writer1

Aliyə

Məqalə sayı

996
clock13:56 calendar-gray 27 Noyabr 2017 view-gray174 dəfə oxunub
view-gray174 dəfə oxunub

"Haryedersen?" sualı bizi niyə çaşdırdı?

Aliyə

Allahdan gizli deyil, sizdən nə gizləyim, hər kəs bir ziyalı mövqeyi göstərirkən, mövzunun üstündən keçə bilmirəm. Söhbət rok ifaçı Vüsal Rzasoyun sosial şəbəkələrdə məşhurlaşan “Ayə, harya edersən, ayə?” musiqili parçasından gedir.

Vüsalın müdafiəyə ehtiyacı yoxdur, hər hansı pislənmə də ona çətin təsir göstərə. Üstəlik, özü açıqlama verib ki, bu, zarafatyana ifadır. Qarşıma onun başqa bir ifası da çıxdı. Yutuba yerləşdirilən bu musiqili parçada o, yeməyinin qızdırılmasını xahiş edir.

Öylə isə, arkadaşlar, niyə biz bu ifaya bu qədər önəm veririk?

İş ondadır ki, Vüsalın ciddi yanaşıb-yanaşmamızdan asılı olmayaraq, bu üç kəlmə söz musiqi ilə qol-boyun olub çoxmənalılıq qazandı. Və bu sual ölkədə az qala istənilən kontekstlə üst-üstə düşdü. (Hələ AzTV-nin loqosu altında oxunması bir başqa rəng qatdı).

Nəinki ölkədə, hətta təklikdə istənilən istiqamətə atdığın addıma bu sualı verə bilirsən. Hara gedirsən – fəlsəfi sualdır. Hara gedirsən - ironik sualdır. Hara gedirsən - ritorik sualdır. Hara gedirsən - fərdi sualdır. Hara gedirsən - ictimai sualdır.

Bəs camaatı qıcıqlandıran nədir?

Kimsə demir ki, bu, yüksək sənətdir. Vüsal da məktəb açmayıb. Heç bu, hansısa yenilik də deyil. Nəinki yol, hətta cığır da deyil ki, kimsə onun yolu ilə getsin.

Vüsal sadəcə tanış bir ləhcədə çox dəqiq bir sual verib: “Ayə, harya gedersən, ayə?”

Səsi, ifa tərzi, musiqisi bu suala bir çox məna qazandırıb, biz də bu məna dərinliyini görüb qeyd edirik, vəssalam.

Bəs məsələ nədir?

Əlbət, sənətin təəssübünü çəkənlər bir rok ifaçısının oxuduğu sualın tutalım, kəndçisi Məmmədqulu ilə eyni ləhcədə olmasını qəbul etmir. Səviyyə kompleksi yaşayır.

Oysa, sənətin bir dərdi də hamını bir dərddə birləşdirə bilməkdir. Və Vüsalın ifası daha çox insanı bir sualda birləşdirə bildiyinə görə bu qədər populyarlaşıb.

Zamanla sənət hansısa sərhədləri aşmaq, insana yaxın olmaq üçün müxtəlif istiqamətlərə, vasitələrə əl atıb. Ki, izləyici, tamaşaçı onu özündən kənar bilməsin. Rəssamlıq, müasir incəsənət haqda bir az məlumatı olanlar bunu yaxşı bilir(Məsələn Found poetry).Sənət bir ayrıca kateqoriya, bir ayrıca, əlçatmaz bir autentik substansiya deyil, sənət ilk növbədə yanaşmadır, baxış bucağıdır.

Həyatda, məişətdə, küçədə, keçiddə, bazarda, güzarda yaşadıqlarımızın, gördüklərimizin arasındadır. Sənətçininsə ilk işi onu sezməkdir.

Bu ifa parçasının bir özəlliyi də odur ki, iki cümləlik mətnlə müəllifin arasında başqaları yoxdur. O mətndə başqalarını düşünmür, dinləyicisinin şəxsən özünə, birbaşa müraciət edir.

Məsələ budur ki, ilin-günün bu vaxtı, dərdin-çorun içində kimsə qəfil çox yaxın, məhrəm bir səslə “Ayə, harya edersən?” - soruşdu. Çaşıb özümüzü itirdik...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019