writer1

Günel Natiq

Məqalə sayı

147
clock11:13 calendar-gray 12 Dekabr 2017 view-gray477 dəfə oxunub
view-gray477 dəfə oxunub

Röyanı Türkiyədə gözləyən məğlubiyyət

Günel Natiq

O gün müğənni İradə İbrahimovanın müsahibəsindəki sözlər diqqətimi çəkdi. Röyaya ünvanlanmışdı:

“Onsuz da sən Türkiyənin ulduzu ola bilməyəcəksən. Bütün xərclər, cəhdlər boşunadır. Heç orda: “Sizdə Röya var, filan mahnısını eşitdik”, - deyən görmədim”.

Allahdan gizlin deyil, sizdən nə gizlin, Türkiyə şou-biznesi müğənnilərimizin yaralı yeridir. Sarı simə toxunmaq üçün müğənnilərimizdən hər hansı birinə bircə sual vermək kifayətdir:

“Nə əcəb Türkiyənin şou – biznesinə qatılmırsınız?”

O dəqiqə müğənnimizin 200 minlik avtomobili, 500 minlik mənzili, bahalı toyları, dəbdəbəli libasları, bir sözlə, fəxr etdiyi nə varsa yadından çıxır. Köklənir Türkiyədən gələn qərib havaya. Və başlayır sadalamağa. Məlum olur ki...

Məlum olur ki, heç müğənnimizin özü də Türkiyə şou-biznesinə qatılmağa o qədər meyl eləmir, yəni meyl eləməyinə eləyir, sadəcə cəhd eləmir, cəhd də belədir ki, bu işlər elə-belə xırda-para cəhdləri sevmir, gərək böyük miqyaslı layihələr, sıçrayışlar edəsən və s.

Əlqərəz, söhbət dolaşığa düşür, müğənnimizin kefi pozulur, aparıcı isə sarı simə toxunduğunu hiss edib özlüyündə sevinir.

Öz aramızda qalsın, doğrudan Türkiyə şou-biznesi niyə bu qədər mühafizəkardır? Müğənnilərimizin cəhdlərini, çabalarını gözləri görmür bəyəm? Bu son 20 il ərzində ulduzlarımız bu işə nə qədər sərmayə yatırıblar, mədəni mübadilələr ediblər, ən bahalı sənətçiləri gətirdiblər, hörmət-izzətlə müsafir ediblər, məşhur müğənnilərin dəstəyilə Türkiyədəki şou-proqramlarda çıxışlar ediblər. Tək istəkləri də bu olub ki, şorbada bunların da duzu olsun. Yəni Türkiyədə bilsinlər ki, bu adda müğənnilər də var.

Amma yox ki, yox. Bilmirlər ki, bilmirlər! Elə bil müğənnilərimizə cadu eləyib yollarını bağlayıblar. Bir güclü duaya ehtiyac var ki, bu işi birdəfəlik çözsün. Belə baxanda heç kimdən geri qalan deyilik. Nə çox Sibel Can üzlü pərilərimiz! Səs də ki, Allah verəndən az-çox varımızdır. Çox şükür, modern studiyalar səsi istənilən dərəcəyə qədər yüksəldir. Belə baxanda heç bir problemimiz yoxdur. Amma yolumuz elə bil Qaf dağına dirənib.

Yadınıza gələr, Türkiyənin dünya şöhrətli məşhur modaçılarından biri illər öncə Bakıya gəlmişdi. Necə oldusa, kişinin ayağı burxuldu, yerə yıxıldı. Modaçını Bakıya gətirdən müğənnimiz qonaq kompleks keçirməsin deyə tez özünü atdı yerə.

Çox maraqlı mənzərə idi. Modaçı qonaq və müğənnimiz yerdə uzanıb gülümsəyirdilər, guya ki, performans sərgiləyirlər. Yəni deməyim odur ki, ən kritik situasiyalar üçün nəzərdə tutulmuş performanslar da bizdə! Amma axırı nə oldu?

O oldu ki, məşhur modaçı İstanbula çatar-çatmaz təmtəraqlı layihəni də, fədakar müğənnimizi də, onun təkrarsız performansını da unutdu. O biri il üçün isə layihəni başqa bir müğənni ilə bərabər hazırladı. Burda deyiblər, əlimizin duzu yoxdur!

Elə götürək Röyamızı. Vallah bu qızı çox sevirəm. Üslubu, ifaçılığı üst səviyyədədir. Di gəl ki, Türkiyə şou-biznesinə o da qatıla bilmir.

Bildiyim qədər Röya Türkiyədə əvvəl öz mahnılarımızla çıxış elədi. İfa da, performans da bəyənildi. Yadıma gəlir, türkiyəli aparıcı müğənnimizə: “Vallah, elə özün də röya kimisən!”, - demişdi. Amma bütün cəhdlərin müqabilində geniş kütləyə çıxa bilmədik.

Növbəti dəfə Röya Türkiyədə bir-birindən gözəl mahnılar yazdırdı, ifa etdi. Yeni performans sərgiləyib şərqinin görüntüsünü yaratdı, klip çəkdirdi. Adamın Allahı var, klip Avropa standartlarına tam uyğun idi. Yəni bu klipin böyük miqyaslı tanıtım üçün hər cür imkanları vardı.

Klip Türkiyə televiziyalarında bir neçə dəfə yayımlandı və... yaddan çıxdı. Amma bu yeganə klip olmadı. Ruhdan düşməyən müğənni daha bir neçə iri miqyaslı layihə hazırladı, kliplər çəkdirdi. Amma gözlənilən sıçrayış əldə olunmadı.

Təsəvvür edirsiniz, bütün bu cəhdlərdən sonra bir nəfər sənin qarşına keçir və deyir ki, heç əziyyət çəkmə, onsuz da tanına bilməyəcəksən, orda heç bilən yoxdur, belə bir müğənni var, ya yox.

Önəmli məsələlərdən biri budur; müğənnilərimizi həqiqətən tanımırlar, ya sadəcə tanımaq istəmirlər?

Türkiyəli müğənnilərlə illərdən bəri müxbirlərimin apardığı “eksperimentlər” hələ bir nəticə verməyib.

Eksperiment bundan ibarətdir ki, Bakıya konsert verməyə gələn müğənnini aeroportdaca yaxalayıb sual verirlər ki, bizim müğənnilərdən kimi tanıyırsınız? O da ha fikirləşir, yadına heç kim düşmür. Deyir, vallah heç kimi tanımıram.

Bu cavabla da yaralı yerimizin ən şiddətli nöqtəsinə toxunur. Hərə öz tribunasından sənətçiyə hədələr yağdırır. Biri deyir, nankordur, biri deyir, lovğadır, biri deyir, kütbeyindir, biri deyir, özünü göstərir, biri deyir... Əlqərəz, bu sənətçi də gözümüzün düşməninə çevrilir.

Növbəti qonaq sənətçi işini ehtiyatlı tutmağa çalışır, təyyarədə bir neçə müğənnimizin adını öyrənir, elə məşhur sualın cavabını vermək istəyəndə, dili dolaşır, əzbərlədikləri də yaddan çıxır. Nə işdisə, heç bəxtimiz gətirmir də!

O gün televiziya verilişlərinin birində bir türkiyəli müğənniyə əlacsızlıqdan müğənnilərimizin şəkillərini göstərib şagird kimi dərs keçirdilər: Bax bu Elarizdi, bu Aygündü, bu Şəbnəmdi və s. Müğənnilərimizin tez-tez əməliyyat etdirib dəyişdiyini nəzərə alsaq, deyəsən bu vasitə də işə yaramayacaq.

Hərdən öz-özümə deyirəm, axı bu türkiyəli qardaşlar özləri 80 milyondur, onun da yəqin 1-2 milyonu müğənni olar. Öz oxuyanlarının adını güclə yadda saxlayırlar, o ki qaldı bizimkilər ola.

İndi gəl cəhd elə, görüm necə eləyirsən...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021