news-inner
clock15:23 calendar-gray 29 Noyabr 2017 view-gray166 dəfə oxunub
view-gray166 dəfə oxunub

Yer mətnlərinin göyə qayıtması - Xanəmir Telmanoğlu yazır

(2-ci yazı)

ey dadi bidad danəndə dəhan dərviş d...

qoy bir az da göyə patişah baxsın...

Öncəki yazımızda yerüstü mətnlərin kosmosa dönməsi, yer kitablarının göyə qalxmasından bəhs etmişdik.

Bu doğrudan da baş verib. Bu doğrudan da belədir. Bu əsla bədii həqiqət deyil sadəcə, bu ilahi qanunauyğunluqdur həm də.

Bu gün bütün lazımlı dünya əhəmiyyətli informasiyaları kosmossuz:- kosmik dalğalardan keçmədən əldə etmək mümkün deyil. Çağdaş dünyanın radio, televizyon, bilgisayar, telefon sistemləri adam balasının dəyərlərini üzə çıxarmaqla yanaşı, o dəyərlərin alt qatındakı mənəvi – ilahi keyfiyyətlərin də gün işığına çıxmasına bais olur.

İnsanın içindəki mənəvi keyfiyyətlərin cüzi bir qismi ümumiləşərək dışa vurdu və bu dışavurum prosesində tarix aşamasında necə derlər, televziyona, radioya, telefona, bilgisayara, uçağa, reaktiv uçaqlara, roketə və.sairəyə dönüşə bildi. Yəni mənəvi keyfiyyətlər potensial olaraq bu gün bir çox dünya işlərimizin əsasını təşkil etməklə, həm də müəyyən amaclara ulaşmamızda vasitəyə çevrildi. Bu yeri boş qalmış o mənəvi dəyər dediyimiz ilahi yapılı iç düzənimizin oluşumunun yerini olsun ki, bir başqa keyfiyyətlər tutub əvəz etsin. Dünya, dünyanın yapısıyla birgə nəsillər, insanın bədən, beyin proqramları dəyişdiyindən bu fərqləri həmən hiss etmək, görmək, qiymətləndirmək çətinlik yaradır. Ama həyati fakt öz reallığını ildırım sürətiylə sürərək davam etdirir.

Qayıdaq mövzumuza. Görəsən hansı dəyərli, ya dəyərsiz səbəblərdən bir zamanlar yer üzünə üz tutan yazılar, fikirlər, mətnlər, kitablar bu gün artıq başqa bir şəkildə, donda, forma və məzmunda geriyə qayıdır. O mətnlər də görəsən formaca milli, məzmunca bəşəri, ümum dəyərcə ilahidirmi? Bu suallar görünür hələ çox lələklərin mürəkkəbini tükədəcək. Sadəcə olaraq, insanların qafasında hər zaman qarışıq suallarla yanaşı, qarışıq sözlər zamanı çatmış olayların mahiyyətini anlamaqda zorunluqlar yaradır. Bu zorunluqlardan biri də məsələn, yazımızın mərkəzi nöqtəsini oluşdurub təşkil edən GÖY sözüdür. Bu söz bütün türkdilli toplumlarda aşağı-yuxarı bir az fərqli, bir az uyğun bir az eynilik təşkil etməklə elə beləcə də yazılaraq eyni mənanı nişan verir. Biz Göy, dediyimiz zaman YUXARI denilən bir istiqaməti nəzərdə tuturuq. Oysa, yuxarı deyilən bir şey yoxdur. Bütün planetlər, qalaktikalar iç-içə olduğundan dairəvi formada bir hərəkət trayektoriyası cizər. Bu baxımdan insanın, canlıların düşüncə, şüur, təfəkkür sistemində, məsələlərə yanaşma tərzində də bir dairəvilik, ovallıq mövcuddur. Bu Amerika bulmaq deyil əsla, sadəcə kuraldır. Düşüb gedərsən. Nə buldun sənindir, ” gerisi həp anqariya”.

İnsanlara məlumatın gəlməsi, enmə kitabların mənbəyi Löhvi-Məhfuz denilə metafizik, ilahi məkandır. Bu kəlam deposu bizə məlum indiyə qədər bir neçə nəbilərə şifahi bilginin, informasiyanın dışında düz dört dəfə kitab şəklində şansımızı gülləndirib, bəxtimizə çıxıb. Bütün doğulan, ölən insanların hamısı bu 4 Kitabın enmə vaxtlarının aurasında yaşarlar. Bu bizlərdən sonra da Qiyamətə qədər böyləcə sürüb gedəcək, davam edəcək. Quran bəzən səsli deyil, islam alimlərincə, bəzən Mələyin əlindəki yazılı səhifələrdə peyğəmbər əfəndimizə göstərilirdi. Bu yer kürəsinin yazıya şəkillənməsinə, yazıya adaptasiya olmasına, yazıya qarışmasına və insanın ancaq yazı vasitəsi ilə kosmosla, ilahi ədalətlə əlaqəyə girməsinə dəlalət edəcək işarətlərdən bir dənəsidir.

Bəs mövzuymuz? Bəs geriyə dönüş sağlayan mətinlər nədir? Bu mədəni, ilahi olay nədən gerçəkləşir? Sonuc bir məsələyə hizmət edirmi? Bu geriyə dönüş sağlayan yazı, mətin, kitab dediyimiz nəsnə hansı yollarla özünü təsdiqləyib kanıtlayır? Bu suallar nədən doğur?

Ağla gələn bütün fikirlər sonucda gerçəkdir. Reallığa qovuşur.

Türk ədəbi təfəkkürü şifahi təfəkkürdü. Yazı ədəbi təfəkkürdəki bədii enerjini öldürür. Bu şifahilikdə yox dərəcəsindədir. Mən bir dəfə yazmışdım, türkün yazılı ədəbiyyatı olmayıb. Mənə elə gəlir mətinlərin geri dönüş prosesini yer üzündə türk ədəbi təfəkkürü sağladı. Bu da ondan irəli gəldi ki, türk ədəbi təfəkkürü şifahidir, bu ədəbiyyat nə qədər mədəniyyətin formalaşmasına xidmət etmişsə , bir o qədər də dövlət qurmaq mədəniyyətinin bizzat nüvəsini təşkil etmişdi. Bu ədəbi bədii poetik qanunauyğunluq türk ədəbi etnosunun bir kanıtı, onun tarix içindəki hizmətiylə ölçülmüş oldu.

2. Din şəklində yerə enən dalğa, sənət şəklində göyə qayıdır demişdik. Təsəvvür edin, ot haqqında şer yazılır. Oxunulur. O şer həm də səsimizlə radioda, televizyonda oxunulursa, peyk vasitəsiylə kosmik dalğalarla kosmosun varlığından keçib yenidən duyulur. O otun tərkibi də Göydür. İşıqla İlahi mənbənin qaynağından gələrək yerdə formasını alıb yenidən sənətdə otla bağlı şer də gedərək işığa, havaya, kosmik dalğalara işığın tərkibinə qarışıb ilahi qaynağa dönüşür. Bu dövrü aləm oyunu ilahilikdən dinə, həyata, həyatdan sənətə və ilahiliyə dövr edərək əbədi təxəyyül dairəsini hərəkətə keçirmək surətiylə tamamlama görəvini bitirir…davam etdirir. Kağız üzərindəki yazı şəkillənməsi bu əbədi zaman, böyük dövriyyənin fonunda yanıb sönən, bir anlıq qaranlığı, şəri yaran , parçalayan şimşəkdir.

