Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə
7 iyul 2025
# 12:08

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

– N saylı məktəbin direktoru işçilərə maşınını yudurtdu.

Aləm dəyir bir-birinə, sosial şəbəklərdə tozanaq qopur.

Ancaq belə xəbərlər istisna deyil:

– M saylı məktəbin direktoru şagirdi döydü.

– L saylı məktəbin direktoru müəllimi təhqir etdi.

Yenə ara qarışır:

Sonra başqa məslək qrupları prosesə qoşulur:

– Məmur motokuryerə "Səni tapdalayaram" dedi.

– Məmur velosipedçiyə "Sür cəhənnəm ol, səni çırpmamış" dedi.

– Məmur "Get, kimə istəyirsən, şikayət et" dedi.

İndiki gənclər bilməz, kəndin adını dəyişdirib atasının adını qoyan nazir müavini vardı.

İş insanları da geri qalmır:

– İnşaat şirkəti evi sakinin başına uçurtdu.

– İnşaat şirkəti ağacları kəsir.

– İnşaat şirkəti bir evi üç nəfərə satıb.

Bir vaxtlar bazarda şalvar satan şəxs, pul qazanandan sonra belə yazır:

"İtə dedilər kimi tutarsan, dedi mənə çörək verəni".

Yəni bir zamanlar "hakir ve fakir biri vardı", indi artıq "çörəkverən kişi" olub.

"Üzüklərin hökmdarı"nda sevimli bioloji forma olan Bilbo Baqqins, üzüyə əlini uzadır və içindəki güc düşkünü eybəcər alqoritm ortaya çıxır.

Belə misallar sənətdə və folklorda çoxdur.

Azərbaycan təlim-tərbiyə metodu güc qarşısında eqonu cilovlamağı öyrədə bilmir.

Ona görə də eqolar şişdikcə şişir, genəldikcə genəlir.

Məmurun otlaq ərazilərini dayanmadan hasarlaması bu eqo şişməsinin nəticəsidir – eqosunu daha geniş ərazilərə yayır.

Mədəniyyət insanin ibtidai varlığını (Feeyd "İd" deyirdi) tərbiyə etmə sistemidir.

Bizdə isə mədəniyyətə zəiflik kimi baxırlar, əzmə imkanını yox edəcəyindən qorxurlar, halbuki qeyri-mədəni cəmiyyətlərdə əzilənlər əzənlərdən qat-qat çoxdur.

Buna görə də, mədəniyyət düşməni müasir "Molla Sadıq" sürətlə populyarlaşdı, xalqımızın, yüzminlərin sevimlisinə, ümid yerinə çevrildi.

# 1864 dəfə oxunub

Oxşar xəbərlər

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

14:40 9 iyul 2026
Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

13:43 9 iyul 2026
"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

12:20 9 iyul 2026
Məşhur rok qrupu fəaliyyətini dayandırır?

Məşhur rok qrupu fəaliyyətini dayandırır?

11:46 9 iyul 2026
Səməd Vurğunun pianoçu nəticəsi:  "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

Səməd Vurğunun pianoçu nəticəsi: "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

11:09 9 iyul 2026
Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

11:04 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər