"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025
# 22:30

"APA Media Group"un layihəsi olan "APA Jurnalist Məktəbi"nin növbəti məzunlarına sertifikatlar təqdim edildi.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Jurnalist Məktəbi"nin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib: "Qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.Bu bayram təkcə jurnalistlər üçün deyil, həm də sözə, xəbərə, informasiyaya dəyər verən hər kəs üçün əzizdir. Bu təlimdə iştirak edən təlimçilərə, master-klassları ilə bizə dəyərli biliklərini paylaşan hər kəsə həm öz adımdan, həm də gənc jurnalistlərimiz adından dərin təşəkkürümü bildirirəm".

Rəşad Məcid: APA məktəbdir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid APA Jurnalist Məktəbinin təlimlərini bitirən gənclərin həyatlarını jurnalistikaya həsr edəcəklərinə inandığını bildirib.


APA yayıbsa, xəbər doğrudur, APA yaymayıbsa, deməli, hələ təsdiqlənməyib. APA-da bu gün istedadlı və perspektivli gənc jurnalistlər çalışırlar. Mən həmişə bununla fəxr etmişəm. Bu ənənənin davam etməsi ilə bağlı Vüsalə xanımla daim söhbətlərimiz olub. Həmişə ona demişəm: “Siz çox böyük savab iş görürsünüz.” APA həqiqətən də bir məktəbdir. İnanıram ki, APA Jurnalist Məktəbini bitirib sertifikat alan gənclər öz həyatlarını jurnalistikaya həsr edəcəklər. Onların bioqrafiyasında “APA Jurnalist Məktəbi” xüsusi yer tutacaq".

Rəşad Məcid bildirib ki, təlimlər artıq ikinci dəfədir təşkil olunur.

"Əminəm ki, gələcək illərdə də davam edəcək. Bu, Azərbaycan peşəkar jurnalistikasının gözəl bir ənənəsinə çevriləcək. Bu gün özünü “jurnalist” adlandıranlar çoxdur. Lakin informasiya xaosu içində belə, əsl peşəkar medianın qalib gələcəyinə inanıram. Bir daha bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayıram” deyə, Mətbuat Şurasının sədri qeyd edib.

Vüsalə Mahirqızı: "Sentyabrdan üçüncü təlimlər başlayacaq"


"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, birinci təlimi bitirən 15 nəfərdən çox məzun artıq media sahəsində çalışır.
“Birinci təlim üçün 220, ikinci təlimlə bağlı isə 180 CV daxil oldu. İlk təlimi 22 nəfər, bu dəfəki təlimi isə 18 nəfər bitirir. Bu tələbərdən ümumilkdə 10 nəfəri APA -da, 6 nəfər isə başqa media qurumlarında çalışır. Vaxtaşırı başqa həmkarlarım da kadr bankları üçün bizim məzunlarla maraqlanırlar".

Vüsalə Mahirqızı bildirib ki, sentyabr ayından üçüncü təlimlər başlayacaq.

" Biz bu dəfə medianın digər sahələrini də əhatə edən bir neçə profilli təlim və kurslar təşkil etməyi planlaşdırırıq. Bu təlimlərdə artıq beynəlxalq tərəfdaşlarımız da olacaq" deyə, Vüsalə Mahirqızı bildirib: "Bu gün məzun olan gəncləri Azərbaycan mediasında peşəkar jurnalistlər və media rəhbərləri kimi görməyi arzulayıram”.

Nurşən Quliyev: "Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir"

"V Media Group"un Baş redaktoru Nurşən Quliyev APA Jurnalist Məktəbinin uğurlu nəticələrinin olduğunu bildirib:
"Bundan əvvəlki məzunlar artıq müxtəlif media sahələrində çalışırlar. Bu da göstərir ki, APA Jurnalist Məktəbinin uğurlu nəticələri var. Uğurumuzun əsas səbəblərindən biri praktik jurnalistika bacarıqlarının dərindən öyrədilməsidir. Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir. Biz fəxr edirik ki, təlimlərimizə qatılan tələbələr indi fərqli sayt və redaksiyalarda çalışaraq “APA Jurnalist Məktəbinin məzunu” adı ilə özlərini təsdiq edirlər".


Almaz Mahmud: Bu cür məktəblər nə qədər çox olsa...

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdnindəki Teleradio Akademiyasına rektoru, APA Jurnalist Məktəbinin təlimçisi Almaz Mahmud bildirib ki, tələbələrin bu sahəyə yanaşması, marağı və məsuliyyəti onu sevindirib:

“Dezinformasiyanın qarşısını necə alaq? – bu sual bizi daim düşündürür. Biz inanırıq ki, bu problemin qarşısını almağın ən təsirli yollarından biri məhz APA Jurnalist Məktəbi kimi məktəblərdir. Bu cür məktəblər nə qədər çox olsa, biz dezinformasiyaya qarşı bir o qədər güclü mübarizə apara bilərik. Peşəkar və prinsiplərlə işləyən jurnalistlərin artması informasiya məkanını təmizləmək üçün əsas şərtdir. Arzum budur ki, ölkəmizdə jurnalistika sahəsində yaxşı mütəxəssislər yetişsin, media savadı və məsuliyyəti yüksək olan gənclər formalaşsın".

İlqar Əlfi: Jurnalistika məsuliyyətli işdir

Publisist İlqar Əlfi bildirib ki, jurnalistika məsuliyyətli işdir: "Gənclərə tövsiyəm odur ki, ilk növbədə həyatı, sonra isə insanları öyrənsinlər. Çünki jurnalistikanın incəlikləri çoxdur, amma bunlar bəzən göründüyündən daha dərindir".

"Jurnalistika çox çətin, eyni zamanda vacib peşədir. Bəzən cəmiyyətdə bu sahəyə dəyər verilmədiyini hiss edirik. Bəzən hörmətdən düşdüyünü düşünənlər olur. Bəzən də bu peşə sizi polemikaya çəkə bilər. Amma bütün bunlara baxmayaraq, bu həqiqətən də önəmli və təsirli sahədir. Siz çox vacib işlə məşğulsunuz. Əgər bu peşəni sevərək seçmisinizsə, yolunuz açıq olsun” İlqar Əlfi qeyd edib.

Ramilə Qurbanlı: Bu məktəbin genişlənməsini arzulayıram

Jurnalist Ramilə Qurbanlı qeyd edib ki, APA jurnalistlərin əksəriyyəti üçün məktəb olub.


APA yaranan gündən jurnalistika məktəbidir. Mən hələ APA -da işləməyə başlamamışdan əvvəl, bir xəbərin doğruluğuna əmin olmaq üçün ilk növbədə APA -nın saytına baxardım. Bu gün də bu ənənəm dəyişməyib. Çox istərdim ki, bu məktəb böyüsün, genişlənsin. Çünki bu məktəbin yetişdirdiyi gənclər gələcəyin mediasına yayılacaq, onun simasını formalaşdıracaq. Bir daha hər birinizi təbrik edirəm! Arzu edirəm ki, bu məktəbi davam etdirəsiniz, onun dəyərlərini yaşadasınız. Və nə vaxtsa hansısa media orqanında çalışanda, o redaksiyalara siz təsir edəsiniz, onlar sizə yox!”.

Bahəddin Həzi: Karyeranız hələ qarşıdadır

Yazıçı-publisist Bahəddin Həzi məktəbin məzunlarını təbrik edib:
"Həsən bəy Zərdabinin əkdiyini biz bu gün biçirik. Bu gün bu qrupda keçirilən təlim bizi bir-birimizdən ayırır – amma məqsəd bizi birləşdirməkdir. Sizi mediada hələ çox görəcəyik. Bir yerdə işləyəcəyik, yollarımız yenə kəsişəcək. Biz də bacardığımız qədər sizə öyrətməyə çalışırıq – bildiyimizi paylaşırıq. Mən öz kitabımı sizə hədiyyə edəcəyəm. Bu həm simvolik təşəkkür, həm də yol yoldaşı kimi dəyərləndirilə bilər".

Bahəddin Həzi qeyd edib ki, gənclərin karyerası hələ qarşıdadır: " Mən bu məktəbdə təlim keçməkdən, gənclərlə təcrübəmi bölüşməkdən çox məmnunam".

Afaq Vasifqızı: APA -da təlim almaq bir möhür qazanmaq deməkdir

Tanınmış jurnalist Afaq Vasifqızı qeyd edib ki, APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir:
“Jurnalistika təbabət deyil ki, burada resept verilsin. Bu sahədə uğur qazanmaq üçün yalnız qaydaları öyrənmək kifayət deyil. Biz bu təlimlərdə sizə sadəcə yazı yazmağı öyrətmədik. Çünki insanın ya yazı yazmaq bacarığı var, ya da yoxdur. Biz bu məktəbdə həyat haqqında danışdıq Şəxsi təcrübələrimizi bölüşdük. Mən 35 illik peşəkar yolumu sözlə sizə çatdırmağa çalışdım".

Afaq Vasifqızı qeyd edib ki, APA yarandığı gündən jurnalistləri ətrafına toplamağı bacaran media qurumu olub: " APA -nın uğuru odur ki, o, həmişə ən yaxşıları bir araya gətirməyi bacarıb. Buna görə də istehsal etdiyi məhsul yüksək keyfiyyətlidir. APA -da təlim almaq bir möhür qazanmaq deməkdir. Bu həm də bir brendin daşıyıcısı olmaqdır. APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir. Bu böyük bir şərəfdir. Əmin olun ki, həyatınızın gələcək mərhələlərində APA -nın möhürü olan bu sertifikat sizə yol yoldaşı olacaq, qapılar açacaq. Hər birinizə uğurlar arzulayıram”.

Şamil Paşayev: APA -da olmaq böyük uğurdur

Tanınmış hüquqşünas, məktəbin təlimçisi Şamil Paşayev vurğulayıb ki, bu məktəbdə iştirakçılarla onlara lazım olan biliklər bölüşülüb.

APA Jurnalist Məktəbində biz etik kodeks barədə söhbət etdik. Təlimdə kifayət qədər hazırlıqlı gənclər iştirak edirdi. Nəsə öyrənmək, sual vermək istəyən çox idi. APA Jurnalist Məktəbinin tələbəsi olmaq və sertifikatla təmin olunmaq kifayət qədər ciddi uğurdur".

Sonra məzunlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər üç ay davam edib.

# 162 dəfə oxunub

Oxşar xəbərlər

"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

"Nə oldu, Paşinyan?"ı oxuyan müğənni həbs olundu - Səbəb

18:52 18 iyul 2025
"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi

18:20 18 iyul 2025
Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

17:26 18 iyul 2025
"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

"Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq..." - Metroda baş verən hadisə

14:45 18 iyul 2025
Rayan Qoslinq və Uil Ferrel  tərəf müqabili olacaqlar

Rayan Qoslinq və Uil Ferrel tərəf müqabili olacaqlar

14:43 18 iyul 2025
Muzeyə bağışlanan gitara oğurluqdur?

Muzeyə bağışlanan gitara oğurluqdur?

12:58 18 iyul 2025
#
#
# # #