3. Sənət olan nədir deyə sual döğur?” Sənət olmayan heç bir şey həqiqi deyildir” hər şeyin-bizimlə ilgili hər şeyin sənət olma imkanı şəksizdir. Demək sənətə çevrilən topraq, daş, su, ağac – həqiqət yükünü bu ilahi dayanacaqdan da bərraklığı xatirinə, tamlığı naminə keçirib İlahi Qaynağa sürükləyir.

4. Din ağırlığında enən kitab sənət ağırlığıyla göyə qayıdır. Dini mələklər endirir. Sənəti isə ya təxəyyülümüz, ya da energetik olaraq geriyə doru özü qayıdır.

Yerin dinə ehtiyacı qaçınılmazdır. Göyün sənətə, ədəbiyyata, bədii təxəyyülə, poetikaya, obrazlara, metaforalara, formaya, üsluba dəxli varmı? Bu sual ağır sualdı. Yəni bizlər artıq insana dəxli olan məsələləri onun dışına da eyni amacla, üsul və tavırlarla daşımağı, yaymağı bacarmasaq, insanla bağlı sorunlar mənəvi atmosferdə heç vaxt özgürlük aurasında tapmayacaq. Yazı dediyimiz sənət , onun içi, içəriyi hər zaman fərqli formalarda insanlara şüuraltı olaraq köləliyi təbliğ edəcək.

Mələklər vasitəsiylə hava, işıq, səs, enerji kimi gəlib sözə, fikrə, sistemə çevrilən, ilahi ədalət prinsipi (din) Yerdə insan xarakterində və təxəyyülündə şəkillənərək insanın ruhuna verdiyi payı verib geriyə qalanını insanın bədii ovqatıyla süsləyərək GÖYlərə (sənət adıyla) qaytarır.

5. İşıqdan, havadan, sudan çıxıb, insandan, havaya, suya yenidən dönüşlə qarışa bilən güc, enerji:- ilahi ədalət prinsibləri bizə doğmadır. ( bu yerdə qədim şaman duaları olaraq bizə gəib ulaşan sözlər, şerlər o qədər doğru olana yönəlib ki…)

Bir ovuc suyla, bir əlçim işıqla, bir udum havayla, “ qalanlara salam olsun” “ cəfadan yar usanmazmı” “ dağlar bizimdir” “ mən zalım adamam kamança” kimi söz, tərkib, birləşmə, misra və hərflərin heç bir fərqi yoxdur. Onların hamısı maya , kök, rüşeym, cövhər ( cəhətcə) işıqla, suyla, havayl, topraqla eyni tərkib və soydandır.

GÖY ÜZÜNƏ YAZILAN YAZIMIZ

Yazıların yazılmadığı yer qaldımı? Daşlara yazıldı, ağacların üzərinə yazdıq, dəmir lövhələrin, kağızların üzərinə doyunca yazılar yazdıq. olmadı. İndi kağızlarda da doyub internetə, elektron dünyaya, elektron səth üzərində yazılarımızı yazırırq. Bu elektron səth həm də enerji axınları, kosmik enerji dalğaları olmaqdan başqa nə ola bilər ki?

Elektron səthin-bilgisayarın ekranında bir fayl açıb yazıya başlayıram. Mən bu hərəkətimlə dünyanın gəlib getmiş bütün oyunlarını oynayıram, bütün oyunları bacardığıma bir eyham vururam. Bu ağır və məsuliyyətli işi icra edərkən fərqində olmasan, nə etdiyini qafanda suallaya bilməsən, sözsüz olub bitənlərdən heç vaxt xəbərimiz olmayacaq. Üstəlik bu yazıları sağdan sola, soldan sağa yazmağa davam edən bir yazardısa, gerçək dən işin mahiyyəti dəyişikdir demək ki.

Yazar olmaq bu prosesin içində bütün kosmik aləmi bir-birinə qatıb, onun bir “tərəfindən”vurub o biri “tərəfindən” çıxırsan. Sanki bu zaman bütün yönlər, kosmik tərəflər səni, yazarı milyon ildir tanıyırmış. səninlə bir həşr-nəşr olmağı var ki...sən də eləmə tənbəllik, kosmik dalğaların diktəsinə burun soxursan. bəlkə də sənin, mənim bu jestin kosmosun xoşuna gəlir.

Az qalır qarşında bütün imkanlarını açsın. Az qalır kosmos səni bu qarşısında oturduğun bilgisyarın ağuşuna alıb özününküləşdirsin. Az qalır kimmerlərin, skiflərin, sakların, ordan da adlayıb misirlilərin, azteklərin, mayyaların, şumerlərin, etruskilərin bütün bildiklərini sənə əta eləsin. Bilgisayar doğmalığı kosmosun belə bir addımı zamanı üzə çıxır. Sən yazmağında davam edirsən. Bu yazı üsulu səni əsla bıktırmır, bezdirmir. Daha əlində külüng, daha əlində lələk, daha əlində pero, qələm, karandaş yoxdur. sadəcə olaraq, yazarın bu hərəkəti uzaqbaşı, nə vaxtsa musiqi əhlinin pianinonun arxasına keçib barmaqlarını alətin dillərinə toxundurmasına daha çox bənzəyir. Dillərin altındən həzin-diri səslər çıxaraq elə biləsən əllərinin üzərində birləşirlər. Qulağına çatınca, hər şey dəyişir. Artıq səslərdən deyil, əsərlərdən, mahnı, musiqi nümunələrindən, zamandan, epoxadan, tarixdən, daxili aləminin gözişləməz dərinliklərindən danışa bilərsən.

Bir az sonra yazını tamamlaya da bilərsən davam etdirə də bilərsən. Bu sənin öz işindir. Bunun yazını davam etdirib-etdirməməyinin yazının kosmik arenadakı açdığı rola, sərgilədiyi səhnəyə o qədər də aidiyyatı yoxdur. Keçək əsas məsələyə....

Barmaqlarım klaviaturun üzərindəki hərfləri dənlədikcə, içində bulunduğum mənzərə bir az da ögey ana tərəfindən yetim qız Fatmanın qabağına tökülən bir teşt qarışıq, çirkli buğdanın təmizlənməsi üçün qızıl xoruzun gizli şəkildə köməyini xatırladır. Barmaqlarım bu an o qızıl xoruzdan heç də fərqlənmir desəm, inanmazsınız. mən o qızıl xoruzun ilk dəfə o yetim qızın qarşısına tökülən bir teşt buğdanın təmizlənməsinin ilk tarixini nə vaxta təsadüf etdiyini dəqiq bilməsəm də, təxmini bir qədimlik variasiyasını öz çəmbərinə almağı bacaran bir zaman kəsiminin var olduğunu qəribə bir nostalgiya ilə xatırlayıram. Amma barmaqlarım hardan o qızıl xoruza dönüşdüyünü indi lap cani dildən şumerlərlə, pramidalarla, ehramlarla, xalça və əlifbalarla bağlamağımı heç cür kəsdirə bilmirəm. Ancaq...

Bütün yazılar göyüzündən gəlir. Göy formal olaraq, sadəcə bir istiqamət, yuxarı anlayışını əks elətdirir. Göy, yuxarı deyilən elə bir şey yoxdur. Biz, mən bu yazını yazarkən, indiki halımla göy dediyimiz məkandan daha çox yuxarıyam, daha çox göy, daha çox səmayam. ən yuxarı, göy, səma dediyimiz isə, yəqin ki, yazdığımız yazıların ilkin mənbəyidir, yazılarımızın axıb bizlərə gəldiyi, ruhumuza, şüuraltımıza qoşulduğu yerdir. O ilkin yer, məkan indi özü də hardasa bir ötürücü olaraq həm görünməz dalğalarla varlığıma enerji axını təşkil edir, həm də bu enerji axının ekran səthində yazıya dönüşündən sonra sanki yazı, fikir, düşüncələrim havaya qarışır. elə ekrandakı bu yazı şəkli, halıyla havanın tərkibinə daxil olur. Hava əsla yüklənmir, ağırlaşmır. Hansı fikri, düşüncəni, duyğunu əks etdirirsə-etdirsin bu yazılar, hava daha da yüngünləşir, elastikləşir, oynaqlaşır, hava daha çox kosmik yerdəyişimə imkan yaradır. Hava indi bizim yazımızla dolub daşaraq fikir yükünü bir yerdən başqa bir yerə doğru aparır.(yanmış yazıdan tüstü ayrılır. Ordakı, havanın tərkibindəki yazıda isə yazı havanı daha da bərraqlaşdırır. Yazı havanın tərkibində oksigeni artırır.) yazı kosmik dalğalarla hərəkətə gəlir. Hara gedirsə, o daha çox görünməyə meyllənir. Elektron dünyanın səthində yazıya dönüşən mənim fikirlərim və düşüncələrim, üstəlik də duyğularım, hisslərim, mənə nələr yaşatmasından asılı olmayaraq, əsas olan bu yazının göyə yazılmasının mədəniyyətə aidiyyatıdır.

Artıq insanlar kütləvi şəkildə kosmosdan yazı üçün istifadə etmə imkanına sahibdirlər. İstər bir-birlərinə telefonla məktub yazanda, istərsə də bilgisayarda ekrana yazı bəxş edib, o yazını bir an içində milyonlarla km uzaqlara doğru göndərilməsi, yazının əslində göyə dönüşümünün başqa bir üzüdür. Biz bilgisayar ekranına doldurduğumuz yazıları əslində öncə havaya, suya, işığa, kosmik dalğalara yazırıq, sonra da bu yazı qafamızdakı öz şəkli-şəmasıyla ekranda görünür. Göy isə elə bu hava, su, işıq, dalğadan başqa bir şey deyil. Biz yazımızı artıq kosmosa yazırıq. Biz insanlar kosmosdan əldə elədiyimiz fikirlərimizi, ideya və proyektlərimizi göylərin, kosmosun bağrına yazırıq. Mən, bu yazının gözəlliyindən daha çox, bu yazının gətirdiyi ekstazdan daha çox danışa, daha çox hal və huş içində ola bilərəm.

news-inner-user
Xanəmir

12 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı
20:44 16 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
18:21 16 Oktyabr 2019
Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası
17:44 16 Oktyabr 2019
Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
17:11 16 Oktyabr 2019
Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16:30 16 Oktyabr 2019
“Bir şeir” yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq
15:53 16 Oktyabr 2019
Yarışmanın 10-luğu açıqlandı – Siyahı
14:38 16 Oktyabr 2019
Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu
14:01 16 Oktyabr 2019
Kukla Teatrında ustad dərsləri davam edir
13:21 16 Oktyabr 2019
Koko Şanel haqqında yeni film çəkildi
12:40 16 Oktyabr 2019
Akif İslamzadənin atasının intiharı
12:10 16 Oktyabr 2019
Yoldaşım bu yazını oxuyub dava salacaq
11:34 16 Oktyabr 2019
Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu
11:08 16 Oktyabr 2019
Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı
10:35 16 Oktyabr 2019
Salvador Dalinin əsəri oğurlanıb
10:02 16 Oktyabr 2019
Qadınlarla bir yerdə işləmək olmur – Günel Natiq yazır...
09:01 16 Oktyabr 2019
Filmlərimiz Seulda nümayiş olunacaq
18:44 15 Oktyabr 2019
Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
18:01 15 Oktyabr 2019
Cetonia Aurata Mənəm! – Şamxal Həsənovdan hekayə
17:30 15 Oktyabr 2019
Xalq Mahnıları Festivalı başa çatıb
16:39 15 Oktyabr 2019