaxşı olardı, ancaq rusların dediyi ki, zorla özünü sevdirə bilməzsən... Mən bu işi ona görə görürəm ki, öz insan adımı və təyinatımı doğruldam və Şekspir, Oden, Frost, Tsvetayeva, Bodler kimi insanlarla ünsiyyətdə ola biləm.

Mənim Bakıya “yazılar göndərmədiyimi” redaktor həmkarlarınızdan öyrənə bilərsiniz. Göndərsəydim, sizə də gəlib çıxardı... Ancaq bu məktubumun saytınızda çap olunmağını istərdim, çünki məhz Sizin saytda, Sizinlə söhbətdə mənə böhtan deyilib.

Hörmətlə

Xeyrulla Xəyal

Samara

news-inner-user

15857 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020