Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş müəllif konserti

Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş müəllif konserti
13 dekabr 2025
# 12:25

Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli ”Əmək” ordenli professor Tofiq Bakıxanovun anadan olmasının 95 illiyinə həsr olunmuş müəllif konserti keçirilib.

Kulis.az xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək İttifaqın ən yaşlı üzvü, məşhur Bakıxanovlar nəslinin nümayəndəsi, Qara Qarayev məktəbinin yetirməsi Tofiq Bakıxanovun yaradıcılıq və pedaqoji fəaliyyətindən söhbət açıb. O qeyd edib ki, Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edir. Bunun bariz sübutu isə onun yubileyi münasibətilə keçirilən festivaldır. Festivalın proqramında bəstəkarın baletləri, ansambl əsərləri, romans və mahnıları, ümumiyyətlə, müxtəlif janrlarda yazılmış əsərləri təqdim olunur.

Firəngiz Əlizadə Tofiq Bakıxanovun uzun illər Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasında çalışdığını söyləyib. Məhz bu gün onun əsərləri həmin ali məktəblərin tədris repertuarına daxildir. 1958-ci ildən Bəstəkarlar İttifaqının üzvü olaraq həmişə onun fəal nümayəndələrindən biri olub və bu gün də bizim İttifaqımızın Ağsaqqallar Şurasının üzvüdür.

Böyük məmnunluqla bəstəkarın ad günündə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması qeyd olunub. Həmçinin Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının təbrik ünvanını yubilyara təqdim edib.

Tədbir Tofiq Bakıxanovun əsərlərinin səsləndirilməsi ilə davam edib.

Sonda Tofiq Bakıxanov çıxış edərək öz əsərlərinin yeni not nəşrlərini təqdim edərək konsertin təşkilinə və səmimi təbriklərə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə, başda Firəngiz Əlizadə olmaqla, tədbir iştirakçılarına, ifaçılara dərin təşəkkürünü bildirib.

Konsertin aparıcısı Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova olub.

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər